Daxili işlər nazirliyi Daxili Qoşunların və Azərbaycan Ordusunun həyatında öz dəst-xətti və xüsusi xidmətləri olan - istefada olan polkovnik- leytenat Həsənov Eldar Valeh oğlunu doğum günü münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin rəhbərliyi, Daxili Qoşunların hərbi vəzifələri, doğmaları ,iş və döyüşcü yoldaşları səmimi-qəlbdən təbrik edir,həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib- tükənməyən nailiyyətlər arzu edub deyirlər, Eldar müəllim, qoy yaşınızın üstə gələn bu yaş da sizə sevinc dolu günlər bəxş etsin, hər yeni iliniz isə ötən illərdən daha gözəl istəklərnizə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
Azərbaycan Respubilkasının Müharibə və Silahlı Qüvvələr Veteranı- istefada olan polkovnik-leytenant Həsənov Eldar Valeh oğlu 1947-ci ilin aprel ayının 20- də Kəlbəcər rayonun Seyidlər kəndində zəhmətkeş ailədə anadan olub.
Eldar Həsənov 1966 -ci ildə Kəlbəcər rayonun Seyidlər kənd orta məktəbin 8 -ci siniflini, 1968- ci ildə Kəlbəcər rayonun Qılınclı kənd orta məktəbin 10- cu sinifini,1972- ci ildə SSRİ Daxili işlər nazirliyi Daxili Qoşunların Vladiqafqaz (kecmiş Orconikidze) Ali Komandirlər Məktəbini,1979 — ci ildə isə SSRİ Din-in Daxili Qoşunların Daşkənd şəhərində yerləşən ali hərbi məktəbində zabitlərin ixtisas artırma kursnu bitrib.
Polkovnik -leytenat Eldar Həsənov 1968- 1970 -ci ilərdə SSRİ Din-in Daxili Qoşunların Moskva şəhərində yerləşən hərbi hissələrin birində müddətli həqiqi hərbi xidmətdə olmuşdur.
1972 — 1991-ci illərdə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Arxangelsk vilayətində Kiyev şəhərində yerləşən hərbi hissələrində taqım komandiri, bölük komandirinin müavini, böluk komandiri, tabor qərargahının rəisi və tabor komandiri vəzifəsində olub.
Eldar Həsənov 1992 -1994 -cü illərdə Azərbaycan ordusunun tərkibində Kəlbəcər özünü müdafə taborun komandiri və Azərbaycan ordusunun döyüş bölgələrində yerləşən hərbi hissənin qərargah rəisi vəzifəsində calışmışdır.
O,1994-1995- ci illərdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Bas İdarəsinin Binəqədi rayonunda yerləşən hərbi hissəində hərbi hissə komandirinin birinci müavini, hərbi hissə komandiri əvəzi, Daxili Qoşunların Bas İdarəsinin döyüş hazırlığı idarəsində isə baş zabit vəzifələrində xidmət edib.
polkovnik- leytenant Həsənov Eldar Valeh oğlu Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xudməti nizamnamələrinin tələblərinə və vəzifə borcuna əməl etməkdə tabeliyindəkilər və veteranlar üçün nümunə olmuşdur.
Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı- istefada olan polkovnik- leytenant Eldar Həsənov ömrünün ən məhsuldar dövrünün 28- ildən cox şərəfli xidmət yolunu hərbi xidmətdə kecirərək, Millətə Vətənə, Dövlətə və Xalqa sədaqətlə xidmət etmişdir.
O,Azərbaycan ordusunda və Din-in Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində ona həvalə edilmiş vəzifələrin və tapşırıqları layqınca yernə yetirmişdir.
Qanunvericiliklə müəyyən olunmuş qaydada Daxili Qoşunlara həvalə olunmuş vəzifə və tapşrıqların yerinə yetirilməsində, şəhərdə ,yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi iğtişaşların qarşısının alınmasında, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında üzərinə düşən vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşmışdır.
Müharibə və Silahlı Qüvvələr Veteranı- istefada olan polkovnik- leytenant Həsənov Eldar Valeh oğlu Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsində müxtəlif vəzifələrdə xidmət edərkən, Daxili Qoşunların Bas İdarəsində Zabitlərlə, gizir və müddətdən artıq xidmət edən hərbi qulluqçularla komandir hazırlığı məşğələlərin, hərbi hissə komandiri və onların müavinləri ilə hərbi hissələrin döyüş hazırlığı bölmələrinin rəisləri və zabitləri ilə, hərbi hissələrin idman və fiziki hazırlıq rəisləri ilə, böluk komandirləri ilə ilkin leytenant rütbəsi almış gənc zabitlərlə və hərbi hissələrin tədris mərkəzinin (poliqon) rəisləri ilə metodiki təlim- toplanışlarının və nümnəvi məşğələlərin keçirilməsində üzərinə düşən tapşırıqların yerinə yetirilməsinə məsuliyyətlə yanaşmışdır.
Həsənov Eldar Valeh oğlu Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında müxtəlif vəzifələrdə xidmət etdiyi illər ərzində, xidmətdə fəriqləndiyinə görə O, SSRİ və Azərbaycan Respublikasının Daxili İşlər Nazirin və onun müavinlərinin, Müdafiə Nazirinin, Daxili Qoşunlar komandanın və onun müavinlərinin, hərbi məktəb rəisunin, diviziya və hərbi hissənin komdirlərinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı və yubiley döş nisanları ilə, bir cox diplomlarla, fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb, ona təşəkkür elan edilib və aşağıdakı medalarla təltif olunub:
1. “Azərbaycan Respubilkası Silahlı Qüvvələri Veteranı” medalı ilə;
2.”Qusursuz xudmətlərə görə” 1 -ci dərəcəli medal- Silahlı Qüvəllərdə 20 təqvim il xidmətə görə;
3.” Qusursuz xidmətə görə” 2-ci dərəcəli medal- Silahlı Qüvvələrdə 15 təqvim il xidmətə görə;
4.”Qusursuz xidmətlərə görə” 3 -cü dərəcəli medal- Silahlı Qüvvələrdə 10 təqvim il xidmətə görə;
5. SSRİ Silahlı Qüvvələrinin yaranmasının 70 illiyi( 1918-1988)” yubiley medalı ilə.
Öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərancamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edlib.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN
ELDAR MÜƏLLİM!
ALLAH SƏNİ BÜTÜN ARZULARINA ÇATDIRSIN.
ÖMRÜN UZUN OLSUN 100 YAŞA.
DAİMA XOŞBƏXT YAŞA.
Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder