Təbrik: Polkovnik leytenat Bəxtiyar Hacıyev - 53



Daxili işlər nazirliyi (DIN-in) Daxili Qoşunlarının həyatında öz dəsti - xətti  olan, peşəkarlığı, dərin zəkası, gözəl nitq qabiliyyəti, sadəliyi, iradl, səmimiyyəti , işgüzarlığı və mənəvi keyfiyyətləri ilə seçilən, ömrünün  ən məhsuldar dövrünün 20  ildən çox şərəfli xidmət yolunu  hərbi xidmətə həsir etmiş - istefada olan polkovnik leytenat Hacıyev Bəxtiyar  Hacı     oğlunun   aprel  ayının  7-də dünyaya göz acdığı gündür. 
Daimi həyatın bütün  imtahanlarından alnıaçıq və üzüağ çıxan, Azərbaycan Respubilkasının  Müharibə Veteranı- ehtiyatda  olan polkovnik leytenat Hacıyev Bəxtiyar Hacı  oğlunu belə bir əlamətdar gün münasibətilə Din-in Qoşunların  ehtiyatda və istefada olan zabitləri, doğmaları, iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, Bəxtiyar   qoy yaşınızın  üstə gələn bu yaş  da  sizə sevincdolu illər bəxş etsin, hər yeni günüz isə səni istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Peşəkar hərbi zabit, vətənpərvər  və torpağına bağlı  gözəl insan polkovnik  leytenat Hacıyev Bəxtiyar Hacı oğlu 1971-cı illin aprel ayının 7-də Azərbaycan Respublikasının  Naxcvan Muxtar Respublikasının Ordubad rayonunda zəhmətkeş ailədə  anadan olub.
Əsil vətəndaşlıq mövqeyi ilə seçilən, Bəxtiyar Hacıyev 1988 -ci ildə  Naxçvan Muxtar Respubilkanın Ordubad rayonunda internat orta məktəbi, 1997-ci ildə  Bakı  Ali  Ümümqoşun  Komandirlər  Məktəbini , 1998-ci ildə isə Daxili işlər nazirliyi Daxili Qoşunların Baş İdarəsinin döyüş hazırlığı idarəsinin Xəzər rayonunda  yerləşən təlim-tədris mərkəzində zabitlərin ixtisas artırma kursunu  bitrib.  
Bəxtiyar Hacıyev Din-in Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Bas İdarəsində və hərbi hissələrində keçirlən bir çox təlim - metodiku toplanışlarda,  hərbi və xüsusi-taktiki təlimlərdə, komanda-qərargah məşqilərində, nümnəvi- göstərici hərbi məşğələlərdə, müvafiq kurslarda, seminar və konfranslarda fəal iştirak edib. 
 Xoş rəftarı  və şirin dili  ilə hər kəslə  isti münasibət yaradan,  Bəxtiyar Hacıyev  1989-1991- ci illərdə  SSRİ Silahlı Qüvvələrinin Kamcatka şəhərində yerləşən hərbi hissələrin birində müddətli həqiqi hərbi xidmətdə olub.
 1992- 1993 -cü illərdə könüllü olaraq Azərbaycan ordusunun tərkibində, Azərbaycanın ərazi büyövlüyü uğrunda  gedən döyüşlərdə  iştirak edib. Müharibə Veteranıdır.
Bəxtiyar Hacıyev 1994-1997-ci illərdə Bakı Ali Ümümqoşun Komandirlər məktəbində ali hərbi təhsil almışdır. 1997-2011-ci illərdə  Daxili işlər nazirliyi Daxili Qoşunların Naxçıvan Muxtar  Respubilkasında yerləşən əlahiddə hərbi hissədə  taqım komandiri, bölük komandiri və  xüsusi təynatlı dəstənin komandiri vəzifələrində Millətə, Dövlətə, Vətənə və Xalqa  sədaqətlə xidmət edib.
Bəxtiyar Hacı oğlu Hacıyev  Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
Qanunvericiliklə müəyyən edilmiş  qaydada Daxil işlər nazirliyi Daxili Qoşunlarına  həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində,  mühüm dövlət obyektlərin, hərbi şəhərciklərin, Daxili işlər nazirliyinn və Daxili Qoşunların təchizat anbarların və inzibatı binaların mühafizə olunmasında, yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşlsının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və  zərərsizləşdirilməsində, şəhərdə, daxili işlər orqanları ilə birlikdə yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində  post-patrul xidməti  vastəsi ilə ictimai asayişin qorunmasında və ictimai təhlükəsuzliyin təmin olunmasında, fövqalədə hallar  və hərbi vəziyyət (komendant saatı)  zamanı hüquqi rejimin təmin edilməsində, qəzaların, yanğınların, bədbəxt hadisələrin və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə  gəlmişdir.   
Hərbı yoldaşları Bəxtiyar Hacıyevi  vətənpərvər, qoruxmaz, zəhmətkeş  hərbi qulluqçu kimi dəyərləndirirlər. O, istər təhsil aldıgı, orta və təhsil mərkəzlərində, istərsədə  xidmət etdiyi və işlədiyi müddətdə, istərsə də dost-tanış, qohum-əqrəba  arasında   özünə layiq hörmət  qazanıb.
Öz xidmət  vəzifələrini və  hərbi hissə  qarşısında  qoyulmuş tapşırıqları yerinə yetirərkən xüsusi fəriqləndiyinə və hərbi xidmət kecdiyi dövrdə  göstərdiyi digər xidmətlərə görə Müdafiə Nazirinin və onun müavinlərinin, Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanının  və onun müavinlərinin, ali hərbi məktəb rəisinin,  hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə   əlacı, yubiley və idman dərəcəsi  döş nişanları ilə təltif edlib, bir çox  fərmanlarla, diplomlarla, qiymətli hədiyələrlə mükafatlandırlıb, ona təşəkkür elan edilib və aşağıdakı medallarla  təltif edilib:

"Azərbaycan  Respublikası Silahlı Qüvvələrinin yaranmasının 10 illiyi  ( 1991 - 2001 )”  yubiley   medalı ilə;

"Azərbaycan Respublikası  Silahlı Qüvvələrinin yaranmasının  90 illiyi ( 1918 - 2008)” yubiley  medalı ilə;

3."Qüsursuz xidmətə görə 1 -ci  dərəcəli medalı - Silahlı Qüvvələrdə  20  təqvim ili xidmətə görə;

4."Qüsursuz  xidmətə görə" 2-ci dərəcəli medal  - Silahlı Qüvvələrdə 15 təqvim ili  xidmətə görə;

5.”Qusursuz xidmətə  görə” 3-cü dərəcəli medal-Silahlı Qüvvələrdə  10 təqvim ili xidmətə görə.
   
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN  BƏXTİYAR!
BÜTÜN ARZULARIN CİN OLSUN! HƏMIŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYIN SEVINSIN!

Azərbaycan Respublikasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev



Hiç yorum yok:

Yorum Gönder

Pages