Təbrik: Polkovnik- leytenat Azad Cəfərov - 68




 Daxili işlər orqanların və Daxili Qoşunların həyatında öz dəst xətti olan, peşəkarlığı,  humanistliyi,   təmkinliyi, dəqiqliyi, sadəliyi,  iradı, səmimiyyəti,tovazürkarlığı, vətənpərvərliyu,işgüzarlığı  və  mənəvi keyfiyyəti ilə  seçilən, ömrünün  ən məhsuldar dövrünün 25 ildən cox şərəfli xidmət  yolunu hərbi  xidmətdə   və daxili işlər 
 orqanında  müvafiq  vəzifələrdə  keçirmiş- istefada olan polkovnik-leytenat Cəfərov Azad Cəfər oğlunun   aprel  ayının 8- də dünyaya göz acdığı gündür.

 Daimi həyayın bütün cətinliklərindən alınıaçıq və üzüağ çıxan – istefada olan polkovnik- leytenat Azad Cəfərovu doğum günü münasibətilə  Din -in Daxili Qoşunların ehtiyatda və istefada  olan zabitləri, doğmaları,əzizləri və iş yoldaşları  səmimi qəlbdən təbrik edir,həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı, ailə səadəti  və həyat yollarında bitib - tükənməyən nailiyyətlər   arzu  ediib  deyirlər,Azad  qoy yaşının üstə gələn bu yaş da sənə  sevincdolu günlər bəxş etsin, hər yeni ilin isə ötən illərdən daha gözəl istəklərinə uyğun sizi  xoşbəxt edəcək şəkildə keçsin 

     Polkovnik  leytenat  Cəfərov Azad Cəfər oğlu 1956- ci ilin  aprel ayının 8- də  Neftçala rayonunda      zəhmətkeş  ailədə  anadan  olub.1974-ci ildə Neftçala  rayonunda   orta məktəbi, 1978-ci ildə M.F.Axundov adına  Azərbaycan  Pedaqoji Rus dili və Azərbaycan  İnstitutunu (indiki   Bakı Slavavyan Universitetini)   1990 -cu ildə isə   SSRİ  Daxili işlər nazirliyin   Ali Milis Məktəbini (Akademiyasını)  bitirib.
     Polkovnik  leytenant  Cəfərov Azad Cəfər  oğlu  1978-1979- cü illərdə SSRİ  Silahlı Qüvvələrin Yaroslav şəhərində yerləsən hərbi hissələrin  birində də müddətli həqiqi hərbi xidmətdə olub.
 1979- 1991 -ci  illərdə SSRİ Daxili işlər orqanlarında müxtəlif  vəzifələrdə  olub.1992-2004-ci ilərdə  isə Daxili İşlər Nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsində  şöbə rəisi, Din-in Daxili Qoşunların Baş İdarəsinin Hüquq Xidmətində isə baş zabit    vəzifələrində Millətə, Dövlətə Vətənə və Xalqa sədaqətlə xidmət edib.
    Polkovnik -leytenat Azad Cəfərov  Daxili Qoşunlarda və  Daxili İşlər Orqanlarında xidmət etdiyi illər ərzində,  hər zaman qarşısına qoyduğu məqsəd və amal uğrunda yorulmadan mübarizə aparmış və daima qələbə qazanmışdır. Bü insan üçün  ən meyar, başlıca qürurunu saxlamaqdan ibarət olub. O,harda xidmət etməsinə baxmayaraq öz xidməti vəzifəsini layiqincə yerinə yetirmiş, qanunun tələblərinin ədələtlə tətbiq edilməsində həmişə pirinspial mövqe tutmuşdur.
 Cəfərov Azad Cəfər  oğlu, həmişə ləyaqətinin, şərəfinin, işgüzar fəaliyyətinin toxunmazlığnı gözləmiş, nüfuzunu qorumuş vüqarını daima yüksək saxlayaraq, alını açıq və başı uca gəzmişdir. Xalqa, elə obaya, dövlətə xidmət, özüdə etdiklərini  sinəsi el-oba qatqılı, vətən qüdrətli öz fəaliyyətini göstərmişdir.
    Azad Cəfər oğlu Cəfərov Daxili işlər nazirliyin   müvafiq strukturlarında  xidmət etdiyi illər ərzində Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməsi Hərbi Andın (Polis Andın) hərbi ,daxili işlər nazirliyin post -patrul, Daxili Qoşunların  isə  döyüş xidməti nizamnamələrin  tələblərininin dəqiq və sözsüz yerinə yetirilməsi işində şəxsi nümunəsi ilə tabeliyində olan hərbi qulluqçulara,  polis əməkdaşlarına nümnə olmuş və onları  fədakar xidmətə ruhlandırmışdır.
 Polkovnik leytenan  Azad Cəfərov   Din-in   Daxili Qoşunların Baş İdarəsində və Baş İctimai Təhlükəsizlik  İdarəsində     xidmət etdiyi illər ərzində özünü qorxmaz,saxavətli, insanpərvər,əliaçıq  və  zəhmətkeş zabit kimi göstərmişdir.O, istər   anadan olduğu və yaşadığı ərazidə,  istərsə də, oxuduğu orta  və   ali  milis   məktəbdə, istərsə də işlədiyi və xidmət etdiyi kollektivlərdə, dost -tanış, qohum  -əqraba arasında özünə layiq hörmət qazanmışdır.
  Polkovnik leytenat Azad Cəfərov  Daxili İşlər Orqanında  xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi və polis zabiti kımı göstərmişdir.O işlədiyi və oxuduğu   təhsil müəssisələrində, yaşadığı ərazidə  kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün  nümunə olmuşdur.

   Azad Cəfərov   qanunvericiliklə müəyyən olunmuş qaydada  Daxili işlər orqanlarına və Daxili Qoşunlara həvalə olunmuş  vəzifə və   tapşırıqların dəqiq      yerinə yetirilməsində,    şəhərdə, yaşayış məntəqələrində  və kütləvi  tədbirlərin keçirilmə yerlərində   içtimai qaydanın qorunmasında  və içtimai təhlükəsizliyin təmin edilməsində, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində  kütləvi iğtişaşların qarşısının alınmasında,çinayətlərin  və digər hüquqpozmaların qarşısının alınmasında və onların acılmasında,  əməliyyat -axtarış fəaliyyətinin həyata kecirilməsində, hərbi  və   fövqalədə  vəziyyət (komendant saatı ) zamanı hüquqi rejimin təmin olunmasında,  dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə  yernə  yetirmişdir.
Azad Cəfərov Azərbaycanın ərazi  bütövlüyü uğrunda gedən  döyüşlərdə  fəal iştirak edib. Müharibə Veteranıdır. Azərbaycan Respubilkasında Hərbi və Fövqalədə  vəziyyət zamanı Zəngilan və Cəlilabat rayonların komendantı olub. 
 Öz xidməti vəzifələrinin yerinə yetirilməsinə, xidmətdə əldə edilən yüksək  nətiçələrə və nümunəvi xidmətinə görə, polkovnik-leytenant Cəfərov Azad      Cəfər  oğlu  SSRİ    və Azərbaycan Respublikasının Daxili İşlər Nazirlərinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin,  ali  milis   məktəb rəisinin, idarə (şöbə)   və baş idarə rəislərinin müvafiq əmrləri ilə      bir sıra medalarla, əla xidmətlərə görə, əlacı və  yubiley   fəxri  döş  nişanları ilə təltif olunub,  bir çox fəxri fərmanlarla, qiymətli  hədiyyələrlə həvəsləndirlib  və ona  təşəkkür elan  edlib.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN  AZAD  !

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
 
         

 Azərbaycan Respublikasının  Silahlı Qüvvələr və  Müharibə Veteranı
  polkovnik Salman  Musayev
 

Hiç yorum yok:

Yorum Gönder

Pages