Daxili işlər nazirliyi (DIN-in) Daxili Qoşunlarının həyatında öz dəsti - xətti olan, peşəkarlığı, dərin zəkası, gözəl nitq qabiliyyəti, sadəliyi, iradl, səmimiyyəti , işgüzarlığı və mənəvi keyfiyyətləri ilə seçilən, ömrünün ən məhsuldar dövrünün 41 ildən çox şərəfli xidmət yolunu hərbi xidmətə həsir etmiş - istefada olan polkovnik Cəfərov Akif Meyləqulu oğlunun aprel ayının 6-da dünyaya göz acdığı gündür.
Daimi həyatın bütün imtahanlarından alnıaçıq və üzüağ çıxan, Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və Müharibə Veteranı-istefada olan polkovnik Cəfərov Akif Meyləqulu oğlunu belə bir əlamətdar gün münasibətilə Din-in Qoşunların ehtiyatda və istefada olan zabitləri, doğmaları, iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, Akif qoy yaşınızın üstə gələn bu yaş da sizə sevincdolu illər bəxş etsin, hər yeni günüz isə səni istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Peşəkar hərbi zabit, vətənpərvər və torpağına bağlı insan polkovnik Cəfərov Akif Meyləqulun oğlu 1964-cı illin aprel ayının 6-da Abşaron rayonun Ceyranbatan qəsəbəsində zəhmətkeş ailədə anadan olub.
Əsil vətəndaşlıq mövqeyi ilə seçilən Akif Cəfərov 1981-ci ildə Abşaron rayonun Ceyranbatan qəsəbə orta məktəbi, 1986-ci ildə isə Bakı Ali Ümümqoşun Komandirlər Məktəbini bitrib.
Akif Cəfərov Din-in Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Bas İdarəsində və hərbi hissələrində keçirlən bir çox təlim-metodiku toplanışlarda, hərbi və xüsusi-taktiki təlimlərdə, komanda-qərargah məşqilərində, nümnəvi-göstərici məşğələlərdə, müvafiq kurslarda, seminar və konfranslarda fəal iştirak edib.
Xoş rəftarı və şirin dili ilə hər kəslə isti münasibət yaradan, Akif Meyləqulu oğlu Cəfərov 1986-1991- ci illərdə Sovet Ordusunun Ukrayna Respubilkasında yerləşən hərbi hissələrində müxtəlif vəzifələrdə calışmışdır.
1992-2024-ci illərdə Daxili işlər nazirliyi Daxili Qoşunların Binəqədi, Füzuli və Xətai rayonlarında yerləşən hərbi hissələrində alay komandirinin müavini, briqada (alay komandirinin birinci müavini- qərargah rəisi), alay komandiri, Daxili Qoşunların Xəzər rayonunda yerləşən təlim - tədris mərkəzində elmi şöbənin rəisi, Din-in Daxili Qoşunların Bas İdarəsinin əməliyyat və döyüş hazırlığı idarəsində isə Qoşun xidmətinin rəisi vəzifələrində Millətə, Dövlətə, Vətənə və Xalqa sədaqətlə xidmət edib .
Azərbaycanın ərazi bütövlüyü uğrunda (Ağdam, Ağdərə və Füzuli rayonları) istiqamətində gedən döyüşlərdə alayın qərargah rəisi və alay komandiri kimi, polkovnik Akif Meyləqulu oğlu Cəfərov üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir. Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və Müharibə Vetranıdır.
Akif Cəfərov Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
Qanunvericiliklə müəyyən edilmiş qaydada Daxil işlər nazirliyi Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, mühüm dövlət obyektlərin, hərbi şəhərciklərin, Daxili işlər nazirliyinn və Daxili Qoşunların təchizat anbarların və inzibatı binaların mühafizə olunmasında, yaşayış məntəqələrində və islah-əmək müəssisələrində kütləvi iğtişaşların qarşlsının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində,şəhərdə, daxili işlər orqanları ilə birlikdə yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində post-patrul xidməti vastəsi ilə ictimai asayişin qorunmasında və ictimai təhlükəsuzliyin təmin olunmasında, fövqalədə hallar və hərbi vəziyyət (komendant saatı) zamanı hüquqi rejimin təmin edilməsində, qəzaların, yanğınların, bədbəxt hadisələrin və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətətin ərazi bütövlüyünün təmin edilməsində (eləcə də 44 günlük Vətən müharibəsində və Lokal xarakterli antitteror tədbirlərin keçirilməsində) üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
Hərbı yoldaşları Akif Cəfərovu vətənpərvər, qoruxmaz, zəhmətkeş hərbi qulluqçu kimi dəyərləndirirlər. O, istər təhsil aldıgı, orta və təhsil mərkəzlərində, istərsədə xidmət etdiyi və işlədiyi müddətdə, istərsə də dost-tanış, qohum-əqrəba arasında özünə layiq hörmət qazanıb.
Öz xidmət vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən xüsusi fəriqləndiyinə və hərbi xidmət kecdiyi dövrdə göstərdiyi digər xidmətlərə görə SSRİ Müdafiə Nazirinin və onun müavinlərinin, Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanının və onun müavinlərinin, ali hərbi məktəb rəisinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı, yubiley və idman dərəcəsi nişanları ilə təltif edlib, bir çox fərmanlarla, diplomlarla, qiymətli hədiyələrlə mükafatlandırlıb, ona təşəkkür elan edilib və aşağıdakı medallarla təltif edilib:
Azərbaycan Respubilkası Prezidentinin müvafiq sərancamına əsasən “Hərbi xidmətlərə görə medalı ilə.
“SSRİ Müdafiə Nazirinin və Azərbaycan Respubilkasının Daxili İşlər Nazirinin müvafuq əmirlərinə əsasən ”SSRİ Silahlı Qüvvələrin 70 illiyi (1918-1988)” yubiley medalı ilə.
"Azərbaycan Respubilkası Silahlı Qüvvələri Veteranı" medalı ilə.
"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 10 illiyi ( 1991 - 2001 )” yubiley medalı ilə.
"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 90 illiyi ( 1918 - 2008)” yubiley medalı ilə.
"Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin yaranmasının" 95 illiyi (1918 - 2013 )” yubiley medalı ilə.
”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018) yubiley medalı ilə.
"Qüsursuz xidmətə görə 1 -ci dərəcəli medalı - Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə.
"Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medal - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə.
”Qusursuz xidmətə görə” 3-cü dərəcəli medal-Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə.
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN AKİF!
BÜTÜN ARZULARIN CİN OLSUN! HƏMIŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYIN SEVINSIN!
Azərbaycan Respublikasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder