Daxili işlər nazirliyi (Din-in) Daxili Qoşunlarının həyatında öz dəsti-xətti olan, yüksək peşəkarlığı, gözəl nitq qabiliyyəti,səmimiyyəti, sadəliyi, dəqiqliyi, təmkinliyi,işgüzarlığı, vətənpərvərliyi, iradi və mənəvi keyfiyyətləri ilə seçilən, Allahın verdiyi şərəfli və mənalı həyatının 26 -ildən çoxunu, daxili işlər orqanlarında və daxili qoşunlarda xidmətə həsir edərək şərəfli yol keçmiş, Azərbaycan Respubilkası Silahlı Qüvvələr və Müharibə Veteranı- istefada olan mayor Əliyev Vidadi Ibrahim oğlunun aprel ayının 21- də dünyaya göz acdığı gündür.
Daimi həyatın bütün cətinliklərindən alını açıq və üzüağ çıxan istefada olan mayor Vidadi Əliyevi 21 aprel doğum günü münasibətilə Daxili Qoşunların ehtiyatda və istefad olan zabitləri, doğmaları, yaxınları, iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir,səbəbkara həyatda insan ucun ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib - tükənməyən nailiyyətlər arzu edib deyirlər, Vidadi qoy yaşnızın üstə gələn bu yaş sizə sevinc dolu günlər bəxş etsin, hər yeni iliniz isə ötən illərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
İstefada olan mayor Əliyev Vidadi İbrahim oğlu 1957 – ci ilin aprel ayının 21də Ağdam rayonunun Qızıl Kəngərli kəndində zəhmətkeş ailədə anadan olub.
1973-ci ildə Ağdam rayonunun Kəngərli Qızıl Kəngərli kənd orta məktəbi, 1975 -ci ildə Ağdam Kənd təsərrüfatı texnikumunu, 1997- ci ildə Mudafiə Nazirliyinin Qaraheybətdə yerləşən Zabitlərin təkmləşdirmə kursunu əla qiymətlərlə bitirmişdir. O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş idarəsində və hərbi hissələrində keçirilən bir çox təlim- metodiki toplanışlarda, xüsusi- taktiki təlimlərdə, müvafiq kurslarda, seminar və konfranslarda fəal iştirak edib.
1976- 1978 -ci illərdə Sovet Ordusun Belarusiya Respublikasnda yerləşən Aviasiya Qoşunların hərbi hissələrinin birində müddətli həqiqi hərbi xidmətə olub.
1978- 1991 -ci illərdə Daxili İşlər Nazirliyinin Ağdam, Xocalı rayonlarında və Xankəndi şəhərində yerləşən islah- əmək müəssisələrində, islah əmək düşərgəsində və polis şöbəsində müvafiq vəzifələrdə işləyib.
1992- 2002 -ci illərdə Azərbaycan Respublikasının Daxili işlər nazirliyi Daxil Qoşunların Ağdam rayonunda və Sumqayıt şəhərində yerləşən hərbi hissələrində taqım və bölük komandiri, qərargah rəisinin xidmət üzrə köməkçisi, Daxili Qoşunların Bas İdarəsinin Növbətici xidmətində isə baş zabit vəzifələrində Millətə, Vətənə, Dövlətə və Xalqa sədaqətlə xidmət edib.
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda ( Ağdam, Xocalı, Füzuli rayonları və Xankəndi şəhəri istiqamətində) gedən döyüşlərdə fəal iştirak edib.
Vidadi Əliyev Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, saxavətli, insapərvər, əliacıq, zəhmətkeş zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsələrində, istərsədə xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış, qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.
Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin dəqiq və sözsüz yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir cox hərbi qulluqçular fədakar hərbi xidmətə ruhlandırmışdır.
Qanunvericiliklə müəyyən olunmuş qaydada Daxili işlər orqanlarına,İslah-əmək müəssisələrinə və Daxili Qoşunlara həvalə olunmuş vəzifə və taşırıqların yerinə yetirilməsində, şəhərdə,yaşayış məntəqələrində və kütləvi tədbirıərin keçirilmə yerlərində ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda və təmin edilməsində, yaşayış məntəqələrində və isıah -əmək müəsissələrində kütləvi iğtişaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, qanunsuz silahlı birləşmiş dəstələrin axtarışındga və zərərsizləşdirilməsində, qəzalar, bədbəxt hadisələr, yanğınlar, təbii fəlakətlər və başqa hərbi və fövqəladə vəziyyət (komendant saatı) zamanı hüquqi rejimin təmin edilməsində, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları
məsuliyyət və şərəf hissi ilə yerinə yetirmişdir.
Hərbı xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə görə döyüş və ictimai sıyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin,İslah-əmək müəsissə rəisinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı və yubiley döş nişanları təltif edilib, pul mükafatları ilə, bir şox fəxri fərmanlarla, diplomlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Daxili İşlər orqanlarında və Daxili Qoşunlarıda xidmət etdiyi illər ərzində xidməti vəzifə borclarını yerinə yetirərkən rəşadət göstərdiyinə və fəriqləndiyinə görə SSRI Ali Soveti,və Azərbaycan Respublikasının Prezıdentı adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə aşağıdakı medalarla təltif edilib:
1.“Azərbaycan Respublikası Silahlı Qüvvələr Veteranı” medalı ilə;
2.”Qusursuz xidmətə görə” 1-ci dərəcəli medal-Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
3.”Qusursuz xidmətə görə” 2-ci dərəcəli medal- Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
4.”Qusursuz xidmətə görə” 3-cü dərəcəli medal- Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
5.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 10 illiyi ( 1991- 2001)” yubiley medalı ilə;
6.”SSRİ Silahlı Qüvvələrinin 70 iliyi (1918-1988)
yubiley medalı ilə.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, VİDADİ!
BÜTÜN ARZULARIN CİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
Azərbaycan Respublikasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder