Təbrik: Mayor Rasim Mürsəlov





  İnsan ücün ən yaddaqalan günlərdən başlıcası onun dünyaya gəldiyi gündür. Belə insanlardan biridə Daxili işlər nazirliyi (Din-in) Daxili Qoşunların həyatında öz- dəst  xətti olan,  ehtiyatda   olan mayor Mürsəlov  Rasim Fəzail  oğlunun   aprel  ayının 29 -da dünyaya  göz acdığı gündür.

Hər il oldiğu kimi bu ildə doğum gününü qeyd edən- ehtiyatda olan  mayor Mürsəlov Rasim Fəzail   oğlunu Din-in Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, əzizləri, doğmaları və iş yoldaşları   səmimi- qəlbdən təbrik edir,  səbəbkara  həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib - tükənməyən nailiyyətlər arzu edib deyirlər,Rasim qoy yaşınızın üstə gələn bu yaş  da sizə  sevincdolu günlər bəxş etsin, hər yeni  iliniz  isə ötən illərdən daha gözəl istəklərinə uyğun   sizi xoşbəxt edəcək şəkildə keçsin.
      
Mayor Mürsəlov  Rasim Fəzail   oğlu  1983 - ci ilin  aprel ayının 29-da Bakı şəhərində  zəhmətkeş ailədə anadan olub.Əslən İsmayılı rayonun Həftəsov kəndindəndir. polkovnik leytenat  Murad Mürsəlovun qardaşı oğludur. Rasim Mürsəlovun Daxili Qoşunların  yaranmasının 30- cu il dönümü günü (12.03.2022-ci ildə) bir övladı dünyaya göz acıb.
      
Mayor Rasim Mürsəlov  2000 - ci ildə    Bakı şəhər Yasamalı rayonunun 53 nömrəli  tam orta məktəbi,  2005- ci ildə  Daxili Qoşunların gizirlər məktəbini, 2008 - ci ildə isə  Daxili işlər nazirliyi Daxili Qoşunların orta ixtisas hərbi məktəbi bitirib. O,Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində  Daxili Qoşunların Baş İdarəsində, Ali hərbi məktəbdə və hərbi hissələrdə kecirlən bir cox təlim-metodiki toplanışlarlarda,     hərbi və  xüsusi taktiki təlimlərdə,  nümunəvi göstərici  məşğələlərdə, seminar və konfranslarda fəal iştirak edib.
    
2001- 2003-cü illərdə Daxili Qoşunların  Quba rayonunda yerləşən hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olub.
  
2003 -  2023 - ci illərdə Din-in Daxili Qoşunların  Sumqayıt şəhərində,Nərmanov,Sabuncu, Xəzər, Binəqədi  və Quba rayonlarında  yerləşən hərbi məktəbdə və hərbi hissələrdə   xüsusi təynatlı dəstədə maşın komandiri,hərbi hissənin silah anbar rəisi, müdavim (kursant), taqım komandiri,silah xidmətində zabit və hərbi hissənin silah xidməti  rəisi vəzifələrində Millətə, Vətənə Dövlətə və Xalqa sədaqətlə  xidmət edib. Hal-hazırda Rasim Mürsəlov  Paşa Property Manaqment şirkətində təhlükəsizlik üzrə mühafizəçi   vəzifəsində calışır.
   

Mayor Rasim Mürsəlov Din-in Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qoruxmaz, insanpərvər,  səxavətli və əliaçıq və işgüzar, yüksək intellektual səviyyəli   zabit kimi göstərmişdir.
     
Ramin Səmədov istər orta  və ali təhsil müəssisələrində təhsil aldığı illərdə, istərsə də  xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost- tanış,  qohum -əqrəba  arasında özünə layiq hörmət qazanmışdır .
 
Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, Hərbi Andin,  hərbi və daxili qoşunların döyüş  xidməti nizamnamələrin eləcə də digər hüquqi- normativ aktların  tələblərinə və vəzifə borclarının icrasına Rasim Mürsəlov məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş  xidməti  tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə  bir cox  hərbi qulluqçular fədakar hərbi xidmətə ruhlandırmışdır.
     
Qanunvercilikləmüəyyən olunmuş qaydada Daxili Qoşunlara  həvələ  olunmuş vəzifə və  tapşrıqların yerinə  yetirilməsində,dövlət əhəmiyyətli obyektlərin və təchizat anbarların mühafizə  olunmasında, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin  keçirilmə yerlərində  ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda və təmin edilməsində, yaşayış məntəqələrində kütləvi  iğtişaşların qarşısının alınmasında,  mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə,  qanunsuz silahlı birləşmiş dəstələrin axtarışındga  və zərərsizləşdirilməsində, hərbi və  fövqaladə vəziyyət  (komendant saatı) zamanı hüquqi rejimin təmin edilməsində, qəzaların, yanğınların, bədbəxt hadisələrin və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında,   dövlətin ərazi bütövlüyünün təmin edilməsində  Rasim Mürsəlov üzərinə düşən vəzifə və tapşırıqları  məsuliyyət  və şərəf hissi ilə  yerinə yetirmişdir.
     
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi  xidmətinə görə Rasim Mürsəlov  Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin,
Daxili Qoşunların   hərbi məktəb rəisinin və hərbi hissə komandirlərinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlaçı və yubiley döş nişanları ilə, bir çox fəxri fərmanlarla,
diplomlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

Öz xidmət vəzifələrini və hərbi hissə qarşısında  qoyulmuş tapşırıqları  yernə yetirərkən  fəriqləndiknə və nümunəvi xidmətinə görə   Azərbaycan Respublikası Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə "Qüsursuz xidmətə görə 1-ci, 2-ci və 3-cü dərəcəli,   “Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin" isə 90 illiyi yubiley  medallıarı ilə təltif olunub.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN. RASİM !

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

 Azərbaycan Respublikasının Silahlı Qüvvələr və Müharibə  Veteranı   polkovnik Salman Musayev


Hiç yorum yok:

Yorum Gönder

Pages