Təbrik: Kapitan Tahir Səfərov -47.





 İnsan üçün ən yadda qalan günlərdən biri də onun doğum günüdür. Yaşın üstə  yaş  gəldikcə  insan daha da kamilləşir. Belə insanlardan biri də,   ehtiyatda   olan kapitan  Səfərov Tahir Zöhrab oğludur. Aprel  ayının 15-də onun dünyaya göz açdığı gündür. 

Daimi həyatın bütün cətinliklərdən alınıaçıq və  üzüağ çıxan,Daxili Qoşunların Zakatala, Lənkaran rayonlarında və Sumqayıt şəhərində yerləsən hərbi hissələrdə  taqım komandiri və xidmət rəisi vəzifələrində xidmət etmiş peşəkkar  zabit – ehtiyada olan kapitan   Səfərov Tahir Zöhrab  oğlunu  belə bir  əlamətdar  gün münasibətilə Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, doğmaları,əzizləri və iş yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı,  ailə səadati və həyat yollarında bitib - tükənməyən nailiyyətlər arzu edib deyirlər, Tahir  qoy  yaşının üstə gələn bu yaş da  sizə sevincdolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
      
Səfərov Tahir Zöhrab oğlu 15  aprel  1977-ci ildə Bakı  şəhərində anadan olub.Əslən  Qərbi Azərbaycanın Meqri rayonunda anadan olub.Atası Silahlı Qüvvələr və Müharibə Veteranı-istefada olan polkovnik-leytenat Səfərov Zöhrab Tahir oğli  30 ildən cox Daxili işlər Nazirliyin İslah-Əmək Müəssisələrində və Daxili Qoşunlarda rəhbər vəzifələrdə Millətə,Vətənə,Dövlətə və Xalqa sədaqətlə xidmət edib.  
Tahir Səfərov 1994-cü ildə Bakı şəhərində 138 saylı tam  orta məktəbi, 1998-ci ildə Bakı Ali Birləşmiş  Komandirlər Məktəbini, 1999-cu  ildə  isə Daxili işlər nazirliyi Daxili Qoşunların Baş İdarəsinin döyüş hazırlığı idarəsinin  Xəzər rayonund yerləşən təlim -tədris mərkəzində  zabitlərin təhkimləşdirmə  kursnu bitirib.O, Din-in Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili  Qoşunların Bas İdarəsində və hərbi hissələrində keçirilən bir  cox  təlim- metodiki toplanışlarda, komanda-qərargah məşqlərində, hərbi və  xüsusi- taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak etmişdir.
 Azərbaycan Respublikasının  Konstitusiyasına və Qanunlarına əməl etməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin  tələblərinin dəqiq və sözsüz  yerinə yetirilməsi işində öz tabecliyində olanlara və bir cox  hərbi qulluqculara daimi şəxsi nümünə olmuşdur. 
Qanunverciliklə müəyyən olunmuş  qaydada dövlət əhmiyyətli obyektlərin,inzibatı binaların,hərbi təchizat bazaların və  hərbi anbarların  mühafizə olunmasında, şəhərdə,yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində ictimai  qaydanın qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində, yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, qəzalar,yanğınlar,bədbəxt hadisələr,təbi fəlakətlər və başqa fövqaladə vəziyyət zamanı hüquqi rejim karantin tədbirlərinin həyata keçirilməsində, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən  vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai sıyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Müdafiə Nazirinin, Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, Ali hərbi məktəb rəisinin və  hərbi hissə komandirinin  müvafiq əmrləri ilə   əla xidmətlərə görə  pul mükafatları ilə, bir cox  fəxri fərmanlarla  və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Öz xidməti vəzifə borclarını və hərbi hissə qarşısında  qoyulmuş tapşırıqları yerinə yetirərkən xüsusi  fəriqləndiyinə  və digər xidmətlərinə  görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirinin müvaiq əmrləri  ilə  bir sıra medallarla təltif olunub.
Hal- hazırda  kapitan Tahir Səfərov özəl şirkətlərin birində calışır

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, TAHİR !

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

 Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və  Müharibə Veteranı  polkovnik Salman Musayev

Hiç yorum yok:

Yorum Gönder

Pages