Peşəkarlığı, dərin zəkası, vətənpərvərliyi, gözəl nitq qabiliyyəti, iradı, mənəvi keyfiyyəti, dəqiqliyi, sadəliyi, insanpərvərliyi və səmimiyyəti ilə seçilən, ehtiyatda olan kapitan Sabirli Mansur Cahangir oğlunun aprel ayının 17-də dünyaya göz acdığı gündür.
Daimi həyatın bütün imtahanlarından alnıaçıq və üzüağ çıxan, ehtiyatda olan kapitan
Sabirli Mansur Cahangir oğlunu doğum günü münasibətilə Daxili işlər nazirliyi (Din-in) Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, doğmaları,yaxınları və iş yoldaşları səmimi qəlbdən təbrik edir,səbəkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı, həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər,Sabirli qoy hər yeni yaşınız da sizə sevincdolu günlər bəxş etsin, hər yeni iliniz isə sizi istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Sabirli Mansur Cahangir oğlu 1988- ci ilin aprel ayının 17-də Ağcabədi rayonunun Hacıbədəli kəndində zəhmətkeş ailədə anadan olub.
Ağcabədi rayonun Hacıbədəlli kənd tam orta məktəbi,Bakı Biznes və Kooperasiya Kolleci, Din-in Daxili Qoşunların Orta İxtisas Hərbi Məktəbi, Minətəmizləmə Agentliyində isə minaaxtaran bölmə qrup rəhbəri kursunu bitrub.
Sabirli Mansur Cahangir oğlu 2006-2022- ci illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin Xətai,Zakatala,Xəzər,Nərmanov və Bərdə rayonlarında, Şəki və Gəncə şəhərlərində yerləşən hərbi hissələrində müxtəlif vəzifələrdə Millətə, Vətənə, Dövlətə və Xalqa sədaqətlə xidmət edib.Sabirli Mansur Cahangir oğlu
hal -hazırda Azərbaycan Respubilkasının Minətəmizləmə Agentliyində qrup rəhbəri vəzifəsində calışır.
Sabirli Mansur Din-in Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin və hərbi qulluqçuların etik davranış kodeksinin tələblərinin, əmr və sərəncamların dəqiq və sözsüz yerinə yetirilməsi işində bir cox hərbi qulluqçulara səxsi nümunə olub.
Kapitan Sabirli Mansur Daxili Qoşunların Baş İdasində, təlim - tədris mərkəzində və hərbi hissələrdə keçirilən bir çox təlim-metodiki toplanışlarda, müvafiq ixtisas artırma kurslarda, xüsusi - taktiki təlimlərdə, nümnəvi - göstərici məşğələlərdə, seminar və konfranslarda fəal iştirak etməsi sayəsində bu sahədə bilik və baçarıqlarını maksimal təhkimləşdirib və beləcə daxili qoşunlarda özünu son dərəcə faydalı kadr olaraq təsdiq etmişdir.
Sabirli Mansur Qanunvericiliklə müəyyən olunmuş qaydada DİN- in Daxili Qoşunlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai asayişin qorumasında və ictimai asayişin təhlükəsizliyinin təmin olunmasında, yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizənin təşkilində, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində, mühüm dövlət obyektlərin və hərbi təchizat anbarların mühafizə edilməsində, fövqalədə hallar zamanı hüquqi rejimin təmin edilməsində, baş vermiş qəzaların, bədbəxt hadisələrin, yanğınların və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi məktəb rəisinin və hərbi hissə komandirinin müvafiq əmrləri iIə “Qusursuz xidmətə görə” 2-ci və 3 -cü dərəcəli, “Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin isə 95 illiyi (1918 -2013 ) və 100 illiyi (1918-2018)” yubiley medalları ilə , əlaçı və yubiley döş nişanları ilə təltif olunub, bir cox fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Hərbi yoldaşları kapitan Sabirli Mansur Cahangir oğlunu vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliacıq və zəhmətkeş zabit kimi dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə, istərsədə dost - tanış , qohum - əqraba arasında özünə böyük hörmət qazanıb.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN SABİRLİ MANSUR!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder