İnsan ücün ən yaddaqalan günlərdən başlıcası onun dünyaya gəldiyi gündür. Belə insanlardan biridə Daxili işlər nazirliyi (Din-in) Daxili Qoşunların hərbi hissələrində müxtəlif vəzifələrdə xidmət etmiş- ehtiyatda olan kapitan Aslanov Mübariz Oktay oğludur. Aprel ayının 29 -da onun dünyaya göz acdığı gündür.
Hər il oldiğu kimi bu ildə doğum gününü qeyd edən- ehtiyatda olan kapitan Aslanov Mübariz Oktay oğlunu Din-in Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, əzizləri, doğmaları və iş yoldaşları səmimi- qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib - tükənməyən nailiyyətlər arzu edib deyirlər, Mübariz qoy yaşınızın üstə gələn bu yaş da sizə sevincdolu günlər bəxş etsin, hər yeni iliniz isə ötən illərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
Aslanov Mübariz Oktay oğlu 1983 - ci ilin aprel ayının 29-da İsmayılı rayonun Şumağallı kəndində zəhmətkeş ailədə anadan olub.
Kapitan Aslanov Mübariz Oktay oğlu E. Məmmədov adına İsmayılı şəhər 3 nömrəli tam orta məktəbi, 2004- ci ildə Kənd Təsərrüfatı Akademiyasını, 2005-ci ildə Müdafiə Nazirliyin Təlim-Tədris Mərkəzində zabit heyətinin ilkin hazırlığı kursnu bitrib. O,Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində kecirlən bir cox təlim-metodiki toplanışlarlarda, hərbi və xüsusi taktiki təlimlərdə, nümunəvi göstərici məşğələlərdə, seminar və konfranslarda fəal iştirak edib. Bundan əlavə, kapitan Mübariz Aslanov Türkiyə Jandarma Qüvvələrinin və Çin Xalqının hərbi məktəblərinin birində xüsusi təynatlı bölük (bölmə) komandiri,Azərbaycan Respubilkasının Minətəmizlə Agentliyində isə bölmə, qrup komandirinin müavini, qrup komandiri və sapyor (minətəmizlə) kurslarını bitrib.
2006- 2017 - ci illərdə Din-in Daxili Qoşunların Gəncə şəhərində və Zakatala rayonunda yerləşən hərbi hissələrdə xüsusi təynatlı dəstədə qrup komandiri,xüsusi təynatlı dəstədə kəşfiyyat rəisi, xüsusi vasitələrin tətbiqi dəstəsində bölük komandiri vəzifələrində Millətə, Vətənə Dövlətə və Xalqa sədaqətlə xidmət edib. Hal-hazırda kapitan Mübariz Aslanov Azərbaycan Respubilkasının Minətəmizləmə Agentliyində (ANAMA-da) qrup komandirinin müavini vəzifəsində çalışır.
Kapitan Mübariz Aslanov Din-in Daxili Qoşunlarda xidmət etdiyi,Minətəmizləmə Agentliyində isə calışdığı illər ərzində özünü qoruxmaz, insanpərvər, səxavətli və əliaçıq və işgüzar, yüksək intellektual səviyyəli zabit kimi göstərmişdir.
Mübariz Aslanov istər orta və ali təhsil müəssisələrində təhsil aldığı illərdə, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost- tanış, qohum -əqrəba arasında özünə layiq hörmət qazanmışdır .
Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, Hərbi Andin, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin eləcə də digər hüquqi- normativ aktların tələblərinə və vəzifə borclarının icrasına Mübariz Aslanov məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir cox hərbi qulluqçular fədakar hərbi xidmətə ruhlandırmışdır.
Qanunvercilikləmüəyyən olunmuş qaydada Daxili Qoşunlara həvələ olunmuş vəzifə və tapşrıqların yerinə yetirilməsində,dövlət əhəmiyyətli obyektlərin və təchizat anbarların mühafizə olunmasında, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda və təmin edilməsində, yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, qanunsuz silahlı birləşmiş dəstələrin axtarışındga və zərərsizləşdirilməsində, qəzaların, yanğınların, bədbəxt hadisələrin və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində Mübariz Aslanov üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerinə yetirmişdir.
Öz xidməti vəzifələrini, elcə də hərbi hissə və minətəmizləmə agentliyi qarşısında qoyulmuş tapşrıqları yerinə yetirərkən fəriqləndiyinə və nümnəvi xidmətlərinə görə Mübariz Aslanov Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin,Minnətimizlə agentliyin rəhbərliyinin
və hərbi hissə komandirlərinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlaçı və yubiley döş nişanları ilə, bir çox fəxri fərmanlarla,
diplomlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb, ona təşəkkür elan edilib və aşağıdakı medallarla təltif olunub:
1."Qüsursuz xidmətə görə 3-cü dərəcəli medal-Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
2.“Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı ilə.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN. MÜBARİZ !
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Respublikasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder