Təbrik: Kapitan Böyükağa Məmmədov- 67




İnsan üçün ən yaddaqalan günlərdən başlacası onun həyata gəldiyi gündür. Ömürə bəzək olan ad günü hər il xüsusi ilə qeyd olunur. Bu bahar təravətli yaz günündə peşəkarlığı və humanistliyi ilə seçilən, ömrünün ən mənalı və məhsuldar dövrünün 23 ildən cox şərəfli xidmət yolunu hərbi xidmətdə kecirmiş Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin (AVMVİB) Neftcala rayon şöbəsinin  üzvü- istefada olan kapitan Məmmədov Böyükağa Ağəli oğlunun aprel ayının 10 -da dünyaya göz açdığı gündür.

Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyin Neftçala rayon şöbəsinin sədri, Azərbaycan  Respublikasının   Müharibə Veteranı- istefada olan kapitan Məmmədov Böyükağa Ağəli oğlunu doğum günü münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi, Daxili işlər Nazirliyi Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri,doğmaları,əzizləri,yaxınları,iş və döyüş yoldaşları  səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin neymət olan möhkəm cansağlığı və həyat yollarında bitib-tükənməyən nailiyyətlər arzu edib deyirlər, Böyükağa qoy yaşının üstə gələn bu yaş da sizə sevincdolu günlər bəxş etsin,hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.

Məmmədov Böyükağa Ağəli oğlu 1957 -ci ilin aprel ayının 10 -da Azərbaycan Respublikasının Neftçala rayonunda zəhmətkeş ailədə  anadan olub.


1974-ci ildə Neftçala rayonun 26-lar qəsəbə (Mirqurbanlı kənd) tam orta məktəbi, 1981 -ci ildə Sovet ordusun Ukrayna respublikasında yerləşən gizirlər məktəbi, 1989 -cü ildə Azərbaycan Respublikasının Neftçala rayonunda Neft və Kimya texnikumunu bitirib. Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş idarəsində və hərbi hissələrində kecirlən bir çox təlim- metodiki  toplanışlarda, ixtisasartırma  kurslarda, seminar və konfranslarda iştirak edib.

1975 -1977 -ci illərdə Sovet ordusunda   müddətli həqiqi hərbi xidmətdə olub.

1981 -1991-ci illərdə SSRİ Müdafiə Nazirliyinin və Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Əfqanıstan, Ukrayna Respublikalarında və Azərbaycan Respublikasının Neftçala və Xətai rayonlarında yerləşən hərbi hissələrdə müxtəlif vəzifələrdə olub.



1992- 2003- cü ilərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Ağdam, Ağdərə, Füzuli rayonlarında və Sumqayıt şəhərində yerləşən hərbi hissələrdə bölük komandiri, əməliyyat tabor komandirinin müavinini, hərbi hissənin qəargah rəisinin xidmət üzrə köməkçisi vəzifəsində Millətə, Vətənə Dövlətə və Xalqa sədaqətlə xidmət edib.


Azərbaycanın ərazi bütövlüyü uğrunda (Ağdam Ağdərə və Füzuli rayonları istiqamətində) gedən döyüşlərdə iştirak edərək ona həvalə edilmiş vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.


O, öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andin və hərbi və döyüş  xidməti  nizamnamələrin tələblərinin, əmr və sərəncamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimə nümnə olmuşdur.

Azərbaycan Respublikasında şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində  ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında,  yaşayış məntəqələrində  kütləvi iğtişaşlarım qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə də, qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində, hərbi və  fövqalədə  vəziyyət zamanı hüquqi rejimin təmin edilməsində, baş vermiş qəzaların, bədbəxt hadisələrin, yanğınların və   təbii fəlakətlərin qarşısının alnmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.



Hərbı xidməti vəzifələrinin icrası zamanı yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə SSRİ Müdafiə Nazirinin,Azərbaycan Respublikasının  Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanı və onun müavinlərinin, diviziya və hərbi hissə komandirinin müvafiq əmrləri ilə «əla xidmətlərə» görə  əlacı  və yubiley döş  nişanları ilə təltif olunub, pul mükafatları ilə, fəxri fərmanlarla , qiymətli hədiyyələrlə mükafatlandırıb və ona təşəkkür elan edilib.

Döyüş hazırlığındakı əla göstəricilərə görə , xüsusi taktiki təlimlərdə, döyüş növbəsində, döyüş xidmətində, döyüş əməliyyatlarında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində fəriqləndiyinə görə SSRI Ali Soveti və Azərbaycan Respublikasının Prezidenti adından aşağıdakı medallarla təltif  edilib:
«Əfqanıstan Müharibə Veteranı»;
«Əfqanıstanda döyüş Əməliyyatların bitməsinin yubiley»  medalı ilə;
 «Qüsursuz xidmətə görə » 2 -ci dərəcəli medal-Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
“Qusursuz xidmətə görə”
3 - cü dərəcəli medal-Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
“SSRİ Silahlı Qüvvələrinin  70 illiyi (1918-1988)” yubiley medalı ilə;
 Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin isə təsis etdiyi “Böyük Zəfər”, “Müharibə Veteranı”,”Milli Ordunun 100 illiyi (1918-2018)”,“Azərbaycan  Vətən Müharibəsi Veteranları İctimai Birliyin  25 illiyi (1994-2019)” yubiley  xatirə medaları ilə təltif edilib.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, BÖYÜKAĞA!

ÖMRÜN UZUN, ÜRƏYİN MÖHKƏM GÖZLƏRİN İŞİQLI 0LSUN!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

Azərbaycan Respubilkasının  Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev


Hiç yorum yok:

Yorum Gönder

Pages