Polkovnik leytenat Şaiq Məlikov yaşasaydı 63 yaşı olardı



Bir gün dünyaya gələn insan,bir gündə onu tərk edir.İki gün arasındqkı ömür payında onun gördüyü işlər əməllər, dediyi sözlər, düşündüyü fikirlər hadisələr, insanların xatirəsində qalır.Elə insanda  vardır kı,onun haqqlnda  xatirələr insanların qəlbinə təsir edir və göz yaşına səbəb olur. Belə insanladan biridə Daxili işlər nazirliyi (Din-in) Daxili Qoşunların eləcə də  Daxili işlər orqanların  həyatında öz  dəst-xətti  və xüsusi xidmətləri olan, yüksək peşəkarlığı, humanistliyi, vətənpərvərliyi və səmimiyyəti ilə seçilən, Din-in Daxili Qoşunların Ağdam, Füzuli, Qaradağ Nərmanov və Xəzər rayonlarında yerləşən hərbi hissələrdə,(hərbi hospitalda), təlim- tədris mərkəzində, və orta ixisas  hərbi məktəbdə  bölük komandirinin tərbiyəvi işləri  üzrə müavini,bölük komandiri, tərbiyə bölməsinin rəisi-baş təlimatcı, orta ixtisas hərbi məktəb rəisinin tərbiyəvi işlər üzrə   müavini   vəzifələrində Millətə, Vətənə, Dövlətə və Xalqa sədaqətlə xidmət  etmiş,  Azərbaycan Respubilkasının Müharibə veteranı – polkovnik leytenat Məlikov Şaiq Şükür   oğlu idi.

Təbiətcə cox sakit, təmkinli, işgüzar,qohumcanlı,hamıya əl tutan,heckimin xətirinə dəyməyən,həddindən artıq Vətəninə, torpağına, xalqına bağlı gözəl və xeyirxah  insan- polkovnik  leytenat Məlikov Şaiq Şükür oğlu 1961 - cı ilin aprel  ayının 8-də Zərdab rayonunda zəhmətkeş ailədə anadan olmuşdur.Məhrum  Şaiq Məlkovun  qardaş ( 2. 10.1967 -ci ildə Zərdab rayonunda  anadan olmuş)- ehtiyatda olan  polkovnik leytenat Məlikov   Hikmət Şükür oğluda Daxili Qoşunlarda və Daxili İşlər Orqanlarında  müxtəlif vəzifələrdə  Vətənə və Xalqa ləyaqətlə  xidmət etmişdir.

Əhətəsində olan insanların, döyüşcü və iş yoldaşlarının  hörmətini qazanan, dostlarına, yaxınlarına isti münasbətdə olaln, Şaiq Malikov Zərdab rayon orta məktəbi, Bakı Dövlət Univeristetini, Azərbaycann Respubilkası Silahlı Qüvələrinin  Qaraheybətdə yerləşən zabitlərin ixtisasartırma kursunu   bitrmişdir.

Zəhmətkeş,cəratətli,sədaqətli,böyük və kicik  yerini bilən,öz işini dərindən bilən və sevən, verdiyi vədi həmişə dəqiq yerinə yetirən,əsil vətəndaşlıq mövqeyi ilə seçilən, Şaiq Şükür oğlu Məlikov  Azbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi,  Hərbi Andın, hərbi və  daxili qoşunların  döyüş xidməti nizamnamələrinin tələblərinin yerinə yetirilməsində öz ta eliyində olanlar və bir cox hərbi qulluqcular ücün daimi nümnə olmuşdur.

Heç kəsi özündən incitməyən, xoş rəftarı və şirin dili i ilə hərkəslə doğmalıq yaradan Məlikov Şaiq Şükür oğlu  Azərbaycan Respublikasının ərazi bütövlüyün təmin edilməsində, respublikada cinayətkarlığa qarşı mübarizədə,dövlət obyektlərin, hərbi təchizat anbarların,hərbi yeklərin mühafizə  olunmasında, şəhərdə, yaşayış məntəqələrdə və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai qaydanın qorunmasında və ictimai təhlükəsizliyin təmin olunmasında, yaşayış məntəqələrində və islah - əmək müəsissələrində kütləvi iğtişaşların qarşısının alınmasında,cinəyətkarlığa qarşı mübarizədə,axtarışda olan şəxslərin tutulmasında və zərərıəşdirilməsində, qəzalar, bədbəxt hadisələr, yanğınlar, təbbi fəlakətlər zamanı  və başqa fövqalədə vəziyyət   (hərbi vəziyyət  və komendant saatı ) zamanı hüquqi rejim tədbirlərinin  həyata  keçirilməsində   üzərinə düşən  məsul vəzifələri hər zaman  layiqincə yerinə yetirmişdir.


Polkovnik leytenat  Məlikov Şaiq Şükür  oğlu Azərbaycanın ərazi bütövlüyü uğrunda, Ağdərə,  Ağdam və Füzuli   rayonları istiqamətində gedən döyüşlərdə   iştirak edərək, ona həvalə  olnmuş vəzifə və tapşırıqları  layıqincə yerinə yetirmiş və ağır yaralanmışdır.

Öz xidmət vəzifələrinin nümnəvi  yerinə yetirilməsində  fəriqləndiyinə və  xidmətdə əldə etdiyi yüksək nətiçələrə görə Azərbaycan Respublikasının Daxili işlər nazirnın, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, məktəb rəisinin, hərbi hissə komandirinin müvafiq əmrləri  ilə əla xidmətlərə görə  əlaçı və yubiley döş  nişanları ilə təltif olunub, bir cox fərmanlarla, diplomlarla, qiyməti hədiyyələrlə (pul mükafatları ilə) mükafatlandırlıb  ona təşəkkur elan edilib və aşağıdakı medallarla təltif olunub:

1.”Qusursuz xidmətə görə” 1-ci dərəcəli medal- Silahlı Qüvvələrdə 20 təqvim  ili xidmətə görə;

2.”Qusursuz  xidmətə görə” 2-ci dərəcəli medal- Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;

3.”Qüsursuz xidmətə görə” 3 -cü dərəcəli medal- Silahlı Qüvvələrdə  10 təqvim ili xidmətə görə;

4.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin  10 illiyi (1991-2001)” yubiley medalı ilə;

5.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı ilə;

Azərbaycan Respubilkasının ərazi bütövlüyünün təmin edilməsində iştirak etdiyinə,döyüş zamanı igidlik  göstərdiyinə,öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə” polkovnik leytenat  Məlikov Şaiq Şükür  oğlu, Azərbaycan Respubilkası Prezidentinin ( 9 mart  2007 -ci il tarixli, 2019 nömrəli ) sərəncamı  ilə 
” Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.


Polkovnim leytenat Məlikov Şaiq Şükür oğlu  2018 -ci ilin dekabr ayının 7-də Xətai rayonunda  vəfat edib və Bakı şəhərində dəfin edilib.

Səmimi, insanpərvər və zəhmətkeş  insan  Şaiq Şükür oğlu Məlikovun əziz ruhu hər zaman onu tanıyanların, sevənlərin yadaşında hafizəsində yaşayacaq, onun əziz xatirəsi doğmalarının, yaxınlarının, iş  və döyüşcü  yoldaşlarının, dostlarının,onu tanyanların yadaşında həmişə qalacaq və yad ediləcək. Belə vicdanlı oğuları ilə tanınır Vətən!

ALLAH RƏHMƏT ELƏSİN,  

MƏKANI CƏNNƏT OLSUN!!!

QƏBRİ NURLA DOLSUN.


Azərbaycan Respubilkasının Silahlı Qüvvələri  və Müharibə Veteranı polkovnik Salman Musayev

Hiç yorum yok:

Yorum Gönder

Pages