Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramovun başçılıq etdiyi nümayəndə heyəti Riyaziyyat və Mexanika İnstitutunda olublar.




Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramovun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda olublar.
MDU ilə Riyaziyyat və Mexanika İnstitutu arasında qarşılıqlı əməkdaşlıq haqqında 2023-cü ilin noyabr ayında imzalanmış Anlaşma Memorandumundan irəli gələn məsələlər barədə müzakirələr aparılıb, eyni zamanda professor Misir Mərdanov və digər rəhbər əməkdaşlar ilə maraq doğuran əhəmiyyətli müzakirələr təhlil edilib. 
Görüşün sonunda həyata keçiriləcək konkret tədbirləri özündə əks etdirən Birgə Fəaliyyət Planını imzalanıb.
Fəaliyyət Planında İnstitut əməkdaşlarının MDU-da ustad dərsləri verməsi və magistr dissertasiyalarına rəhbərlik etməsi, MDU əməkdaşlarının İnstitutda keçirilən elmi seminarlarda iştirakı, birgə elmi tədqiqatların aparılması və ortaq elmi məqalələrin dərc olunması, MDU-da Riyaziyyat festivalının təşkili, Mingəçevirdə Riyaziyyat olimpiadasının keçirilməsi və digər tədbirlərin reallaşdırılması nəzərdə tutulub.
Rektor Şahin Bayramov qarşılıqlı faydalı əməkdaşlığın elm və ali təhsilin inteqrasiyasına mühüm töhfələr verəcəyinə inandığını qeyd edib və göstərdiyi dəstəyə görə hörmətli Misir müəllimə təşəkkür edib.




Hiç yorum yok:

Yorum Gönder

Pages