Mayor Xəlil Şabanovun vəfatından 1 il ötür




Bir gün dünyaya gələn insan,bir gündə onu tərk edir.İki gün arasındqkı ömür payında onun gördüyü işlər əməllər, dediyi sözlər, düşündüyü fikirlər hadisələr, insanların xatirəsində qalır.Elə insanda  vardır kı,onun haqqlnda  xatirələr insanların qəlbinə təsir edir və göz yaşına səbəb olur. Belə insanladan biridə Daxili işlər nazirliyi (Din-in) Daxili Qoşunların  həyatında öz  dəst-xətti  və xüsusi xidmətləri olan, yüksək peşəkarlığı, humanistliyi, vətənpərvərliyi və səmimiyyəti ilə seçilən, Din-in Daxili Qoşunların  Zakatala, Füzuli, Lənkaran, Xətai rayonlarında və Gəncə şəhərində yerləşən  hərbi hissələrində ərzaq və əşya xidməti rəisi, hərbi hissə komandirin maddi texniki təminat (arxa cəbhə ) xidməti üzrə   müavini   vəzifələrində Millətə, Vətənə, Dövlətə və Xalqa sədaqətlə xidmət  etmiş,  Azərbaycan Respubilkasının Müharibə veteranı - mayor  Şabanov Xəlil  Rəhmətüllah    oğlu idi.

Təbiətcə cox sakit, təmkinli, işgüzar,qohumcanlı,hamıya əl tutan,heckimin xətirinə dəyməyən,həddindən artıq Vətəninə, torpağına, xalqına bağlı gözəl və xeyirxah  insan- mayor Şabanov  Xəlil Rəhmətullah oğlu 1959 – cu ilin dekabr  ayının 31- də Zakatala rayonun 1-ci Tala kəndində zəhmətkeş ailədə anadan olmuşdur.

Əhətəsində olan insanların, döyüşcü və iş yoldaşlarının  hörmətini qazanan, dostlarına, yaxınlarına isti münasbətdə olaln, mayor Xəlil Şabanov  Zakatala  rayon 1-ci Tala kənd orta məktəbi, Bakı Poltexnik İnstitutunu,Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində isə   zabitlərin ixtisasartırma kursunu   bitrmişdir.

Zəhmətkeş,cəratətli,sədaqətli,böyük və kicik  yerini bilən,öz işini dərindən bilən və sevən, verdiyi vədi həmişə dəqiq yerinə yetirən,əsil vətəndaşlıq mövqeyi ilə seçilən, Xəlil Şabanov  Azbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi,  Hərbi Andın, hərbi və  daxili qoşunların  döyüş xidməti nizamnamələrinin tələblərinin yerinə yetirilməsində öz ta eliyində olanlar və bir cox hərbi qulluqcular ücün daimi nümnə olmuşdur.

Heç kəsi özündən incitməyən, xoş rəftarı və şirin dili i ilə hərkəslə doğmalıq yaradan mayor Şabanov Xəlil Rəhmətüllah  oğlu  Azərbaycan Respublikasının ərazi bütövlüyün təmin edilməsində, respublikada cinayətkarlığa qarşı mübarizədə, dövlət obyektlərin, hərbi təchizat anbarların,hərbi yeklərin mühafizə  olunmasında, şəhərdə, yaşayış məntəqələrdə və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai qaydanın qorunmasında və ictimai təhlükəsizliyin təmin olunmasında, yaşayış məntəqələrində və islah - əmək müəsissələrində kütləvi iğtişaşların qarşısının alınmasında,cinəyətkarlığa qarşı mübarizədə,axtarışda olan şəxslərin tutulmasında və zərərıəşdirilməsində, qəzalar, bədbəxt hadisələr, yanğınlar, təbbi fəlakətlər zamanı  və başqa fövqalədə vəziyyət   (hərbi vəziyyət  və komendant saatı ) zamanı hüquqi rejim tədbirlərinin  həyata  keçirilməsində   üzərinə düşən  məsul vəzifələri hər zaman  layiqincə yerinə yetirmişdir.


Mayor Şabanov Xəlil Rəhməttulah  oğlu Azərbaycanın ərazi bütövlüyü uğrunda, Ağdərə,  Ağdam və Füzuli   rayonları istiqamətində gedən döyüşlərdə   iştirak edərək, ona həvalə  olnmuş vəzifə və tapşırıqları  layıqincə yerinə yetirmişdır.

Öz xidmət vəzifələrinin nümnəvi  yerinə yetirilməsində  fəriqləndiyinə və  xidmətdə əldə etdiyi yüksək nətiçələrə görə Azərbaycan Respublikasının Daxili işlər nazirnın, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri  ilə əla xidmətlərə görə  əlaçı və yubiley döş  nişanları ilə təltif olunub, bir cox fərmanlarla, diplomlarla, qiyməti hədiyyələrlə (pul mükafatları ilə) mükafatlandırlıb  ona təşəkkur elan edilib və aşağıdakı medallarla təltif olunub:

1.”Qusursuz xidmətə görə” 1-ci dərəcəli medal- Silahlı Qüvvələrdə 20 təqvim  ili xidmətə görə;

2.”Qusursuz  xidmətə görə” 2-ci dərəcəli medal- Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;

3.”Qüsursuz xidmətə görə” 3 -cü dərəcəli medal- Silahlı Qüvvələrdə  10 təqvim ili xidmətə görə;

4.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin  10 illiyi (1991-2001)” yubiley medalı ilə;

5.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı ilə.

Mayor Şabanov Xəlil Rəhməttulah oğlu  2023 -ci ilin aprel ayının 8- də Zakatala rayonunda  vəfat edib və Zakatala rayon 1-ci Tala  kəndində dəfin edilib.

Səmimi, insanpərvər və zəhmətkeş  insan  Xəlil Rəhmətullah  oğlu Şabanovun əziz ruhu hər zaman onu tanıyanların, sevənlərin yadaşında hafizəsində yaşayacaq, onun əziz xatirəsi doğmalarının, yaxınlarının, iş  və döyüşcü  yoldaşlarının, dostlarının,onu tanyanların yadaşında həmişə qalacaq və yad ediləcək. Belə vicdanlı oğuları ilə tanınır Vətən!

ALLAH RƏHMƏT ELƏSİN,  

MƏKANI CƏNNƏT OLSUN!!!

QƏBRİ NURLA DOLSUN.


Azərbaycan Respubilkasının Silahlı Qüvvələri  və Müharibə Veteranı polkovnik Salman Musayev

Hiç yorum yok:

Yorum Gönder

Pages