Lənkəran Dövlət Dram Teatrının aktrisası Şəbnəm İlham qızı Hüseynovanın ad günüdür.




Şəbnəm Hüseynova 13 may 1990-cı ildə Lənkəran şəhərində anadan olub. 2005-ci ildə Lənkəran rayonundakı Şilavar kənd orta məktəbini bitirib, 2008-ci ildən Lənkəran Dövlət Dram Teatrında  aktrisa kimi fəaliyyətə başlayıb. 
Ötən müddət ərzində o, Q.Fiqeyredonun “Ezop”, B.Yıldızın “Kərbəla”, Elçinin “Dəlixanadan dəli qaçıb”, M.İbrahimbəyovun “Kərgədan buynuzu”, M.Xubainin “Şeytanın oyunları”,  Latıpovların  “Şah və əks-səda”, Ç.Aytmatovun “Manqurt”,  Ş.Perronun “Qırmızıpapaq”, A.Babayevin “Üç qardaş”, L.Korsunski “Kələkbaz”,  Ə.Əmirlinin “Köhnə ev” , Ş.Perronun “Tülkü, tülkü, tümbəki”, A.Babayevin “Comərdin hünəri”, B.Beyzayinin “İlan Sultan”, A.Şaiqin “Qoç Polad”,  Ə.Vəlioğlunun “Əsrlərin harayı”, H.Mirzənin “Moskvalı gəlin” və digər tamaşalarda maraqlı, yaddaqalan rollar yaradıb.
Ş.Hüseynova həmçinin “Günəşim ol” teleserialında Nüşabə obrazı ilə sənətsevərlərin rəğbətini qazanıb.
Doğum günü münasibətilə Şəbnəm xanımı ürəkdən təbrik edir, ona xoşbəxtlik, ailə səadəti, yeni yaradıcılıq uğurları diləyirik!

Hiç yorum yok:

Yorum Gönder

Pages