Kamal Xudaverdiyev Azərbaycan Respublikasının xalq artisti (1991), Akademik Milli Dram Teatrının aparıcı aktyorlarından biri anım günüdür.




Kamal Xudaverdiyev aktyor kimi geniş mənada lirik psixoloji üslublu məktəbin nümayəndəsi idi. Aktyor ən parlaq rollarını məhz həmin janrlı əsərlərin tamaşalarında qazanıb.

Xudaverdiyev Kamal Ağahüseyn oğlu (03.05.1938) 3 may 1938-ci ildə Bakıda doğulub.

1965-ci ildə ali təhsilini başa vuran Kamal Xudaverdiyev Akademik Milli Dram Teatrının baş rejissoru Tofiq Kazımovun təklifi ilə oktyabr ayının 1-də truppaya ştata götürülüb. Arada qısa fasiləni çıxmaqla yalnız Akademik teatrda işləyib. Bu illər ərzində aşağıdakı rolları oynayıb:

Raul («Orlean qızı» Fridrix Şiller),
Fərman («Yalan» Sabit Rəhman),
Lətif («Söz yarası» Qeybulla Rəsulov),
Aslan («Kəndçi qızı» Mirzə İbrahimov),
Laert («Hamlet» Uilyam Şekspir),
İbad («Almaz» Cəfər Cabbarlı),
Aslan («Kəndçi qızı», Mirzə İbrahimov),
Otar («Qəribə oğlan»),
Kamandar («Bağlardan gələn səs»),
Kərim bəy («Tənha iydə ağacı»),
Knyaz («Xurşidbanu Natəvan», İlyas Əfəndiyev),
Maqduf («Maqbet», Uilyam Şekspir)
Kral Lir («Kral Lir», Uilyam Şekspir),
Denni («Qızıl», Y.O`Nil),
Sezar («Kölgələrin oyunu», Y. Edlis),
Şah Edip («Şah Edip», Sofokl),
Çingizxan («Sokratı anma gecəsi», Ç. Aytmatov və M. Şahanov),
Loğman («Yollara iz düşür»),
Ulu əcdad («Hara gedir bu dünya?»),
Salman Tahirov («Cəzasız günah»),
Aqşin («Dar ağacı», Bəxtiyar Vahabzadə),
Süpürgəçi («Ah Paris.. Paris…», Elçin),
Murtuza Muxtarov («Mesenat», Əli Əmirli).

Aktyor teatrdan əlavə Azərbaycan Dövlət Televiziyasında da hazırlanan tamaşalarda çoxlu obrazlar ifa etmişdir:
İlyas Əfəndiyevin «Atayevlər ailəsində» (İldırım),
Ənvər Məmmədxanlının «Şərqin səhəri» (Cavanşir bəy),
Mehdi Hüseynin «Alov» (Qaşqay),
Əlibala Hacızadənin «Yadigar» (Müəllim),
Nazim Hikmətin «Bayramın son günü» (Firuz) və «Şöhrət və ya unudulan adam» (doktor),
Elçin Mehrəliyevin «Yurd yeri» (Mahal kişi),
Müxtəlif illərdə «Azərbaycanfilm» kinostudiyasında «İstintaq davam edir» (Çingizov), «Ən vacib müsahibə» (Həsənov), «Dağlarda döyüş» (Rüstəmov), «Nəsimi» (Yusif), «Abşeron» (Əli), «Üzü küləyə» (kombinat müdiri), «Adanı özünlə apara bilməzsən» (ata), «Otel otağı» (alim), «Dədə Qorqud» (ata) filmlərində xaraktercə fərqli obrazlara çəkilib.

Kamal Ağahüseyn oğlu Xudaverdiyev teatr və kino yaradıcılığındakı səmərəli fəaliyyətinə görə 1 dekabr 1982-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti, 22 may 1991-ci ildə xalq artisti fəxri adları ilə təltif olunub.

23 aprel 2008-ci ildə ürək çatımazlığından həyata gözlərini yumdu. Prezident təqaüdçüsü idi.

Filmoqrafiya
Alov (Qaşqay)
Atayevlər ailəsi (film) (İldırım)
Bayramın Son Günü (Firuz)
Birisigün, gecəyarısı... (film, 1981)
Bizim qəribə taleyimiz (film, 2005)
Dağıdılmış körpülər (film, 1996)
Dağlarda döyüş (film, 1967)
De ki, məni sevirsən! (film, 1977)
Dədə Qorqud (film, 1975)
Əlvida, cənub şəhəri (film, 2006)
Ən vacib müsahibə (film, 1971)
Gözlə məni (film, 1980)
İflas (film, 2004)
İstintaq davam edir (film, 1966)
İtkin gəlin (film, 1994)
Qanlı zəmi (film, 1985)
Qara Gölün Cəngavərləri (1984)
Qatır Məmməd (film, 1974)
Qəzəlxan (film, 1991)
Qırmızı qar (film, 1998)
Mənim ağ şəhərim (film, 1994)
Nəsimi (film, 1973)
Od içində (film, 1978)
Otel otağı (film, 1998)
Oyunçu (film, 2008)
Özgə ömür (film, 1987)
Sarıköynəklə Valehin Nağılı (film)
Səmt küləyi (film, 1973)
Son arzu (film, 2003)
Şahid qız (film, 1990)
Şərqin Səhəri (Cavanşir bəy)
Təkcə adanı özünlə apara bilməzsən... (film, 1980)
Tətil (film, 1991)
Ulduzlar sönmür (film, 1971)
Unudulan adam (film, 1987) (Doktor)
Üzü küləyə (film, 1977)
Vulkana doğru (film, 1977)
Yadigar (Müəllim)
Yurd yeri (film, 1994)
Yurd yeri (film, 1997)

Hiç yorum yok:

Yorum Gönder

Pages