Hümbət Allahverdiyev: “Xocalıda qırğın olduğunu bir gün sonra bildik”



Xocalıda qırğın olduğunu 1992-ci il fevralın 27-də bilmişik”.

Bakmiltv.info xəbər verir ki, bunu qalıqları Xocalıda kütləvi məzarlıqda tapılıb, bu gün Zabrat qəsəbəsində dəfn olunan Bəsirə Məhərrəmovanın qardaşı Hümbət Allahverdiyev deyib.

O qeyd edib ki, Xocalıda hücuma məruz qalan yaxınlarından uzun müddət məlumat ala bilməyiblər:

“Bir ay Ağdamda qaldıq. Nə qədər çalışsaq da, bacımız və onun həyat yoldaşı haqqında məlumat əldə edə bilmədik. Bu ilin mart ayında qalıqları tapıldı, məlum oldu ki, hər ikisi eyni yerdə öldürülüb. Bəsirə yaşasaydı, 70 yaşı olacaqdı”.

Hiç yorum yok:

Yorum Gönder

Pages