24 aprel 1941-ci ildə Hacıqabul rayonunda doğulub. 25 may 1968-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun «Dram və kino aktyoru» fakültəsini bitirib. Əvvəllər Sumqayıt Dövlət Dram Teatrında aktyor, Azərbaycan Dövlət İncəsənət İnstitutunda müəllim vəzifəsində işləyib. 20 sentyabr 1972-ci ildən Gənc Tamaşaçılar Teatrının aktyorudur. Bir neçə tamaşanın müəllifi və quruluşçu rejissorudur. 22 may 1991-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adı ilə təltif olunub.
Əsas rolları::
1. Leonardo - («Sükut divarı», Paola Messina)
2. Əşrəf bəy - («Hacı Qənbər», Nəcəf Bəy Vəzirov)
3. Həcir - («Söhrab və Rüstəm», İskəndər Coşğun)
4. Mələmiş müəllim - («Mənim nəğməkar bibim», Əkrəm Əylisli)
5. Mahmud - («Azad Çoban», Məmmədiyyə Yusifzadə)
6. Səlim - («Bir sahilin adamları», Xalidə Hasilova)
7. Dahi - («Unutmağa kimsə yox», Kamal Abdulla)
8. Qara keşiş - («Nəsrəddin», Yusif Əzimzadə)
9. Ziyad xan - («Mahmud və Məryəm», Elçin) 10. M.B.Bağırov - («Ölüm hökmü», Elçin)
11. Mkrtıç – («Hacı Qara», Mirzə Fətəli Axundov)
12. Piri Baba - («Qaraca qız», Süleyman Sani Axundov, Abdulla Şaiq)
13. Salur Qazan - («Dədəm Qorqud», Əbdüləzəl Dəmirçizadə)
14. Əmir Şeyxzamanov – («Mənim ağ göyərçinim, Tamara Vəliyeva)
15. Vətən – («Yaddaş ağrısı», Hüseynbala Mirələmov)
16. Zəvvarbaşı – («Məkkəyə gedən yol» C.Məmmədquluzadə)
Hiç yorum yok:
Yorum Gönder