Daha 2 nəfər Xocalı sakini bugün torpağa tapşırılacaq!




XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı zamanı şəhid olmuş  Məhərrəmov Vaqif Cəmil oğlu və Məhərrəmova Bəsirə Vəli qızının nəşi tapılıb. Aidiyyəti üzrə məhkəmə tibb eksperti təyin edilib və nəşin onlara aid olduğu müəyyən olunub.
Aprelin 6-sı saat 13-00-da hər 2 şəxsin nəşi Bakının Sabunçu rayonu Zabrat qəsəbə qəbristanlığında dəfn ediləcək.
Xatırladıram ki, Vaqif bəy Xocalının müdafiəçilərindən idi.
Ruhları şad olsun. Amin.

Şamil Sabiroğlu, jurnalist.
Bakı, 06.04.2024.

Hiç yorum yok:

Yorum Gönder

Pages