Bu şəxslər ictimai nəqliyyatdan pulsuz istifadə edəcək



Əksər inkişaf etmiş ölkələrdə gündəlik olaraq minlərlə insanın istifadə etdiyi ictimai nəqliyyatda bir qrup şəxslərə güzəştlər tətbiq olunur.  Bəs görəsən Azərbaycanda hansı şəxslər ictimai nəqliyyatdan ödənişsiz istifadə etmək imkanına malikdir? 
 
Ads by 
0
Reklamınızı SmartBee ilə effektiv edin.
 
Nəqliyyat eksperti Aslan Əsədov Moderator.az-a açıqlamasında hansı şəxslərin ictimai nəqliyyatdan ödənişsiz istifadə edə biləcəyini açıqladı: 
 
 "Biz ictimai nəqliyyatın özünü qruplaşdırsaq- metro, avtobus, taksi və sair var. Əsas şəhər infrastruktunda metro  və sərnişindaşıma üstünlüyə malikdir. Bu daşınmalar  böyük kateqoriyanı əhatə edir. Burada isə bütün gedişlər ödənişlidir.
"Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”na əsasən, müntəzəm avtobus marşrutlarında sərnişin özü ilə ayrıca yer tutmadan, gediş haqqı ödənilmədən 5 yaşadək bir uşaq aparmaq hüququna malikdir. Bundan başqa  “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinin altıncı bəndinə əsasən, müddətli həqiqi hərbi xidmət qulluqçuları sərnişin nəqliyyatının bütün növlərindən (taksidən başqa) pulsuz istifadə edə bilərlər.
 
 “Polis haqqında” Qanunun 38-ci maddəsinin 4-cü bəndinə əsasən, xidməti vəzifələrinin icrası zamanı polis əməkdaşları Azərbaycan ərazisində sərnişin nəqliyyatının bütün növlərindən (taksidən və şəhərlərarası nəqliyyatdan başqa) pulsuz istifadə etmək hüququna malikdirlər. 
 
Metronun özünün nizamnəməsində qəbul edilmiş qərarlara əsasən istifadə edilir. Belə ki, beş yaşlı uşqlar, metro əməkdaşları, veteranlar, polislər ödənişsiz istifadə edə bilərlər. Hələ ki mövcud qaydalara uyğun  olaraq vəziyyət bu şəkildədir". 

Hiç yorum yok:

Yorum Gönder

Pages