Bu gün Nəriman Nərimanovun doğum günüdür



Bu gün ictimai-siyasi xadim, yazıçı, publisist, Azərbaycan SSR-in ilk dövlət və hökumət başçısı, Sovet Sosialist Respublikaları İttifaqının ilk dövlət başçılarından biri, SSRİ MİK-in Sədri Nəriman Nərimanovun doğum günüdür. Nəriman Nərimanov 14 aprel 1870-ci ildə doğulub.

Azərbaycanın müsəlman şərqində nail olduğu bir çox ilklər, o cümlədən ilk konstitusiya onun adı ilə bağlıdır.

Nərimanovun hakimiyyəti dövründə Azərbaycan xalqının adət və ənənələrinə dərin hörmət edilmiş, bütün dini və ənənəvi bayramlar rəsmi olaraq qeyri-iş günü hesab olunmuşdur. O, siyasətçidən əlavə bir maarifpərvər və dramaturq-yazıçı kimi Azərbaycan tarixində mühüm rol oynamış, ilk qiraətxananı açmışdır.

Ədəbiyyatçı kimi milli romanımızın ("Bahadır və Sona") və ilk tarixi faciənin ("Nadir şah") banisi kimi qalır.

Onun hakimiyyəti dövründə bütün qonşu respublikalarla dostluq münasibəti saxlanılmışdır. Məsələn Türkiyədəki Qurtuluş Savaşına böyük dəstək vermiş və bu sayədə Türkiyənin xəritədən silinməsinə qarşı verilən mücadələdə onlara böyük dəstək vermişdir. Daha sonralar Atatürk ona bu köməklərinin əvəzini verməyə təklif ettiyində isə Nərimanov ona Qardaş qardaşa borc verməz, əlindən tutar deyə cavab göndərmişdir.

Nəriman Nərimanov 1870-ci ildə Tiflis şəhərində anadan olmuşdur. 1890-cı ildə Qori seminariyasını, 1908-ci ildə Novorossiysk (Odessa) Universitetinin tibb fakültəsini bitirmişdir.

1905-ci ildə Sosial-Demokrat "Hümmət" təşkilatınnın rəhbərliyinə daxil olmuş, Rusiya Sosial-Demokrat Fəhlə (bolşeviklər) Partiyasının məramnaməsini doğma dilimizə çevirmişdir.

1909-cü ildə həbs olunaraq Həştərxan şəhərinə sürgün edilmişdir.

1913-cü ildə Bakıya qayıdan Nərimanov fəhlələr arasında təbliğatla məşğul olmuşdur.

Artıq 1917-ci ildə N.Nərimanov "Hümmət" Təşkilatı Mərkəzi Komitəsinin sədri, Bakı Komitəsinin üzvü, "Hümmət" qəzetinin baş redaktoru idi.

1918-ci ilin martında Nərimanov Bakı Sovetində şəhər təsərrüfatı üzrə xalq komissarı təyin olunur. Həmin ilin iyun ayında ağır xəstəliklə əlaqədar olaraq Həştərxan şəhərinə müalicəyə göndərilir. Sağaldıqdan sonra həmin şəhərdə bir sıra partiya orqanlarında çalışır.

N. Nərimanov 1919-cu ildə Moskvaya çağırılaraq RSFSR Xalq Xarici İşlər Komissarlığında (XİN) Şərq məsələləri üzrə Xalq komissarının müavini vəzifəsinə təyin edilir.

28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən və Azərbaycan SSR elan edildikdən sonra N.Nərimanov Azərbaycan SSR Müvəqqəti İnqilabı Komitəsinin Sədri və Xalq Komissarları Sovetinin Sədri vəzifəsini tutur.

1922-ci ildə SSRİ yarandıqdan sonra SSRİ Mərkəzi İcrayyə Komitəsinin sədrlərindən biri seçilir.
N. Nərimanov 1925-ci ildə müəmmalı şəkildə ölmüş və Moskvada Kremlin divarları yaxınlığında dəfn edilmişdir.

Hiç yorum yok:

Yorum Gönder

Pages