Dövlət Sərhəd Xidmətin və Daxili işlər nazirliyi (Din-in) Daxili Qoşunların həyatında öz dəst-xətti olan yüksək peşəkarlığı, vətənpərvərliyi və təşkilatclıq bacarığı ilə seçilən ömrünün ən məhsuldar dövrünün 28 ildən çoxunu hərbi xidmətdə keçirmiş, Azərbaycan Respublikasınımı Silahlı Qüvvələr və müharibə veteranı- isteftda olan polkovnik- leytenant Bəkir Ağalarovun aprel ayının 4-də dünyaya göz acdığı gündür.
Daimi həyatın bütün cətinliklərindən alını açıq və üzüağ çıxan, Bəkir Ağalarovu belə bir gün münasibətilə Din-in Daxili Qoşnların ehtiyatda və istefada olan zabitləri, doğmaları, yaxınları,iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı, ailə səadəti və həyat yollarında bitib -tükənməyən nailiyyətlər arzu edib deyirlər, Bəkir qoy yaşının üstə gələn bu yaş da sənə sevincdolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun səni xoşbəxt edəcək şəkildə keçsin.
Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və müharibə veteranı- istefada olan polkovnik- leytenant Ağalarov Bəkir Mamo oğlu 4 aprel 1962-ci ildə Qərbi Azərbaycanın Çirəkən kəndində zəhmətkeş ailədə anadan olub.
O,1979-ci ildə Şahbuz Nurs kənd orta məktəbi, 1988-ci ildə SSRİ Müdafiə Nazirliyinin Volski arxa cəbhə xidmtləri üzrə ali hərbi məktəbi bitirib.
1980- 1982 -ci illərdə SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olub.
1988-1991-ci illərdə SSRİ Sərhəd Qoşunların Naxçvan Muxtar Respublikasında yerləşən hərbi hissədə müxtəlif vəzifələrdə işləyib.
1992-1995-ci ilıərdə Azərbaycan Respubilkasının Dövlət Sərhəd Xidmətininn Naxçvan şəhərində yerləşən hərbi hissədə ərzaq (əşya) xidməti rəisi vəzifəsində, 1996 – 2011 ci illərdə isə Daxili işlər nazirliyi Daxili Qoşunlarının Baş İdarəsinin Naxcvan və Gəncə şəhərlərində, Füzuli, Xətai, Zakatala və Hacıqabul rayonlarında, yerləşən hərbi hissələrində hərbi hissə komandirinin maddi texniki təminat (arxa cəbhə xidmətləri ) üzrə miavini, Daxili Qoşunların Bas İdarəsinin maddi -texniki təminat idarəsində isə baş zabit vəzifələrində Millətə, Vətənə, Dövıətə və Xalqa sədaqətlə xidmət edib.Bəkir Ağalarov Daxili Qoşunlardan ehtiyata buraxıldıqdan sonra bir müddət Naxçvan Muxtar Respublikasının təhsil müəssislilərin birində hərbi rəhbər vəzifəsində işləyib.
Bəkir Mamo oğlu Ağaıarov Qanunvericiliklə müəyyən olunmuş qaydada Dövıət Sərhəd Xidmətinə və Daxili işlər nazirliyi Daxili Qoşunlarına həvalə olunmuş vəzifə və tapşırıqların yerinə yetirilməsində, dövlət əhmiyətli obyektlərin, hərbi şəhərciklərin, hərbi təchizat anbarların və dövlət sərhədin mühafizə olmasında, şəhərlərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində ictimai qaydanın qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsində, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi iğtşaşların qarşısının alınmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində,qəzalar,bədbəxt hadisələr, yanğınlar, təbii fəlakətlər və başqa fövqalədə hallar (hərbi vəziyyət və komendant) zamanı hüquqi rejimin təmin olunmasında eləcədə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüş və xüsusi əməliyyatlarda üzərinə düşən vəzifələri məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
O,öz tabeliyində olanlara və digər hərbi qulluqçulara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin, direktivlərin, təlimatların, əsasnamə və əmrlərin tələblərinin dəqiq və sözsüz yerinə yetirilməsində daimi nümünə olmuşdur.
Müharibə və Silahlı Qüvvələr Veteranı-istefada olan polkovnik-leytenant Bəkir Ağalarov xidməti vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə Daxili işlər nazirinin, Sərhəd və Daxili Qoşunlar Komandanlarının, onun müavinlərinin, idarə (xidmət) və ali hərbi məktəb rəisinin, diviziya və hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı və yubiley döş nisanları ilə təltif olunub, bir cox fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Öz xidməti vəzifələrini yernə yetirərkən xüsusi fəriqləndiyinə görə SSRI Ali Soveti və Azərbaycan Respublikasının Prezidenti adından Daxılı İşlər Nazirinin müvafiq əmrləri ilə aşağıdakı medallarla təltif olunub:
1.”Azərbaycan Respubilkasının Silahlı Qüvvələri Veteranı” medalı ilə;
2.”SSRİ Silahlı Qüvvələrinin 70-illiyi (1918-1988)”yubiley medalı ilə;
3.Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10-illiyi (1991- 2001)” yubiley medalı ilə;
4.“Azərbaycana Respubilkasının 90-illiyi (1918-2008) yubileyi medalı ilə;
5."Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal- Silahlı Qüvvələrdə 20 təqvimi ili xidmətə görə;
6.”Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal-Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
7.”Qusursuz xidmətə görə 3-cü dərəcəli medal-Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN BƏKİR !
BİR İL DAHA BİTDİ, AMMA HEÇ VAXT KƏDƏRLƏNMƏ ZAMAN TEZ KEÇİR DEYƏ...UNUTMA Kİ HƏR KƏS EYNİ ŞEYİ YAŞAYIR.BU İLİN SONUNDA GERİYƏ BAXDIĞINDA ÜMÜD EDİRƏM BİR "MÖCÜZƏ İLDİR " DEYƏRSƏN...BÜTÜN ARZULARININ REALLAŞMASI DİLƏYİMLƏ..XOŞBƏXT İLLƏRƏ.
Azərbaycan Respubilkasının Silahlı Qüvəlləri və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder