"Azərbaycan baryaği" ordenli Allahverdiyev Şahlar Mənsim oğlu (19.07.1964 - 13.04.1994) - 60




    

         Vətən Müharibəsi şəhidi,"Azərbaycan baryaği"  ordenli, mühəndis-istehkam xidməti rəisi, baş leytenant, Tərtər rayon Sarov kənd sakini, 19 iyul 1964-çü il təvəllüdü  Allahverdiyev Şahlar Mənsim oğlunun şəhadətinin 30-cu ildönümü, anadan olmasının isə 60 illik yubileyidir.

         Şahlar orta təhsilini Sarov kənd orta məktəbində aldıqdan sonra 1982-ci ilin oktyabr ayında Sovet Ordusu Sıralarına həqiqi hərbi xidmətə çağırılıb. 1984-cü ilin oktyabr ayınadək Almaniyada yerləşən hərbi hissədə mina tǝmizləyən kimi xidmət edib. Hərbi xidmətdən qayıtdıqdan sonra yaşadığı  doğma kəndində “Azərbaycan” kolxozunda kolxozçu işləyib. 

        O, 1987-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasına daxil olub. 

        Şahlar Allahverdiyev erməni quldurlarının vəhşiliklərinə dözməyərək 1992-ci ilin may ayında  könüllü olaraq 703 saylı h/h- nın "Tərtər özünümüdafiə batalyonu”nun mühəndis istehkam xidmətinə zabit kimi qəbul edilib. Bu hərbi hissədə xidmət etdiyi müddətdə Ağdərə və ətraf kəndlərin–Marquşavan, Vəng, Drombon, Çıldıran, Umudlu, Mehmana və şairənin erməni yaraqlılarıdan təmizlənməsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir.

        O, 1992-ci ilin dekabr ayında Müdafiə Nazirliyinin əmri ilə baş leytenant kimi N saylı hərbi hissənin mühəndis - istehkam xidməti rəisi təyin olunub. Bu xidməti ərzində o, yüzlərlə mina zərərsizləşdirmişdir.

        Şahlar Allahverdiyev 1994-cü il aprel ayının 13-də #Ağdamın #Güllücə kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

        Şəhidimiz  subay idi. Sarov kənd qəbiristanlığında dəfn olunub. 

         Şahlar Allahverdiyev ölümündən sonra "Azərbaycan bayrağı" ordeni ilə təltif olunub. Sarov kənd xəstəxanasına onun adı verilərək əbədiləşdirilib. Xəstəxananın həyətində və 
Bakıda təhsil aldığı Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının binası qarşısında büstü qoyulub.

          Şəhidlərimizin əziz xatirəsini böyük sayğı və ehtiramla anaraq, Tanrıdan onlara rəhmət, yaxınlarına isə səbr diləyirəm. Ruhları şad, məzarları nurlu, məqamları uca olsun. 


Hiç yorum yok:

Yorum Gönder

Pages