Azərbaycanda parlament seçkisi nə zaman keçiriləcək?



Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti beş ildir. Konstitusiyanın 84-cü maddəsinin I bəndində belə yazılıb.

Həmin maddənin II bəndində isə yazılıb:

Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının seçkiləri hər beş ildən bir noyabr ayının birinci bazar günü keçirilir.

Milli Məclisin deputatı Qüdrət Həsənquliyev isə bildirib ki, bir neçə aydan sonra parlament seçkisinin olması gözlənilir.

Qeyd edək ki, VI çağırış Milli Məclis növbədənkənar parlament seçkisinin nəticəsi ilə formalaşıb. Azərbaycanda sonuncu parlament seçkisi 2020-ci ilin fevralın 9-da keçirilib.

Konstitusiyaya əsasən, növbədənkənar seçkilərdə seçilən Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddəti beş ildən az ola bilər.

Bu halda Milli Məclisə növbəti seçkilər növbədənkənar seçkilərdə seçilən parlamentin çağırışının səlahiyyət müddətinin beşinci ilinin noyabr ayının birinci bazar günü keçirilir.

Göründüyü kimi, əgər parlamentə növbəti seçki bu qaydada keçiriləcəksə, o vaxt zaman olaraq noyabr ayı seçiləcək.

Yox, əgər tez olacaqsa, onda bunun növbədənkənar seçki statusu ilə rəsmiləşdirilməsi baş tuta bilər.

Üçüncü versiyaya gəlincə, bu, parlamentin səlahiyyət müddətinin beş ilinin tamamı ilə uyğun şəkildə qurula bilər.

Hiç yorum yok:

Yorum Gönder

Pages