Azərbaycan Dövlət Akademik Musiqili Teatrın baş inzibatçısı Suceddin Sadiyev ad günüdür.




Qeyd edək ki, Sadiyev Sücəddin Sənan oğlu 20 aprel 1961-ci ildə Yardımlı rayonunun Telovar kəndində anadan olub. 1981-1986-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr fakultəsinin Musiqili Komediya Aktyorluğu şöbəsində təhsil alıb. 1987-1988-ci illərdə Teatr Xadimləri İttifaqının "Satira studiyası”nda rejissor köməkçisi işləyib. 1988-ci ildən 1991-ci ilə qədər Opera və Balet Teatrında Mimans artisti, 1991-ci ildən 1993-cü ilə qədər böyük inzibatcı, 1993-cü ildən 2005-ci ilə qədər direktor müavini vəzifəsində çalışıb. 2005-ci ildən 2014-cü ilə qədər Akademik Milli Dram Teatrında baş inzibatçi vəzifəsində işləyib. 2014-cü ilin fevral ayından Azərbaycan Dövlət Akademik  Musiqili Teatrında baş inzibatçı vəzifəsində çalışır.
 Teatr Xadimləri İttifaqının üzvüdür.

Hiç yorum yok:

Yorum Gönder

Pages