Aprel döyüşləri Azərbaycan Ordusunun qələbə əzmini bütün dünyaya göstərdi



Azərbaycan Ordusunun 2016-cı il aprel ayının 1-dən 2-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq həyata keçirdiyi uğurlu əks-həmlə əməliyyatı - Aprel döyüşlərindən 8 il ötür.

Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, Ordumuz tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində düşmən ağır məğlubiyyətə uğradı, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2 min hektardan çox hissəsini azad edildi, həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi.

Parlaq tarixi qələbələrimizdən olan, hərb tariximizə qızıl hərflərlə yazılan, qəhrəman oğullarımızın misilsiz şücaəti ilə qazanılan şanlı Aprel döyüşləri bütün dünyaya dövlətimizin, xalqımızın gücünü, qələbə əzmini nümayiş etdirdi.

Bu qələbə Ermənistanın uzun illər ərzində öz ordusunun məğlubedilməzliyi haqqında yaratdığı mifi darmadağın etdi.

Lakin mənfur xislətindən yaxa qurtara bilməyən və Aprel döyüşlərindən dərs çıxarmayan düşmən yenidən öz çirkin niyyətlərini həyata keçirir, müxtəlif istiqamətlərdə təxribatlara əl atırdı.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin bütün cəbhəboyu genişmiqyaslı təxribatlar törətməsinə, Azərbaycan Ordusunun mövqelərinə və mülki yaşayış məntəqələrinə atəş zərbələri endirməsinə cavab olaraq əks-hücum əməliyyatı - 44 günlük Vətən müharibəsi başladı. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında ərazi bütövlüyümüz bərpa olundu və bütün şəhidlərimizin qisası alındı, öz doğma yurdlarından didərgin düşən soydaşlarımızın qayıdışı Böyük Qələbənin tacı oldu.

Bu gün tarixin ən şanlı mərhələsini yaşayan Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-həmlə əməliyyatı - Aprel döyüşləri hər zaman Azərbaycan dövləti və xalqı üçün Vətən müharibəsindəki Böyük Qələbənin başlanğıcı kimi daim xatırlanacaq.

Hiç yorum yok:

Yorum Gönder

Pages