8 aprel Beynəlxalq Romanlar Günüdür....




Bu gün romanların mədəniyyətini qeyd etmək və onların üzləşdikləri mövzulara dair məlumatlılığı artırmaq məqsədi daşıyır. Romanlar Günü 8 aprel 1971-ci ildə, roman nümayəndələrinin ilk böyük beynəlxalq toplantısı şərəfinə, London yaxınlığındakı Çelsfilddə elan edilib.

Tarixi mənbələrə görə, romanlar indiki Hindistan, Pakistan və Əfqanistan ərazisindən 11-ci əsrdə İran və Anadoluya köçən etnik azlıqdır. Rəvayətlərə görə, romanlar XV əsrdə İstanbulun fəthi zamanı Avropaya daxil olublar.
Bəzi iddialara əsasən isə Azərbaycanda onlara “qaraçı” deyilməsinin səbəbi təhqir deyil. Pakistanın Karaçi bölgəsindən gələn romanlara zaman içində “qaraçı” deyilməyə başlanılıb.

Hiç yorum yok:

Yorum Gönder

Pages