7 Aprel- Ümümdünya Sağlamlıq Günüdür.




Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev



Hər il aprel ayının 7-də Ümümdüniya  Səhiyə Təşkilatının yaranmasının  ildönümü qeyd olunur.Hər il aprel ayının 7-də  keçirlən  Ümumdünya Səhiyyə Günündə  Səhiyyə Təşkilatın yaranması qeyd olunur və həmin gün dünya ictimayyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhmiyyət kəsb edən bir mövzuya  yönəltmək üçün  bir imkandır.
“Sağlamlıq  iqlim dəyişikliyinin təsirindən qorunması” mövzusu sağlamlıq məsələsini  iqlim dəyişikliyi haqqında  qlobal dialoqun   əsas müzakirə  hədəfinə  cevirir.Əməkdaşlığı artırmaqla  dünya ictimayyəti bütün dünyada iqlimin dəyişməsi  nəticəsində  sağlamlıqla bağlı  yaranmış problemlərin  öhtəsindən  gəlməyə daha hazır olacaq 
Artıq Avropada iqlim dəyişikliyi baş verir. Bu gün cəmiyyətin bütün qrupları iqlim dəyişikliklərinin, qeyri-sabitliyinin və kəskin hava şəraitinin təsirinə məruz qalır. İnsan sağlamlığına olan təsirlər artıq ÜST-nın Avropa Regionunda müşahidə olunmuşdur. 12 Avropa ölkəsindən alınmış məlumatlara əsasən 2003-cü ilin yayında havaların həddən artıq isti keçməsi nəticəsində 70000 nəfərdən artıq insan ölmüşdür. Müqayisə üçün qeyd etmək lazımdır ki, ötən beş il ərzində yalnız bir həyəcandoğurucu hal baş vermişdir.
Temperatur yüksəldikcə sağlamlığa olan təsirlərin artacağı ehtimalı var. Buna baxmayaraq, səhiyyə ilə bağlı sektorlarda nəqliyyat və su ehtiyatlarının idarə olunması kimi tədbirlərin həyata keçirilməsi ilə həmin təsirlərin çoxunun qarşısının alınması və ya nəzarət altında saxlanılması mümkündür.
İndi tədbir görülməlidir!
Ölkələr nə qədər tez tədbir görərsə, onun bəhrəsi bir o qədər çox, çəkilən xərclər isə bir o qədər az olar. Təsirlərin azaldılmasına yönəlmiş güclü tədbirlər, yəni istixana qazlarının toplanmasını dayandırmaq (təsiri azaltmaq) və iqlim dəyişikliyini ləngitmək məqsədilə qoyulan sərmayələr son nəticədə sağlamlıq üçün faydalı olacaq. Ölkələr öz vətəndaşlarına yeni təhlükələrin öhdəsindən gəlməkdə kömək etmək məqsədilə təsirlərin azaldılması üçün uyğunlaşdırma tədbirləri də planlaşdıra bilər.
Ümumdünya Sağlamlıq Günü
1948-ci ildə birinci Ümumdünya Səhiyyə Assambleyası Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaradılmasını qeyd etmək üçün Ümumdünya Sağlamlıq Gününün təsis edilməsi təşəbbüsü ilə çıxış etdi. 1950-ci ildən başlayaraq Ümumdünya sağlamlıq günü hər il 7 aprel tarixində qeyd edilir. Hər il Ümumdünya Sağlamlıq Gününün mövzusu ÜST üçün prioritet sayılan bir problemi diqqət mərkəzinə gətirir. Ümumdünya Sağlamlıq Günü diqqəti səhiyyə sahəsində beynəlxalq ictimaiyyətə təsir göstərən başlıca problemlərə yönəltmək üçün dünya səviyyəsində bir imkandır. Ümumdünya Sağlamlıq Günü 7 apreldən sonra belə davam edən uzunmüddətli ictimai maarifləndirmə proqramlarının başlanması ilə səciyyələnir.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) haqqında
Ümumdünya Səhiyyə Təşkilatı Birləşmiş Millətlər Təşkilatının səhiyyə məsələləri üzrə ixtisaslaşmış agentliyidir. O, 7 aprel 1948-ci ildə yaradılmışdır. ÜST-ün Nizamnaməsində müəyyən olunduğu kimi, onun əsas məqsədi bütün insanların mümkün ola biləcək ən yüksək sağlamlıq səviyyəsinə nail olmalarını təmin etməkdir. Sağlamlıq ÜST-ün Nizamnaməsində yalnız xəstəliklərin, yaxud fiziki qüsurların olmamağı ilə deyil, tam fiziki, psixi və sosial sağlamlıq vəziyyəti kimi müəyyən olunur.
ÜST özünün Ümumdünya Səhiyyə Assambleyası vasitəsilə 193 Üzv Dövlət tərəfindən idarə olunur. Bu Assambleya ÜST-ə Üzv Dövlətlərdən olan nümayəndələrdən ibarətdir. Ümumdünya Səhiyyə Assambleyasının əsas vəzifəsi ÜST-ün proqramı və növbəti ikiillik müddət üzrə büdcəsinin təsdiqi və siyasət məsələləri üzrə qərarların qəbul edilməsidir.





Hiç yorum yok:

Yorum Gönder

Pages