Bu bayramın dərin, bir qədər mübahisəli tarixçəsi var. Belə ki, 4 aprel şagirdlərin, tələbələrin himayəçisi olan və tarixdə ilk “Etymologiae” ensiklopediyasının yaradıcısı Sevilyalı müqəddəs İsidorun ölüm günüdür. Məlumat üçün qeyd edək ki, katolik kilsəsi 1998-ci ildə ümumdünya internet şəbəkəsini insan bilikləri xəzinəsi adlandırıb. Uzun müddət namizədlər arasında seçim edən Vatikan 2000-ci ildə belə qərara gəlib ki, internetin ən yaxşı himayəçisi müqəddəs İsidor ola bilər. Öz qərarını şərh edən II İoann Pavel bildirib ki, insan biliklərinin xəzinəsi internetdir, buna görə də o, bu missiyanı müqəddəs İsidora həvalə edib.
O, ilk dəfə öz işində çarpaz istinadlar sistemini tətbiq edib ki, bu da şəbəkədə istifadə edilən hiperistinadları xatırladır. S.İsidor 636-cı ilin bu günü dünyasını dəyişib. Bundan başqa, bu tarixin qısa yazılışı (4.04) geniş yayılmış və şəbəkənin demək olar ki, hər istifadəçisinin rastlaşdığı “HTTP 404” səhvinə uyğun gəlir.
Hələlik internet bayramının dəqiq tarixi haqqında razılıq əldə olunmayıb. Belə ki, hər ölkə Beynəlxalq İnternet Gününü, bir qayda olaraq, milli domen zonasının açılışı günündə qeyd edir. Lakin dünya miqyasında internetin ən populyar bayramı 4 aprel hesab edilir.
Hiç yorum yok:
Yorum Gönder