Zemfira Abdulsamadova ad günüdür.



 Qözəl xanım  Gənc Tamaşaçılar Teatrının aktrisası.Milli Konservatoriya tərkibində Respublika İncəsənət gimnaziyasının teatr şöbəsində aktyor seneti ve rejissorluqdan ders deyən gözəl müəllimə Zemfira Abdulsamadova  ad günüdür.Can sağlığı arzu edirik Təbriklər

 Əbdülsəmədova Zemfira 1978-ci ildə teatr və kino aktyorluq fakültəsinə daxil olub. Diplom tamaşası Edvard Olbinin Hər şey bağdadır və A.P.Çexovun vodevelleri olub. 1982-ci ildə təyinatla Şəki Dövlət Dram Teatrının aktyor turpasına daxil olub. Teatrın Moskovanın Kazan şəhərində Şekspir festivalında Romeo və Cülyetta tamaşasında Cülyetta rolu olub. Zemfira Əbdülsəmədova 1985-ci ildə Şıxəli Qurbanov adına Musiqili Komedya Teatrında işləyir. Teatrında ilk rolu mərhum sənətkar Vaqif İbrahimoğlunun quruluşunda Fikrət Əmirovun Gözünüz aydın musiqili komediyasında tibb kapitanı Gülər rolunu ifa edir.Daha sonra teatrda Nəsibə Zeynalova Hacıbaba Bağırov kimi böyük sənətkarlarla tamaşalarda oynayıb. 1989-cu ildə mərhum sənətkar Hüseynağa Atakişiyevin dəvəti ilə Gənclər Teatrında işləyib.Z.Əbdülsəmədova hal-hazırda Gənc Tamaşaçılar Teatrında aktrisa kimi işləyir..Milli Konservatoryanının tərkibində olan İncəsənət Gimnaziyasında aktyorluqdan dərs deyir sehne danisigi ve eyni zamanda tamasalar hazirlayir.Ans ve Itv kanallarinda Xarici filmleri seslendirir
1)Şəki Dövlət Dram Teatrında ifa elediyi rollar
Lənkaran xanın vəziri-Şölə(Mirzə Fətəli Axundov)
Halallıq-Mironixa(Qriqori Rasputin)
Sevda-Bəxt üzüyü(Vaqif Səmədoğlu)
Kamilə-Toy(Sabit Rəhman) 2)Musiqili komediya teatrinda ifa etdiyi rollar:.F.Emirov Gozun aydin-Tib kapitani guler,92 deqiqelik gulus,Sonqulunun mehebbeti. 3)Gənclər Teatrında ifa elədiyi rollar:Laləli düzən-(R.Əlizadə),Dadaşbala Əməliyyatı-(R.Əlizadə),Qatil-(Elçin Əfəndiyev),Elburs evlənir-(Georgi Xuqayev),Halallig-Miranixa,Leyli ve Mecnun- Leyli ve anasi,Ox ve hedef,Arvadimin eri-Zerine,C.Memmedquluzade Qurbanelebey Qurbanelibeyin arvadi ve.s
4)Film və teleseriallarda ifa elədiyi rollar: Yuxu, Dalan, Səbəkə, Sonuncu Dərviş,Qara volqa,Pərdə,Xennas filmləri. 5)Seriyallar:Sirr(Fatma), Pərvanələrin rəqsi(Növrəstə), Muradına çatan Günəş(Xədicə),Qisas serialları,Uc baci(Xedice) 6)Televiziya tamasasi:Ölüm ya olum və ya hər şeyə rəğmən 
Tamaşalar-  Haqverdiyev " Xortdanin cehennem mektubları" , "Yarımçıq qalmış" , " Ünvansız qatar"  "Qar kraliçası" ve s
Filmler- "Xennas",  ögey ana" seriali

Hiç yorum yok:

Yorum Gönder

Pages