Yazıçı, dramaturq Sabit Rəhmanın ad günüdür.




Sabit Kərim oğlu Rəhman (Sabit Mahmudov) Şəkidə anadan olub. Azərbaycan Pedoqoji İnstitutunda (1932), Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun ssenari kurslarında təhsil alıb (1936-1937). Qəzet və jurnal redaksiyalarında ədəbi işçi və məsul katib, Azərbaycan Dövlət Dram Teatrında ədəbi hissə müdiri, Bakı kinostudiyasında ssenari şöbəsinin rəisi (1937-1938), kinostudiyanın direktoru (1945-1946), Kinematoqrafiya nazirinin müavini vəzifələrində işləyib. Ədəbi fəaliyyətə “Molla Nəsrəddin”də dərc etdirdiyi felyetonlarla başlayıb (1926-1927). İlk hekayələr məcmuəsi - "Pozğun" 1931-ci ildə dərc olunub. Sabit Rəhman Azərbaycan komediyasının banilərindən biridir. “Tоy”, “Хоşbəхtlər”, “Aşnalar”, “Aydınlıq”, “Nişanlı qız”, “Əliqulu evlənir”, “Yalan” kоmediyaları оnun qələminin məhsuludur. Əməkdar incəsənət хadimi (1943) Sabit Rəhman 1970-ci ildə vəfat edib.
Yazıçı, dramaturq Sabit Rəhman bəstəkar Emin Sabitoğlunun atasıdır.

Filmoqrafiya:
Arşın mal alan (II) (1945, tammetrajlı bədii film) – ssenari müəllifi
Əbədi odlar ölkəsi (1945, tammetrajlı sənədli film) – ssenari müəllifi
O olmasın, bu olsun (1956, tammetrajlı bədii film) – ssenari müəllifi
Koroğlu (1960, tammetrajlı bədii film) – ssenari müəllifi
Əhməd haradadır? (1963, tammetrajlı bədii film) – ssenari müəllifi
Ulduz (1964, tammetrajlı bədii film) – libretto müəllifi
Şirin bülbül (2000, tammetrajlı film-tamaşa) – əsərindən istifadə olunub
Bizim Əhməd haradadır? (2015, bədii serial) – əsərindən istifadə olunub

Hiç yorum yok:

Yorum Gönder

Pages