Türk iyi qoxuyan məktub



   İran hizbullah zindanında” romanı  “İnqilabın travması", “Üç vəd, üç tələb”, “Qanlı orkestr”, “Həyatı tabutda axtaranlar” adlı dörd kitabdan ibarətdir. Roman tarixi, ictimai, siyasi baxımdan İran İslam İnqilabının təsadüf, yoxsa zəruriyyət olması suallarını cavablandırır. İnqilab və insan anlayışlarını üz-üzə qoyan müəllif, inqilabın antihumanist mahiyyət daşıdığını və insanı yediyini ispat edir.
     1978-1988-ci illəri əhatə edən əsərdə hadisələr əsasən Paris, Qum və Urmiyə şəhərlərində baş verir. 
     Əsərdə azad düşüncəsinə görə şərlənib zindana atılmış yüzlərlə insanın taleyi ilə tanış oluruq. Eyni zamanda, digər maraqlı nüanslarla qarşılaşırıq. Məsələn, İmam Xomeynin Bakı planı, "Azadlıq" meydanında Leninlə qarşılaşması, hər iki liderin Quzey Azərbaycanda mövqe tutmaq uğrunda mübarizəsi və s.
      Eluca Atalının bu əsəri ilə ilk dəfə olaraq sistemli şəkildə bədii təsvir vasitələri ilə xomeynizmin mahiyyətini açır.
    Oxucunu psixoloji baxımdan kitabın mövzusuna kökləyən kitabın üz və arxa qapaqlarındakı yazıya diqqət edək.
   Üz qapağında yazılmışdır: "Müqəddəsliyə və insanlığa çağırış olan sübh azanının ilk sədası səsləndiyi an sanki zindanın içində saatlı bomba partlayırdı."
Kitabın arxa qapağındasa belə yazılmışdır: "Bir az öncə Varren Zimmarmannın gətirdiyi məktubu İmam Xomeyni acgözlüklə qoxlayıb: "Ağ Evin plan B-sindən türk iyi gəlir!" - Bağırdı. Yəzdi dini ağanı təlqin etdi, sadəcə, ciyərlərinə Parisin sərin payız havası doldu. O dərk etmədi ki, Xomeyni kimi məktubun iyini duymaq üçün həkim yox, siyasətçi olmaq lazım idi."
   Bütöv Azərbaycanın yolu düşüncəmizdən keçir! - iddiası ilə ortaya qoyulmuş dörd romandan ibarət olan "İran Hizbullah zindanında" kitabını oxumanızı tövsiyə edirik.
       İlham Rəsulzadə


Hiç yorum yok:

Yorum Gönder

Pages