Təbrik:Tibb xidməti polkovnik-leytenatı Xaqani Mirzəliyev -61




     İnsan üçün ən yadda qalan günlərdən başlıcası onun həyata gəldiyi gündür. Ömürə bəzək olan ad günü hər il xüsusi ilə qeyd olunur. Bu bahar təravətli yaz günündə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (Din-in) Daxili Qoşunlarının   hərbi hospitalının həyatında tibb xidməti sahəsində  öz dəst -xətti və xüsusi  xidmətləri olan, səmərəli fəaliyyəti ilə  həmişə lazımınca  qiymətləndirlən, daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan, Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı -istefada olan tibb  xidməti  polkovnik - leytenantı Mirzəliyev Xaqani  Mirzəli oğlunun aprel ayının1 -də onun  dünyaya göz acdığı gündür.


  Belə bir əlamətdar gün münasibətilə peşəkar həkim,  Silahlı Qüvvələr və Müharibə Veteranı – istefada olan tibb xidməti polkovnik- leytenantı Mirzəliyev Xəqani Mirzəli oğlunu Din-in  Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri (tibb işciləri),doğmaları,əzizləri, iş və döyüş yoldaşları  səmimi qəlbdən təbrik edir, səbəbkara  həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı, aılə səadəti və həyat yollarında bitib -tükənməyən nailiyyətlər arzu edib deyirlər, Xəqani həkim qoy  yaşının üstə gələn bu yaş da  sizə sevincdolu günlər bəxş etsin,hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin. 

     

 Tibb Xidməti polkovniki leytenantı Mirzəliyev Xaqani Mirzəli oğlu  1963 -cü ilin aprel ayının  1- də Azərbaycan Respublikasının Sabirabad rayonunda zəhmətkeş ailədə anadan olub.

 1980 -ci ildə  Sabirabad şəhər orta məktəbini, 1986- ci ildə Nərimanov adına Dövlət Tibb İnstitutunun  1- ci müalicə profilaktika fakültəsini bitirib. Xaqani həkim Daxili Qoşunların Bas İdarəsinin hərbi hospitalında xidmət etdiyi illər ərzində dəfələrlə  həkimlərin təkmilləşmə İnstitutunda müvafiq ixtisasartırma  kurslarında, seminar və konfranslarda   olub.

  1986- 1989 -cu illərdə Bakı şəhər Təcili  Yardım  stansiyasında həkim terapevt,  həkim kardioloq işləyib.

      1990- 1992-ci illərdə SSRİ Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin xüsusi təyinatlı birqadasında tibb xidmət rəisinin müavini və xidmət rəisi vəzifələrində olub.

1993 -2015 -ci illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının    Qaradağ  və Nərimanov rayonlarında yerləşən hərbi hissəsində ( hərbi  hospitalında)  1- ci  (birinci) terapiya şöbəsində ordinator, funksional diaqnostika kabinetində ulturasəs müayinəsi üzrə həkim, funksional diaqnostika  şöbəsinin rəisi  vəzifələrində Millətə, Vətənə Dövlətə və  Xalqa sədaqətlə xidmət edib. 

Tibb xidməti polkovniki leytenantı Mirzəliyev Xaqani Mirzəli oğlu 2016 -ci ildən etibarən  Qaradağ rayonun Sahil qəsəbəsində yerləşən Sədəf kilinkasında ultrasəs müayinəsi üzrə həkim vəzfəsində işləyir.  

 Yüksək peşəkarlığı, humanistliyi, səmərəli fəaliyyəti,  işgüzarlığı, iradı, mənəvi keyfiyyəti, dəqiqliyi, təmkinliyi, sadəliyi, səmimiyyəti, qayğıkeşliyi,  tövazkorlığı və  vətənpərvərliyi ilə seçilən Allahın verdiyi şərəfli və mənalı  ömrünün ən məhsuldar dövrünün  38 ildən cox xidmət yolunu  hərbi xidmətdə və tibb xidməti sahəsində keçirir.


Peşəkar  və qayğıkeş həkim Xəqani Mirzəliyev Vətənin təəssübünü çəkən bir insandır.O Vətənin ağır məqamında onun taleyinə biganə qalmamış və döyüşçülərmizlə düşmənə qarşı ( Çaykənd, Qazax, Tovuz, Ağdam və Füzuli rayonları istiqamətində gedən döyüşlərdə)  fədakarlıqla döyüşmüşdür. Döyüşçü olmağı ilə birgə, həmdə bir hərbı həkim kimi, gecəli- gündüzlu calışaraq  döyüşçülərin , yerli sakinlərin, yaralarına məlhəm qoyub, onları yenidən həyata qaytarılmasında,  onlara ilk tibbi yardımın göstərilməsində böyük xidmətləri olub. Şəhid oğulların  məsciddə yuyulub kəfənlənməsində, cənazələrin ünvanlarına çatdırılmasında xüsusi zəhməti olub. Hətta, ünvanı bilinməyən Şəhidlərin  qadaşlıq məzarıstanında dəfin olnmasında şəxsən iştirak edib.

     Xəqani həkim Azərbaycanın ərazi bütövlüyü uğrunda ( Füzuli rayonu istiqamətində )gedən döyüşlərdə hərbi həkim kimi Səhra lazaretində xidmət göstərərkən yaralı döyüşçülərin, şəhidlərin döyüş silahlarının ardıcıl olaraq siyahısının tərtib edilməsində, itkisinin qarşısının alınmasında üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.

  Xəqani həkim Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insanpərvər, əliaçıq, zəhmətkeş  zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəssisələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.

     

 Daxili Qoşunların Bas İdarəsi tərəfindən  hər tədris  ili   hərbi hissələrdə və hərbi hospitalda keçirilən təftiş, yekun, ümumi, qəfləti yoxlamaların nəticələrinə görə Polkovnik leytenant Xəqani Mirzəliyevin rəhbərlik etdiyi şöbə yüksək göstəricilər göstərərək, Daxili Qoşunların hərbi hospitalın şöbələri arasında həmişə qabaqcıl və mükafata layiq görülmüş şöbələrin sırasında olmuşdur.

 Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, Hərbi Andın, hərbi və daxili  qoşunların döyüş xudməti  nizamnamələrin  tələblərinin dəqiq   və sözsüz yerinə yetirilməsi işində   öz  tabeçiliyində olanlar üçün şəxsi nümunə olmuş, Hippokrat adına isə həmişə sadiq qalmışdır.

    Öz xidməti   vəzifələ borclarının   və hərbi hospital qarşısında qoyulmuş  tapşrıqların  yerinə yetirilməsində fəriqləndiyinə  və yüksək göstəricilərə nail olduğuna görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hospital rəisinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı  və yubiley nişanları ilə, pul mükafatları ilə, bir çox   fərmanlarla, qiymətli hədiyyələrlə təltif edilib və ona təşəkkür elan olunub.

Döyüş hazırlığındakı və tibb xidmətindəki əla göstəricilərə,  təlimlərdə,  dövlətin ərazi bütövlüyünün təmin edilməsində  xüsusi fəriqləndiyinə, şücaət və fədakarlıq göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə “Azərbaycan Respublikasının  Silahlı Qüvvələr Veteranı”, “  Qüsursuz xidmətə  görə”  1-ci, 2-ci və 3-cü dərəcəli, “Azərbaycan Respubilkasının  Silahlı Qüvvələrinin” isə  10 - illiyi (1991-2001), 90- iliyi  (1918-2008) və 95-illiyi (1918-2013)  yubiley   medalları  ilə təltif edilib.

Xəqani Mirzəliyevin bütün Silahdaşlarn nəzərində cəsur döyüşçü, qayğıkeş insan  və şəfalı əlləri olan həkim kimi qalibdir.

     Yüksək insani keyfiyyətlərə və kamil həkimlik peşəsinə qadir Xəqani həkim sağlamlıq bəxş etdiyi insanların ömrundə və şərəfli həkim peşəsinin tarixində yaşayacaq.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN. XAQANI HƏKİM!


GÜNƏŞ QƏDƏR İSTİ… QAR DƏNƏSİ  SAF VƏ TƏMİZ BİR DİLƏYİLƏ…AD GÜNÜN MÜBARƏK OLSUN.


 Azərbaycan Respublikasının  Silahlı Qüvvələr  və Müharibə Veteranı  polkovnik Salman Musayev


Hiç yorum yok:

Yorum Gönder

Pages