Tarix boyu həkimlik sənətinə ülvi bir peşə, həkimə isə müqəddəs bir şəxs kimi yanaşılmışdır. Sənətini mükəmməl bilən, insanların sağlamlığının keşiyində ləyaqətlə duran, onların qayğısına qalan həkimlərin xətri el-obada həmişə əziz tutulmuşdur. Hətta el arasında müdrik və mütərəqqi adamları loğmanla müqayisə edirdilər.
Həkim adını daşımaq nə qədər məsuliyyətli olsa da, bir o qədər də şərəflidir. Xalqın səhhətini qorumaq, hər kəsin öz sağlamlığını və həyatını etibar edəcəkləri qədər inamını qazanmaq hər insana nəsib olmur. Möcüzəli əlləri ilə insanlara şəfa bəxş edərək, xarakteri ilə səhhətlərində yaranmış problemlərini unutduraraq onların ehtiramını qazanmaq həkimlərin peşə vəzifələrinin ən ümdə məqamlarından biridir. Novruz həkim də öz səmimi davranışı, dürüstlüyü, insanpərvərliyi, qayğıkeşliyi və insanlara sağlamlıq, eləcə də gözəl təbəssüm bəxş etmək məharəti ilə onların etibarını və rəğbətini qazanmış həkimlərdəndir. Təsadüfi deyil ki, pasientləri (onu tanyanlar) Novruz həkim barəsində danışanda deyirlər ki, “gözəl insandır və “əlləri qızıldır”.
İnsanlara yeni həyat, yaşamaq sevinc bəxş edən, yüksək əxlaqi dəyərlərə malik olan, sayılb- seçilən, peşəkar həkimlərmizdən bir olan, ali dərəcəli həkim- istefada olan tibb xidməti polkovnik-leytenantı Novruz Həmid oğlu Hüseynov 19 mart 1961 -ci il tarixdə Qərbi Azərbaycanın ( Vedibasar mahalının) Vedi rayonun Şirazlı kəndində anadan olub.Vedi rayonun Şirazlı kəndində zəhmətkeş ailədə dünyaya gələn Novruz həkim qədirbilən övlad, güvənilən qardaş, sevimli həyat yoldaşı və qayğıkeş atadır
1979- cu ildə orta təhsilini Vedi rayonu Şirazlı kənd orta məktəbdə uğurla başa vuran Novruz Hüseynov 1986-cı ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakultəsini müvəffəqiyyətlə bitirib. Novruz həkim dəfələrlə həm ölkəmizdə, həmdə müxtəlif dövlətlərdə müvafiq ixtisasartırma kurslarında, seminarlarda,kongreslərdə, xüsusi- taktiki təlimlərdə, simpoziumlarda fəal iştirak edib.
Silahdaşlarının yadaşında fədakar həkim və döyüşcü kimi qalan Novruz Hüseynov 1993-cü ilə kimi Qubatlı rayon mərkəzi xəstəxanasın da və Bakl şəhər poliklinikasında həkim vəzifəsini şərəflə yerinə yetirmişdir.
Daxili işlər nazirliyi Daxili Qoşunların həyatında öz dəst- xətti və xüsusi xidmətləri olan, Hippokrat andına həmişə sadiq qalan Novruz həkim 1993-2017 ci ilərdə Daxili işlər nazirliyi Daxili Qoşunların tədris alayının tibb məntəqəsində həkim -terapevd, Daxili ilşər nazirliyi Daxili Qoşunların hərbi hospitalında isə Anesteziologiya və reanimasiya şöbəsinin rəisi vəzifələrində Millətə, Vətənə, Xalqa və Dövlətə ləyaqətlə xudmət etmişdir.
Novruz həkim Din-in Daxili Qoşunların Baş İdarəsinin hərbi hospitalından Silahlı Qüvvələrə ehtiyata buraxıldıqdan sonra 2017- 2021-ci illərdə Daxili işlər nazirliyi Daxili Qoşunların hərbi hospitalında mulki həkim kimi calaşmışdır. Hal hazlrda Novruz həkim özəl tibb müəssisələrin birində fəaliyyətini davam etdirir.
Öz peşəsunə daimi sadiq olan Novruz həkim Azərbaycan Respubilkasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili işlər nazirliyi daxili qoşunların döyüş xidməti nizamnamələrinin eləcə də tibb işçilərinin əxlaqı kodeksinin tələblərinin dəqiq və sözsüz yerinə yetirilməsi işində öz tabeliyində olan bir cox hərbi qulluqculara və həkimlərə şəxsi nümünə olmuşdur.
Hüseynov Novruz Həmid oğlu Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində, Qanunvericiliklə müəyyən olunmuş qaydada Daxili işlər nazirliyi Daxili Qoşunlarına və hərbi hospitalına həvalə olunmuş vəzifə və tapşrıqları ləyaqətlə yerinə yetirmişdir. O, Azərbaycanln ərazi bütövlüyü uğrunda (Ağdam,Ağdərə və Füzuli rayonları istiqamətində) gedən döyüşlərdə fəal iştirak edərək yüzlərlə yaralılara, xəstələrə ilkin yardım göstərmişdir.
Səmərəli fəaliyyətinə görə Daxili işlər naziri və onun müavinlərinin Daxili Qoşunlar komandanın, hərbi hissə komandirinin (hospital rəisinin) müvafiq əmirləri ilə əla xidmətlərə ğörə əlacı və yubiley döş nişanları ilə təltif olunub,bir çox diplomlarla, fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkur elan olunmuşdur.
Öz xidməti vəzifələrini və hərbi hissənin (hospitalın ) qarşısında qoyulmuş tapşırıqları yürinə yetirərkən fəriqləndiyinə və hərbi xidmət keçdiyi dövrdə göstərdiyi digər xidmətlərə görə, Azərbaycan Respubilkası Prezdenti adından Daxili işlər nazirinin müvafiq əmirləri aşağıdakı medallarla təltif edilib:
1.”Qusursuz xidmətə görə” 1-ci dərəcəli medal-Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
2.”Qusursuz xidmətə görə” 2-ci dərəcəli medal-Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
3.” Qusursuz xidmətə görə” 3-cü dərəcəli medal-Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
4.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)” yubiley medalı ilə;
5.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008) yubiley medalı ilə;
6.” Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” yubiley medalı ilə.
Şərəfli ömür yolu keçmiş, insanların sağlamlığını ləyaqətlə qorumuş və savadlı mütəxəssis, gözəl insan və qayğikeş həkim kimi kiçikdən-böyüyə onu tanıyanların hər birinin dərin rəğbətini qazanmış Novruz Hüseynovun 19 mart anadan olmasının 63-cü ildönümüdür. Daimi həyatın bütün cətinliklərindən alını açıq və üzüağ çıxan, Novruz həkimi belə bir əlamətdar gün münasibəti ilə Daxili işlər nazirliyi Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, (tibb işciləri), doğmaları, əzizləri, yaxın qohumları, döyüş və iş yoldaşları səmimi qəlbdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, firavan həyat, ailə səadəti və hərtərəfli uğurlar diləyirlər.
Doğum günün mübarək olsun Novruz həkim!
100 yaşa sağlam yaşa.
Azərbaycan Respublikasının Silahlı Qüvvələri və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder