Təbrik:Tibb xidməti mayoru Nigar Cəfərova




Tarixi boyu həkimlik sənətinə ülvi bir peşə, həkimə isə müqəddəs bir şəxs kimi yanaşılmışdır. Sənədini mükəmməl bilən insanların sağlamlığının keşiyində  ləyaqətlə duran, onların qayğısına qalan həkimlərin xətri el-oba əziz tutulmuşdur.  Hətta  el arasında müdrüik  adamları loğmanla müqayisə edirlər.

Həkim adını daşımaq nə qədər məsuliyyətli   olsada bir o qədər də şərəflidir. Xalqımın səhhətini qorumaq,  hər kəsin öz sağlamlığını və həyatın etibar edəcəkləri qədər inamını   qazanmaq  hər insana nəsib olmur. Möcüzəli əlləri ilə insanlara şəfa bəxş edərək, xarakteri ilə səhhətlərində yaranmış   problemlərini unutduraraq onların etimadını qazanmaq  həkimlərin peşə vəzifələrinin ən ümdə  məqamlarından biridir.

       Şərəfli ömür yolu kecmiş, insanların sağlamlığını ləyaqətlə qorumuş  və  qayğıkeş həkim kiçikdən-böyüyə onu tanıyanların hər birinin rəğbətini qazanmış, dürüst, vətənpərvər,  gözəl insan və əlləri qızıl olan – ehtiyatda

 olan  tibb xidməti mayoru Cəfərova Nigar  Cavad qızının  mart ayının  12-  də dünyaya göz  acdığı gündür.

      

Daxili işlər nazirliyi (Din-in) Daxili Qoşunların həyatında tibb xidməti sahəsində  öz dəst -xətti  olan, daimi həyatın  bütün imtahanlarından alnıaçıq və üzüağ çıxan-ehtiyatda  olan tibb xidməti mayoru Nigar Cəfərovanı   belə bir əlamətdar gün münasibətilə Daxili işlər nazirliyi Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri (tibb işciləri), doğmaları,yaxınları və iş yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan ucun ən şirin nemət olan möhkəm cansağlığı və uzun ömur arzu edib deyirlər, Nigar həkim qoy yaşının üstə gələn bu yaş da sizə sevincdolu illər bəxş etsin, hər yeni günün isə   sizi istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.


Yüksək peşəkarlığı ,dərin zəkası,gözəl nitq qabiliyyəti,

prinsiplərinə sadəliyi,təvazökarlığı,iradı, mənəvi keyfuyyəti və səmiyyəti ilə seçilən,həmişə müasir müalicə üsullarına can atan həkim- tibb xidməti mayoru  Cəfərova  Nigar Cavad qızı 1974-cü ilin  mart   ayının 12 -də Rusiya Sovet Federativ Sosialist   Respublikasının Astraxan şəhərində zəhmətkeş ailədə anadan olub.


1991- ci   ildə Lnkaran rayonda  orta məktəbi,1997-cü  ildə isə   Azərbaycan Dövlət Tibb   İnstitunu bitrib. Nigar xanım dəfələrlə Lənkaran rayonunda və  Bakı şəhərində   aparıcı  tibb müəssisələrində, elmi təcrübə  kurslarda, konfrans və konqreslərdə fəal iştirak edib. Həkimlərin təhkimləşdirmə institutunda  ixtisasartırma kurslarında olub.   

Ətrafındakı insanların  rağəbətini  və ehtiramını qazanan, mənəvi baxlmdan  ən döğru dürüst olan ali dərəcəli həkim  1998-2007-cü illərdə Lənkaran Mərkəzi Xəstəxanasında həkim -terapevt vəzivəsində işləyib, 2008-2024-ci illərdə  isə  Daxili işlər nazirliyi Daxili Qoşunların Baş İdarəsinin  tibb xidmətində hərbi həkim komisiyasının  terapevt həkimi  vəzifəsində  Vətənə, Dövlətə və Xalqa sədaqətlə xidmət edib.

Hərbi və həkim yoldaşları Nigar həkimi  vətənpərvər,qayğıkeş,mehriban,sadə, tevözkar, intellektual səviyyəli, qorxmaz, səxavətli,  insanpərvər, əliacıq və zəhmətkeş zabit kimi  dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə, istərsədə  dost - tanış , qohum- əqraba  arasında özünə böyük hörmət qazanıb.

Əqidəsinə, amalına sadiq, sözübütöv,mərd insan olan Nigar xanım Daxili Qoşunların Baş  İdarəsinin tibb xidmətində xtdmət etdiyi  illər ərzində,  qanunvericiliklə müəyyən olunmuş qaydada Daxili işlər nazirliyi  Daxili Qoşunlarına  həvalə olunmuş  vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.

Nigar həkim  bir cox hərbi qulluqculara (həkimlərə),Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və   daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin dəqiq və sözsüz  yerinə yetirilməsi işində daimi  şəxsi nümunə olmuşdur. Hippaokrat andı icən Nigar həkim o, anda sona qədər sadiq olaraq, ona həvalə edilmiş vəzifə və tapşırıqları  məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.

 Öz xidməti  vəzifə borclarını və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən xüsusi fəeqləndiyinə görə Daxili işlər nazirin,  Daxili Qoşunlar Komandanın və onun müavinlərinin  və hərbi hissə komandirlərinin  müvafiq əmrləri ilə, əla xidmətlərə görə  əlacı və yubiley döş nişanları ilə təltif olunub , fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırıb, ona təşəkkür elan edilib  və aşağıdakı medallarla  təltif edilib:

1.”Qüsursuz xidmətə görə” 2-cü dərəcəli medal- Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;

 

2.”Qusursuz xifmətə görə”  3 -cü dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 10 təqvim  illi xidmətə görə;


3.”Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin   95 illiyi  (1918 -    2008)” yubiley   medalı ilə.




DOĞUM GÜNÜN MÜBARƏK OLSUN NİGAR HƏKIM!


HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!


ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!


Azərbaycan Respibilkasının Silahlı Qüvvələri və Müharibə Veteranı polkovnik Salman Musayev




Hiç yorum yok:

Yorum Gönder

Pages