Daxili işlər nazirliyi Daxili Qoşunlarında tibb xidməti sahəsində öz dəst-xətti olan, yüksək peşəkarlığı, iradi, işgüzarlığı, sadəliyi, səmimiyyəti, qayğıkeşliyi, dəqiqliyi, təmkinliyi və xeyirxahlığı ilə seçilən, istefada olan tibb xidməti mayoru Abbasova Elmira Yunus qızının mart ayının 21-də dünyaya göz acdığı gündür.
Daimi həyatın bütün cətinliklərindən alını açıq və üzüağ çıxan Abbasova Elmira Yunus qızını belə bir əlamətdar gün münasibətilə Daxili işlər nazirliyi Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri,doğmaları, əzizləri və iş yoldaşları səmimi qəlbdən təbrik edir,ona həyatda insan ücün ən şirin nemət olan möhkəm cansağlığı arzu edib deyirlər, qoy o gün olsun ki, nəvə və nəticə toyunu görəsən.
Abbasova Elmira Yunus qızı 1957 -ci ildə mart ayının 21-də Gürcüstan Respubilkasının Rustavi şəhərində zəhmətkeş aiıədə anadan olub.
1972-ci ildə Rustavi şəhərində orta məktəbin 8 -ci sinifini, 1974-cü ildə Tovuz rayonun Xatınlı kənd orta məktəbin 10-cu sinifini, 1982-ci ildə isə Azərbaycan Dövlət Tibb İnstitutunu bitrib. Elmira həkim Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində müvafuq ixtisasartırma kurslarda, təlim -metodiki toplanışlarda, hərbi və xüsusi taktiki təlimlərdə, semnar və konfranslarda fəal iştirak etmişdir.
1982-1995-ci illərdə Daxili işlər nazirliyin İrkutski və Krasnoyarskı şəhərlərində yerləşən islah-əmək müəssisələrində tibb xidməti rəisi vəzifələrində işləyib.
1995-2003-cü illərdə Daxili işlər nazirliyi Daxili Qoşunların Baş İdarəsinin Nərmanov rayonunda yerləşən hərbi hissədə Tibb xidmət rəisi vəzifəsində Millətə, Dövlətə, Xalqa və Vətənə sədaqətlə xidmət etmişdir.O, Daxili işlər Nazirliyi Daxili Qoşunlarından ehtiyata buraxıldıqdan sonra, Xəzər klinikasında reanimotoloq vəzifəsində işləyir.
Elmira həkim Azərbaycan Respubilkası Konustitusiyasına və qanunlarına,Hərbi Andın,hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərinə və vəzifə borcuna əməl etməkdə tabeliyindəkilər ücün nümünə olmuşdur. Hiıpokrat andı icən Elmira xanım həmişə icdiyi anda sadiq qalmışdır.
Qanunvericiliklə müəyən olunmuş qaydada 1982- 1995 -ci illərdə SSRİ və Rusiya Daxili işlər nazirliyin İslah-əmək müəsisələrinə, 1995-2003- illərdə isə Azərbaycan Respubilkasının Daxili işlər nazirliyi Daxili Qoşunlarına həvalə olunmuş vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
Öz xidməti vəzifələrini,eləcə də islah-əmək müəssisə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə və xidmət keçdiyi dövrdə digər xidmətlərə görə keçmiş SSRi Daxili işlər nazirinin,Rusiya Daxili işlər nazirinin, Azərbaycan Respubilkasının Daxili işlər nazirinin, Daxili Qoşunlar Komandanı və onun müavinlərinin, İslah əmək -müəssisə rəisinin və hərbi hissə komandirinin müvafiq əmirləri ilə “Qusursuz xidmətlərə 1-ci, 2-ci və 3-cü dərəcəli, ”Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin isə 10 illiyi (1991-2001)” yubiley medaları ilə təltif olunub, bir çox fərmanlarla, qiymətli hədiyyələrlə və diplomlarla mükafatlandırlıb və ona təşəkkur elan edilib.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN ELMİRA HƏKİM!
Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder