Təbrik:Polkovnink leytenat Rac Tahirov-61




     Daimi həyatın bütün cətinliklərindən alınıaçıq və üzüağ çıxan -istefada olan polkovnik leytenant Tahirov Rac Nüsrət oğlunu doğum günü munasbətilə səmimi qəlbdən təbrik edir,  ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti  və həyat yollarında bitib - tükənməyən nailiyyətlər arzu edib deyirlər, Rac qoy  yaşının üstə gələn bu yaş  da sizə sevincdolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin. 


      Polkovnik-leytenant  Tahirov Rac Nüsrət oğlu  24  mart 1963- cı ildə  Qazaxıstan Respublikasının  Şimkənd vilayətində zəhmətkeş ailədə  anadan olub.

  Rac Nüsrət oğlu Tahirov 1980 -ci ildə  Qazaxıstan Respublikasının Şimkənd orta məktəbini, 1990-cu ildə isə SSRİ Daxili İşlər Nazirliyinin Qazaxıstan Respublikasının Karağanda vilayətində yerləşən Ali milis məktəbini bitirib.

   1983- 1985- ci ildə Sovet ordusunda müddətli həqiqi hərbi xidmətdə olub .

     1991-1994-ci illərdə Qazaxıstan Respublikasının Şimkənd vilayətində yerləşən DİN- in Polis İdarəsində müxtəlif vəzifələrdə, 1995 -2012-ci illərdə isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin   (DQBİ-nin) Mənəvi — pisxoloji hazırlığı şöbəsində və DQBİ- Növbətci xidmətində baş zabit, Daxili Qoşunların Bas İdarəsinin Qərargahında isə  Növbətci Xidmətinin rəisi  vəzifələrində Millətə, Vətənə Dövlətə və Xalqa sədaqətlə xidmət etmişdir.

O,Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insanpərvər, əliaçıq, zəhmətkeş  zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost-tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.

      Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin  Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində,Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andın,  hərbi nizamnamələrin və digər hüquqi- normativ aktların  tələblərinə, eləcədə vəzifə borclarının icrasına məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş  xidməti  tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə  bir cox  hərbi qulluqçular fədakar hərbi xidmətə ruhlandırmışdır.

 Azərbaycan Respublikasında  şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində ictimai qaydanın və ictimai təhlükəsizliyin qorumasında və təmin olunmasında, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi  iğtişaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə,    qanunsuz    silahlı    dəstələrin   axtarışında və zərərsizləşdirilməsində,qəzalar,bədbəxt hadisəıər, yanğınlar,təbii fəlakətlər və fövqalədə hallar (fövqalədə   vəziyyət və komendant saatı) zamanı hüquqi rejimin təmin  edilməsində,  dövlətin ərazi bütövlüyünün təmin olunmasında  üzərinə düşən    vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.

      Silahlı Qüvvələr Veteranı istefada  olan polkovnik- leytenant  Tahirov Rac Nüsrət oğlu peşəkarlığı və humanistliyi ilə seçilən Allahın verdiyi şərəfli və mənalı  ömrünün  ən məhsuldar  dövrünün 29 ildən çox  xidmət yolunu Daxili İşlər orqanlarında və  hərbi xidmətdə keçirib.


     Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə görə döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi  xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin müvafiq əmrləri ilə əla xidmətlərə görə döş və yubiley nişanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

      Döyüş hazırlığındakı əla göstəricilərə görə, təlimlərdə , xüsusi əməliyyatlarda, döyüş xidmətində, döyüş növbəsində  xüsusi fəriqləndiyinə ,şücaət və fədakarlıq göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə,”Azərbaycan Respubilkası  Silahlı Qüvvələrin Veteranı”,  “Qüsursuz xidmətə görə” 1-ci,  2-ci və 3-cü dərəcəli,  “Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin” 10 - illiyi , 90 — illiyi və 95 -illyi yubiley  medalları ilə təltif edilib.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, RAC!


ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!



HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!


BÜTÜN ARZULARIN ÇİN OLSUN!


 Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və  Müharibə Veteranı 

 Polkovnik  Salman Musayev



Hiç yorum yok:

Yorum Gönder

Pages