Təbrik:Polkovnik Mehrab Tukanov - 57



İnsan üçün ən yaddaqalan günlərdən başlacası onun həyata gəldiyi gündür. Ömürə bəzək olan ad günü hər il xüsusi ilə qeyd olunur. Belə bir insanlardan biridə yüksək peşəkarlığı və humanistliyi,  dəqiqliyi, təmkinliyi, sadəliyi, səmimiyyəti, vətənpərvərliyi, öz davranışı,iradı və mənəvi keyfiyyəti  ilə seçilən, ömrünün ən məhsuldar dövrünün 21 ildən cox şərəfli xidmət yolunu hərbi xidmətdə və Daxili işlər Nazirliyinin müvafiq  strukturlarında   keçirmiş, Müharibə Veteranı, ehtiyatda olan polkovnik Tukanov Mehrab Növşad oğludur. Mart ayının 15 -də onun  dünyaya göz acdığı gündür.


Daimi həyatın bütün cətinliklərindən alını açıq və üzüağ çıxan, müharibə veteranı,ehtiyatda olan polkovnik Tukanov Mehrab Növşad oğlunu, doğum günü münasibətilə Daxili işlər nazirliyi  Daxili Qoşunların ehtiyatda və istefada  olan zabitləri,doğmaları, əzizləri və iş yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara  həyatda insan ucun ən şirin nemət olan möhkəm cansağlığı , ailə səadəti və həyat yollarında bitib – tükənməyən naliyyətlər arzulayırlar.


  Mehrab Növşad oğlu Tukanov  1967 -ci il mart ayının 15-də  Gürcüstan Respublikasının Marneuli rayonunun Ağməmmədli kəndində zəhmətkeş ailədə  anadan olub


1974- 1984 – cü illərdə Gürcüstan Respublikasının Marneuli rayonunun Ağməmmədli kənd orta məktəbində təhsil alıb.

 1984 -cü ildə  Azərbaycan  Dövlət  Universitetinin  mexanika -riyaziyyat fakultəsinə daxil olub.

Unversitetin 1 kursnu bitirdikdən  sonra 1985-1987-ci illərdə  keçmiş SSRİ Silahlı Qüvvələrində  həqiqi hərbi xidmət keçib,hərbi xidmətini baş vurduqdan sonra 1991-ci ildə  həmin Universiteti, 1997 -ci  ildə isə Bakı Ali Diplomatiya kollecinin hüquq fakültəsini bitirib. Mehrab Tukanov  Daxili Işlər Nazirliyinin müvafiq İdarə və Baş idarələrində xidmət etdiyi illər ərzində Türkiyədə NATO – nin Sülh tərəfdaşlıq proqramı çərçivəsi naminə, ABŞ- da “Terrorçüluqla mübarizə “ proqramı çərçivəsində xüsusi kuslarda olub, Respublika nümayəndə heyətinin tərkibində isə bir çox xarici ölkələrdə işgüzar səfərdə olub .

Hələ tələbə ikən əmək fəaliyyətinə başlayan Mehrab Tukanov  1987- 1992 -ci illərdə Azərbaycan Respubilkası Rabitə Nazirliyində texnik, proqramaçı – mühəndis və  böyük  mühəndis proqramçı -mühəndis  vəzifələrində işləyib. 

1992-cilin mart ayında könüllü olaraq Azərbaycan Ordusunun sıralarına daxil olmaq üçün Respublika Hərbi Komissarlığına müraciət edib, kommunikasiya sahəsində mütəxəsis olduğu nəzərə alınaraq, Mehrab Tukanov 1992 -ci ilin iyun ayına kimi  Azərbaycan Respublika Hərbi Komissarlığın Rabitə xidmət rəisi vəzifəsində çalışıb.

1992-ci ilin iyun ayından- 2010-cu ilin dekabr ayına kimi Daxili Qoşunların Baş İdarəsinin Ağdam və Ağdərə rayonlarında yerləşən hərbi hissədə hərbi hissənin qəargah rəisinin xidmət üzrə baş köməkçisi, Daxili Qoşunların Bas İdarəsinin Avtomatlaşdırılmış İdarəetmə   Sistemləri (AİS) və Beynəlxalq hərbi əməkdaşlıq şöbələrinin ilk rəisi, Daxili işlər nazirliyi  Beynəlxalq əməkdaşlıq İdarəsində protokol şöbəsinin və həmin idarənin ( BƏİ- nin) rəisi, Daxili işlər bazirliyi  Baş Narkotiklərlə Mübarizə  idarəsində isə şöbə rəisi vəzifələrində Vətənə Dövlətə və Xalqa sədaqətlə xidmət etmişdir.Polis polkovniki  Mehrab Tükanov öz arzusu ilə təqaütə çıxdıqdan sonra  bir müddətn “İmpotex” şirkətlər  qrupunda  müxtəlif departamentlərin direktoru vəzifəsində çalışıb.

Polkovnik Mehrab Növşad oğlu Tukanov Daxili işlər nazirliyinin Daxili Qoşunlarında və Daxili İşlər Orqanlarında xidmət etdiyi illər ərzində öz ixtisası üzrə bir çox peşəkar zabitlərin, gizir və müddətdən artıq xidmət edən hərbi qulluqçuların, kiçik rəis heyətinin hazırlanmasında  xüsusi əməyi olmuşdur. O, təqaüdə çıxdıqdan sonrada şəxsi heyətin hərbi vətənpərvərlik tərbiyəsində və peşəkarlığının artırılmasında öz bilik və baçarığnı onlardan əsirgəmir. Baş idarə, hərbi hissələr və döyüşən bölmələr arasında, müstəqil, kəsilməz kompüter şəbəkəsinin yaradılmasında, Daxili Qoşunların Baş İsarəsində və  hərbi hissələrində AİS Xıdmətınin təşkilinə aid normativ – hüquqi sənədlərin hazırlanmasında Daxili Qpşunların Baş İdarəsi ilə, hərbı hissələr arasında ən sürətli məlumat mübadiləsinin yaradılmasında və həyata keçirilməsində, Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində AİS Xıdmətınin təşkili , Daxili Qoşunların Bas İdarəsinin şöbə və xidmətlərinin, elecə də Daxili Qoşunların hərbi hissələrinin müvafiq avadanlıqlarla təchiz olunmasında, AİS xidmət üzrə mütəxəssis hərbi qulluqçuların seçilməsində kompləklşdirməsində, onlarla ixtisas hazırlığı üzrə məşğələlərin, seminar və konfransların keçirilməsində polkovnik Mehrab Tükanovun böyük rolu və xidmətləri olub.


Tukanov Mehrab Növşad oğlu Müharibə Veteranı kimi Daxili İşlər Orqanların və Daxili Qosunların ictimai həyatında yaxından iştirak edir, zəngin həyat təcürbəsini gənclərə bölüşür, onun belə əzimkar fəaliyyətinin vətənpərvərliyin, dövlətəcliyə fəalıyyətının baris nümnəsidir.


Polkovnik Tükanov Mehrab Növşad oğlu çox dəyərli bir insandır.Bu günki gündə Mehrab Tükanov cəmiyyətin ən qabaqcıl saylıb- secilən insanlardan biridir.O, Daxili İşlər Nazirliyinin İdarə və Baş İdarəlirində yüksək vəzifələrə öz gücü, bacarığı, təcrübəsi, calışqanlığı və təşkilatçlığı , səviyyəsində ucalmışdır.

Polkovnik Mehrab Tükanovu tanyanlar onun nə dərəcədə tələbkar, işgüzar olduğunu çox yaxşı bilirlər.


Mehrab Tukanovun  qiymətli cəhətlərindən biri də onun sadə təvazökar qeyrətli, vətənpərvər olmasıdır. Böyüklə- böyük, kiçiklə- kiçik olan, sözu ilə əməli düz gələn bir gözəl insan doğma Azərbaycanımızın bu günü ilə daimi düşünür.O, ölkəmizi daimi qüdrətli, güclü və firavan görmək istəyir. Burdaca onun divizi olan kəlamını qeyd etmək məsləhətdir: “Mənimlə düz danış, düz otur, düz dolan və düz davran“.

Polkovnik Mehrab Tükanov hər zaman qarşısına qoyduğu məqsəd və amal uğrunda yorulmadan mübarizələrdə daim qələbə qazanmışdır. Bu insan üçün ən meyar başlıca amal qürurunu saxlamaqdan ibarət olub. O, harda işləməsinə baxmayaraq öz xidməti vəzifələrini layiqincə yerinə yetirmiş, qanun təlblərinin ədalətlə tətbiq edilməsində həmişə pirinspial mövqe tutmüşdur. Buna görə də heç kəsin qarşısında gözü-kölgəli və borclu qalmamışdır.Bütün bunlara görədir ki, polkovnik Tükanov Mehrab Novşad oğlu, həmişə ləyaqətinin, şərəfinin, şəxsiyyətinin işgüzar fəaliyyətinin toxunmazlığnı gözləmiş, nüfuzunu qorumuş, vüqarını daima yüksək saxlayaraq, alını acıq və başı uca gəzmişdir.

Xalqa, elə- obaya,dövlətə xidməti özündə etdiklərini sinəsi ilə el – oba qayğılı, Vətən qüdrətli öz fəaliyyətini göstərmişdir.

Mehrab Tukanov, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, saxavətli, insapərvər, əliaçıq, zəhmətkeş zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsələrində, istərsədə xidmət etdiyi və işlədiyi kolektivlərdə, dost
-tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır

Azərbaycan Respublikasında şəhərdə, yaşayış məntəqələrində  və kütləvi tədbirlərin keçirilmə yerlərində  ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda və təmin edilməsində, yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində, fövqaləda hallar (fövqəladə  vəziyyət və komendant saatı ) zamanı hüquqi rejimin təmin edilməsində, baş vermiş qəzaların, bədbəxt hadisələrin, yanğınların və. təbbi fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.

Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında və Daxili İşlər Orqanlarında xidmət etdiyi illər ərzində, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, Hərbi və Polis Andının , hərbi, Daxili işlər nazirliyin  post - patrul xidməti, daxili qoşunların isə döyüş xidməti  nizamnamələrin və digər hüquqi- normativ aktların tələblərinə, eləc də vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir çox hərbi qulluqçuları və polis  əməkdaşlarını fədakar  xidmətə ruhlandırmışdır.

Tukanov Mehrab  Növşad oğlu Azərbaycanın ərazi bütövlüyü uğrunda  (Ağdam, Ağdərə  və Füzuli rayonları)  istiqamətində gedən  döyüşlərdə  fəal  iştirak edib. 1994-cü illin  yanvar ayının 6- da  Füzuli  rayonun Horadis  qəsəbəsinin və ətraf kəndlərin  azad edilməsi ilə nəticələnən  uğurlu döyüş əməliyyatında fəal iştirak edib.

Öz xidməti  xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə görə döyüş və ictimai sıyası hazırlığında, hərbi və polis ıntizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Naziri və onun müavinlərinin, idarə və baş idarə rəislərinin,hərbi hissə komandirinin  müvafiq əmrləri ilə  “Din-də əla xidmətlərə görə”  döş və yubley nisanları ilə təltif olunub,pul mükafatları ilə, bir çox  fəxri fərmanlarla, diplomlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

Öz vəzifəsini nümnəvi yerinə yetirdiyinə, xidmətdə yüksək nəticələr əldə  etdiyinə, cinayətkarlığa qarşı mübarizədə  və ictimai  təhlükəsuzliyin təmin olunmasında  fəal iştirak etdiyinə görə  aşağıdakı medallarla təltif olunub:


  1. “ Qusursuz xidmətə görə” 3 -cü dərəcəli medal -Daxili  işlər orqanlarında  10  təqvim  ili xidmətə görə;


  1. “Qusursuz xidmətə görə” 2-ci dərəcəli medal -daxili işlər orqanlarda 15 təqvim  ili xidmətə görə;


  1. “Azərbaycan Polisinin 90 -illiyi (1918-2008)” yubiley medalı ilə.



 DOĞUM GÜNÜN  MÜBARƏK OLSUN MEHRAB!


ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN,

BƏDBİNLİKDƏN QORUSUN!


BÜTÜN ARZULARIN CİN OLSUN!


HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!



DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!


 Azərbaycan  Respubilkası Silahlı Qüvvələri və Müharibə Veteranı polkovnik Salman Musayev


Hiç yorum yok:

Yorum Gönder

Pages