Təbrik:Polkovnik leytenat Nadir Əhmədov-55



      İnsan üçün ən yadda qalan günlərdən başlıcası onun həyata gəldiyi gündür. Ömürə bəzək olan ad günü hər il xüsusi ilə qeyd olunur. Belə ınsanlardan biri də yüksək peşəkarlığı, humanistliyi,işgüzarlığı,iradl, mənəvi keyfiyyəti, dəqiqliyi, təmkinliyi, sadəliyi və səmimiyyəti və vətənpərvərliyi ilə seçilən, ömrünün ən məhsuldar dövrünün  26 ildən çox şərəfli xidmət yolunu hərbi  xidmətdə  keçirmiş Silahlı Qüvvələr və Müharibə Veteranı- ehtiyatda olan polkovnik leytenant Əhmədov Nadir Adil oğlunun mart ayının 9 - da  55 yaşı tamam olur.

Daimi həyatın cətinliklərindən alınıaçıq və üzüağ çıxan, polkovnik- leytenant  Əhmədov Nadir Adil oğlunu doğum günü munasbətilə Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri,doğmaları,əzizləri, iş və döyüş yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara, həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib- tükənməyən nailiyyətlər  arzu edib deyirlər,  Nadir qoy yaşının üstə gələn bu yaş da  sizə  sevincdolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.


Əhmədov Nadir Adıl oğlu  9 mart 1969 -cu ildə Bakı şəhərində dünyaya göz açıb.

1986-cı ildə  Bakı şəhər 60 saylı orta məktəbi, 1991- ci ildə  SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Permski şəhərində yerləşən Ali Hərbi Məktəbi, 1998 - ci ildə  Müdafiə Nazirliyinin Qaraheybətdə yerləşən Zabitlərin təhkimləşdirmə kursunu,  2005 -ci ildə Türkiyə Silahlı Qüvvələrində  «Briqada Komandiri vəzifəsi üzrə» ixtisas artırma kursnu bitrib.O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində bir çox təlim -metodiki  toplanışlarda,  xüsusi və hərbi -taktiki təlimlərdə , nümunəvi- göstərici məşğələlərdə,  seminar və konfranslarda fəal iştirak edib.

     1991 -ci ildə  SSRİ Daxili İşlər Nazirliyinin  Tacikistan Respublikasının Düşənbə şəhərində yerləşən hərbi hissələrin birində taqım komandiri,  1992- 2013 -cü illərdə isə Daxili İşlər Nazirliyinin  Daxili Qoşunların Baş İdarəsinin  Binəqədi və Quba rayonlarında yerləşən hərbi hissələrində taqım komandiri, böluk komandiri,  döyüş hazırlığı bölməsində zabit, tabor komandirinin müavini- taborun  qərargah rəisi, döyüş hazırlığı bölməsinin rəisi, tabor komandiri, hərbı hissə komandirinin müavinini-  alayın qərargah rəisi  vəzifələrində Vətənə, Dövlətə və Xalqa sədaqətlə xidmət etmişdir.

Nadir Adil oğlu Əhmədov Azərbaycanın ərazi bütövlüyü uğrunda ( Ağdam  Füzuli  və Qubadlı rayonları istqamətində) gedən döyüşlərdə fəal iştirak edib .

 Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin  Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində,Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, Hərbi Andın,  hərbi və daxili qoşunların döyüş xidməti   nizamnamələrin və digər hüquqi- normativ aktların  tələblərinə, eləcə də vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş  xidməti  tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə  bir çox  hərbi qulluqçuları fədakar hərbi xidmətə ruhlandırmışdır.

Azərbaycan Respublikasınında  şəhərdə,yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecrilmə yerlərində, ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda və təmin olunmasında, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi iğtişaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, qanunsuz   silahlı   dəstələrin   axtarışında    və   zərərsizləşdirilməsində,qəzalar,bədbəxt hadisələr,yanğınlar, təbii fəlakətlər və fövqaləda hallar (fpvqalədə  vəziyyət və komendant saatı) zamanı hüquqi rejimin təmin edilməsində,hərbi şəhərciklərin,təchizat anbarların  və dövlət əhəmiyyətli obyektərin mühafizə olunmasında,  dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən    vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.

Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə görə döyüş, ictimai siyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi  xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, Alı hərbi məktəb rəisinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı, yubiley və müvafiq idmandərəcəsi döş nişanları ilə, pul mükafatları ilə, bir cox diplomlarla, fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

 Döyüş hazırlığındakı əla göstəricilərə,  təlimlərdə, xüsusi əməliyyatlarda, döyüş xidmətində və döyüş növbəsində xüsusi fəriqləndiyinə, şücaət və fədakarlıq  göstərdiyinə görə Azərbaycan Respublikası Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə “Azərbaycan Respubilkası Silahlı Qüvvələr Veteranı”,  “Qüsursuz xidmə görə”  1-ci, 2-c və 3 dərəcəli , “Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin” isə 10 illiyi,  90-illyi  və 95-illiyi yubiley  medalları ilə təltif olunub.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, NADİR!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!


DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!


BÜTÜN ARZULARIN ÇİN OLSUN!


 Azərbaycan Respublikasının Silahlı Qüvvələri və   Müharibə Veteranı   polkovnik Salman Musayev



Hiç yorum yok:

Yorum Gönder

Pages