Daxili işlər nazirliyi (Din-in) Daxili Qoşunların həyatında öz dəst-xətti olan,yüksək peşəkarlığı, humanistliyi,iradı, işgüzarlığı, mənəvi keyfiyyəti, dəqiqliyi, təmkinliyi, sadəliyi, səmimiyyətivə vətənpərvərliyi ilə seçilən, ömrünün ən məhsuldar dövrünün 31 ildən çox şərəfli xidmət yolunu Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında müxtəlif vəzifələrdə keçirmiş, Vətənə, Dövlətə, Xalqa sədaqətlə xidmət etmiş- istefda olan polkovnik Hüseynov Ağahüseyn Xızır oğlunun mart ayının 9-da onun dünyaya göz acdığı gündür.
Daimi həyatın bütün cətinliklərindən alınıaçıq və üzüağ çıxan- istefda olan polkovnik Hüseynov Ağahüseyn Xızır oğlunu doğum günü münasibətilə Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri,doğmaları,əzuzləri və iş yoldaşları səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti və həyat yollarinda bitib- tükənməyən nailiyyətlər arzu edib deyirlər, Ağahüseyn qoy yaşının üstə gələn bu yaş da sizə sevinc dolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
Polkovnik Ağahüseyn Xızır oğlu Hüseynov 9 mart 1961-ci ildə Azərbaycan Respublikasının Lənkəran rayonun Separadi kəndində zəhmətkeş ailədə anadan olub.
1978-ci ildə Lənkəran rayon Separadi kənd tam orta məktəbi, 1985- ci ildə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Permski şəhərində yerləşən Ali Hərbi komandirlər məktəbini bitirib. O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Türkiyə Cümhuriyyətinin Silahlı Qüvvələr Akademiyasında müvafiq kurslarda olub, Daxili Qoşunların Bas İdarəsində və hərbi hissələrində isə keçirilən bir çox təlim- metodiki toplanışlarında, hərbi və xüsusi taktiki təlimlərdə, nümnəvi-göstərici məşğələlərdə, seminar və konfranslarda fəal iştirak edib.
Hüseynov Ağahüseyn Xızır oğlu 1979 — 1981- ci illərdə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Sovet İttifaqının Komi Müxtar Vilayətində yerləşən hərbi hissələrin birində müddətli həqiqi hərbi xidmətdə olub.
Hüseynov Ağahüseyn Xızır oğlu 1985- 1999 -cu illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Belarus respublikasında yerləşən hərbi hissələrin birində taqım komandiri, böluk komandirinin müavini,böluk komandiri, tabor komandirinin müavinini, Əlahiddə tabor komandiri, 2000- 2024- cü illərdə isə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin döyüş hazırlığı şöbəsində baş zabit, Şəki şəhərində, Zaqatala və Hacıqabul rayonlarında yerləşən hərbi hissələrində əməliyyat tabor komandiri, hərbi hissə komandirinin birinci müavini, hərbi hissə komandirinin birinci müavinini- qərargah rəisi, hərbi hissə komandiri vəzifələrində xidmət edib.
Polkovnik Hüseynov Ağahüseyn Xızır oğlu Silahlı Qüvvələrdən ehtiyata buraxldıqdan sonra Lənkəran rayon İcra Hakimiyyətinin Separadi kənd inzibati ərazi dairəsinin nümayəndəsi vəzfəsində işləyir.
Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində,Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xudməti nizamnamələrin və digər hüquqi- normativ aktların tələblərinə, eləcə də vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir cox hərbi qulluqçular fədakar hərbi xidmətə ruhlandırmışdır.
Ağahüseyin Hüseynov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insanpərvər, əliaçıq, zəhmətkeş zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsələrində, istərsəm də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.
Qanunvericiliklə müəyyən olunmuş qaydada Daxili Qoşunlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, Respublikada ictimai təhlükəsizliyin təmin edilməsində və qorunmasnda, şəhərdə və yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşlsının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə,qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində, qəzalar, bədbəxt hadisələr, yanğınlar,təbii fəlakətlər və başqa fövqaləda hallar (fövqaləda vəziyyət və komendant saatı) zamanı hüquqi rejimin təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.Ağahüseyin Hüseynov kurator olduğu xidmət sahələrin fəaliyyətinin çevik və məqsədyönlü idarə edilməsində, düzgün istiqamətləndirilməsində yüksək peşəkarlıq və təşkilatclıq göstərib.
Polkovnik Ağahüseyn Hüseynov hərbi hissələrdə rəhbər vəzifələrdə xidmət edərkən bir çox komissiyanın və məqsədli qrupların rəhbəri və üzvu olduğu illər ərzində səmərəli fəaliyyəti, işgüzarlığı və mənəvi keyfiyyəti, təşkilatçılıq bacarığı ilə daimi Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanının və onun müavinlərinin diqqət mərkəzində olmuşdur.
Öz xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin,Ali hərbi məktəb rəisinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı, yubiley və müvafiq idman dərəcəsi döş nişanları ilə, pul mükafatları ilə,bir çox fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Döyüş hazırlığındakı əla göstəricilərə, təlimlərdə, xüsusi əməliyyatlarda, döyüş xidmətində və döyüş növbəsində xüsusi fəriqləndiyinə, şücaət və fədakarlıq göstərdiyinə görə SSRİ Ali Soveti adından, Azərbaycan Respublikası Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələr Veteranı”, “Qüsursuz xidmə görə” 1-ci, 2-ci və 3-cü dərəcəli , “SSRİ Silahlı Qüvvələrinin” 70-illiyi, “Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin” isə 10-illiyi, 90-illyi və 95-illiyi yubiley medalları ilə təltif olunub.
Azərbaycan Respublikası Prezidentinin 6 may 2005 -ci il tarixli 803 nömrəli sərəncamına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyün təmin edilməsində, hərbi borcu, xidməti vəzifə vəzifələrini və xüsusi tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə və cəsarət göstərdiyinə görə «Hərbi xidmətlərə görə » medalı ilə təltif edilib.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, AĞAHÜSEYN!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
Azərbaycan Respublikasının Silahlı Qüvvələri və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder