Daxili Qoşunların həyatında öz dəst-xətti olan, peşəkarlığı, humanistliyi və sadəliyi ilə seçilən, ömrünün ən məhsuldar dövrünün 20 ildən cox şərəfli xidmət yolunu hərbi xidmətdə keçirmiş- istefda olan mayor Məmmədov Ümüdvar Məmməd oğlunun mart ayının 10-da dünyaya göz acdığı gündür.Dami həyatın bütün cətinliklərindən alınıaçıq və üzüağ çıxan, Ünüdvar Məmmədovu belə bir gün münasibətilə Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri,doğmaları,yaxınları,əzizləri və iş yoldaşları səmimi qəlbdən təbrik edir,səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən nailiyyətlər arzu edib deyirlər, Ümüdvar qoy yaşının üstə gələn bu yaş da sizə sevinc dolu günlər bəxş etsin, hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
Mayor Məmmedov Ümüdvar Məmməd oğlu 10 mart 1968-cı ildə Lerik Rayonun Qəlbin kəndində zəhmətkeş ailədə anadan olub.
1985-ci ildə Lerik Rayonun Veri kənd orta məkdəbi, 1995-ci ildə Azərbaycan Dovlet Iqtisadiyyat Universitetini, 1999-cı ildə Daxili Qoşunların Baş İdarəsinin döyüş hazırlığı idarəsininn Xəzər rayonunda yerləşən təlim -tədris mərkəzində zabitlərin hazırlığı, 2001 -ci ildə ildə isə Türkiyə Jandarma Quvələrində partlayıcı madələrin və qurğuların zərərləşdirliməsi kursularını bitirib.O, Daxili Qoşunlarda xidmət etiyi ilər ərzində Daxili Qoşunların Baş İdarəsində vı hərbi hissələrində keçirlən bir çox təlim- metodiki toplanışlarda, hərbi və xüsusi təlimlərdə, seminar ve konfraslarda fəal iştirak edib.
1986- 1987 -ci ildə Sovet ordusunda müddətli həqqi hərbi xidmətə olub.
1998 -2016 -ci ildə Daxili Qoşunların Baş İdarəsinin Fizuli , Xətai, Sabunçu və Binəqədi rayonlarında yerləşən hərbi hissələrində taqım komandiri, mühəndis və kimya xitmət rəisləri vəzifələrində Vətənə, Dövlətə, Xalqa sədaqətlə xitmət etmişdir.
Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində,Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin və digər hüquqi- normativ aktların tələblərinin dəqiq və sözsüz yerinə yetirilməsi işində öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir çox hərbi qulluqçuları fədakar hərbi xidmətə ruhlandırmışdır.
Azərbaycan Respublikasında şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda və təmin olunmasında, yaşayış məntəqələrində və cəzacəkmə müəssisələrində kütləvi iğtişaşların qarşlsının alınmasında,qəzalar,yanğınlar,bədbəxt hadisələr,təbii fəlakətlər və başq fövqəladə vəziyət zamanı hüquqi rejim qaydalarına əməl ovunmasında,Azərbaycanın ərazi bütövlüyün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Hərbı xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə,döyüş və ictimai sıyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı və yubiley döş nisanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla və qiymətli hədiyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Döyüş hazırlığındakı əla göstəricilərə, təlimlərdə, xüsusi döyüş əməliyyatlarında, döyüş xidmətində və döyüş növbəsində xüsusi fəriqləndiyinə, şücaət və igidlik göstərməyə görə Azərbaycan Respublikasının Prezidenti rezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri “Qüsursuz xidmətə görə 2-ci və 3-cü dərəcəli, Silahlı Qüvvələrin yaranmasının isə 10-iliyi, 90 və 95-iliyi yubley
medaları ilə təltif edilib.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, ÜMÜDVAR!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
BÜTÜN ARZULARIN CİN OLSUN.
Azərbaycan Respublikasının Silahlı Qüvvələri və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder