Təbrik:Mayor Rəşid Əliyev -58



 Peşəkarlığı, humanistliyi,işgüzarlığı mənəvi keyfiyyəti, dəqiqliyi, təmkinliyi,sadəliyi, səmimiyyəti, təcavüzkarlığı və vətənpərvərliyi ilə seçilən, ömrünün ən məhsuldar dövrünün  26 ildən çox şərəfli xidmət yolunu Daxili İşlər Orqanlarında və Daxili Qoşunların Bas İdarəsinin hərbi hissələrində müxtəlif vəzifələrdə keçirmiş, Azərbaycan Respubilkası  Silahlı Qüvvələrinin Veteranı- istefada olan mayor  Əliyev Rəşid  Şəhralı oğlunun mart ayının 3-də  dünyaya göz acdığı gündür.


 Daxili işlər nazirliyi (Din-in)  Daxili  Qoşunların  ehtiyatda  və istefada olan zabitləri,doğmaları,əzizləri,yaxınları və iş yoldaşları Silahlı Qüvvələr Veteranı - istefada olan mayor Əliyev Rəşid Şəhralı oğlunu doğum günü munasbətilə təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti  və həyat yollarinda bitib- tükənməyən nailiyyətlər arzu

   edib  deyirlər, Rəşid  qoy yaşının üstə gələn bu yaş  da  sizə  sevincdolu günlər bəxş etsin,  hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin. 


 Mayor Əliyev Rəşid Şəhralı oğlu 03 mart 1966- cı ildə Qırğızıstan Respublikasının Oş vilayətində ziyalı ailəsində anadan olub.

 1983-ci ildə  Qırğızıstan respublikasının Oş vilayətində orta məktəbi, 1989- cu ildə  Frunze şəhərində SSRİ Daxili İşlər Nazirliyinin Xüsusi orta milis məktəbini,  Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində isə  Daxili  Daxili Qoşunların Baş idarəsinin  Xəzər rayonunda yerləşən Hərbi Məktəbdə zabitlərin ixtisas artırma kursunu bitrib. Daxil Qoşunların Baş idarəsində və hərbi hissələrində keçirən kurslarda, təlim-metodiki toplanışlarda,xüsusi və hərbi taktiki  təlimlərdə, seminar və konfranslarda fəal iştirak edib.


Mayir Rəşid Əliyev  1984- 1986 -ci illərdə Sovet ordusunda müddətli həqiqi hərbi xidmətdə olub.

 1989-1991-ci illərdə SSRİ Daxili İşlər Nazirliyinin İrkutski şəhərində yerləşən Polis İdarəsinin  cinayət -axtarış şöbəsində müvafiq vəzifələrdə işləyib.  1995-2015-ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarınd Baş İdarəsinin Çəncə şəhərində, Qazax və Zaqatala rayonlarında yerləşən hərbi hissələrində və əlahiddə  bölmələrdə, taqım komandiri, böluk komandiri,  taborun qərargah rəisi,   Mənzil İstismar Xidmətinin  rəisi vəzifələrində  Vətənə Dövlətə və xalqa sədaqətlə xidmət etmişdir. O Daxili Qoşunlar Kamandanın müvafiq əmrləri ilə  Daxili Qoşunların Zaqatala rayonunda yerləşən hərbi hissədə  tabor komandiri  və hərbi hissə komandirinin maddi texniki təminat  üzrə müavini vəzifələrini icra etmişdir.

      Rəşid Əliyev Silahlı Qüvvələrdən ehtiyata buraxıldıqdan sonra 2018 — 2021-ci illərdə  Gəncə şəhər Baş Dəmir yol İdarəsində  Təhlükəsizlik Xidmətinin rəis müavini  vəzifəsində işləyib.

Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin  Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməsi, Hərbi Andın,  hərbi və daxili qoşunların döyüş  xidməti  nizamnamələrin  eləcə də digər hüquqi- normativ aktların  tələblərinin dəqiq və sözsüz  yerinə yetirilməsi işində şəxsi nümunəsi ilə  bir çox  hərbi qulluqçuları fədakar hərbi xidmətə ruhlandırmışdır.

  Rəşid Əliyev    Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insanpərvər, əliaçıq, zəhmətkeş  zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsələrində, istərsədə xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost-tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.

 Qanunvericiliklə nüəyyən olunmuş qaydada Daxili Qoşunlara  həvalə edilmiş vəzifə  və tapşırıqların  yerinə yetirilməsində,səhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirıərin kecirilmə yerlərində ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda və təmin edilməsində,  yaşayış məntəqələrində,  kütləvi ixtşaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə də,  qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində, fövqəladə hallar (fövqəladə  vəziyyət  və komendant saatı) zamanı hüquqi rejimin  təmin  olunmasında ,baş vermiş  qəzaların, yanğınların, bədbəxt hadisələrin  və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətin ərazi bütövlüyünün təmin olunmasında üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və  şərəf hissi ilə yerınə yetirmişdir.


      Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə görə döyüş və ictimai siyası hazırlığında, hərbi ıntizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi  xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı  və yubiley döş  nişanları ilə təltif olunub, pul mükafatları ilə, fəxri fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

     Döyüş hazırlığındakı əla göstəricilərə, təlimlərdə, xüsusi əməliyyatlarda, döyüş xidmətində və döyüş növbəsində xüsusi fəriqləndiyinə görə şücaət və fədakarlıq göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə «Silahlı Qüvvələr Veteranı «, «Qüsursuz xidmətə görə » 1-ci ,2-ci və 3-cü dərəcəli, « Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin» isə 10-iliyi , 90-illiyi  və 95-iliyi yubiley  medallarl ılə təltif olunub.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, RƏŞİD!


HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!


DAİMA XOŞBEXT YAŞA, ÖMRÜN UZUN OLSUN!


ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!


BÜTÜN ARZULARIN ÇİN OLSUN!


 Azərbaycan Respublikasının Silahlı Qüvvələri və    Müharibə Veteranı polkovnik Salman Musayev






Hiç yorum yok:

Yorum Gönder

Pages