İnsan üçün ən yaddaqalan günlərdən başlıcası onun həyata gəldiyi gündür.Ömrə bəzək olan ad günü hər il xüsusi ilə qeyd olunur. Belə ınsanlardan biridə yüksək hərbi peşəkarlığı humanistliyi,iradı, mənəvi keyfiyyəti, təvazökarlığı,
prinsiplərinə sadəliyi və vətənpərvərliyi ilə seçilən, ömrünün ən məhsuldar dövrünün 20 il şərəfli xidmət yolunu hərbi xidmətdə kecirmiş -ehtiyatda olan mayor Namiq Xəlil oğlu Mürsəlovdur. Mart ayının 3 də onun 44 yaşı tamam olur.
Daimi həyatın cətinliklərindən alını açıq və üzüağ çıxan- ehtiyatda olan mayor Mürsəlov Namiq Xalil oğlunu doğum günü münasibətilə Daxili Qoşunların ehtiyatda və isrefada olan zabitləri, doğmaları,əzizləri və iş yoldaşları səmimi qəlbdən təbrik edir, ona həyatda insan ucun ən şirin nemət olan möhkəm can sağlığı və həyat yolarinda bitib- tükənməyən naliyyətlər
arzu edib deyirlər, Namiq qoy yaşının üstə gələn bu yaş da sizə sevincdolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
Mayor Mürsəlov Namiq Xəlil oğlu 03 mart 1980 -ci ildə anadan olub, əslən Xaçmaz rayonundandır.
1997 -ci ildə Xaçmaz rayonunda 1(bir) saylı orta məktəbi, 2002- ci ildə,Heydər Əliyev Adına Ali Hərbi Məktəbi,2003-cü ildə Daxili işlər Nazirliyi (Dun-in) Daxili Qoşunlarının Xəzər rayonunda yerləşən təlim- tədris mərkəzində zabitlərin ixtisas kursunu bitrib. O,Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş idarəsində, hərbi hissələrində və Xarici ölkələrdə keçirilən kuruslarda,hərbi və xüsusi taktiki təlimlərdə,təlim metodiki toplanışlarda, seminar və konfranslarda fəal iştirak edib.
Namiq Mürsəlov 2002- 2018 -ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında Binəqədi və Xəzər rayonlarında yerləşən hərbi hissələrdə və ali hərbi məktəbdə taqım komandiri, böluk komandiri və baş müəllim vəzifəsində Vətənə və xalqa sədaqətlə xidmət etmişdir.O, hal -hazlrda Bakı şərərində öz şirkətlərin birində calışır.
Namiq Mürsəlov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, saxavətli, insapərvər, əliacıq, zəhmətkeş zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsələrində, istərsədə xidmət etdiyi və işlədiyi kolektivlərdə, dost -tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.
Mayor Namiq Mürsəlov Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində,Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməsi, Hərbi Andin, hərbi və din-in daxili qoşunların döyüş xidməti nizamələrinin tələblərinin dəqiq və sözsüz yerinə yetirilməsi işində, şəxsi nümunəsi ilə bir cox hərbi qulluqçulara və öz tabeliyində olanlara şəxsi nümünə olmuşdur.
Qanunvericiliklə müəyyən olunmuş qaydada, Daxili Qoşunlara həvalə olunmuş vəzifə və tapşırıqların yerinə yetirilməsində,inzibatı binaların, hərb şəhərciklərin və təchizat anbarların mühafizəsində, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, yaşayış məntəqələrində, cəzaçəkmə müəssisələrində kütləvi ixtşaşların qarşlsının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə də, qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində,fövqaladə vəziyyət zamanı hüquqi rejimin təmin olunmasında ,baş vermiş qəzaların ,bədbəxt hadisələrin və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətin ərazi bütövlüyünün təmin olunmasında üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai sıyası hazırlığında, hərbi ıntizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunların Komandanın və onun müavinlərinin, ali hərbi məktəb rəisinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı, yubley və idman dərəcəsi döş nisanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Döyüş hazırlığındakı əla göstəricilərə görə , təlimlərdə, xüsusi əməliyyatlarda, döyüş xidmətində, döyüş növbəsində xüsusi fəriqləndiyinə ,şücaət və fədakarlıq göstərdiyinə görə Azərbaycan Respublikasının prezidenti adından “ Qüsursuz xidmətə görə” 1ci, 2-ci və 3-cü dərəcəli, “Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin” isə 90 və 95 iliyi yubiley medaları təltif edilib.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, NAMİQ !
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
DAİMA XOŞBEXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder