Təbrik:Mayor Əliyar Həsənov-63



 Peşəkarlığı, humanistliyi,iradı, işgüzarlığı, mənəvi keyfiyyəti ilə seçilən, ömrünün ən məhsuldar dövrünün 21 ildən çox şərəfli xidmət yolunu  hərbi xidmətdə keçirmiş, Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimai Birliyinin üzvü  Həsənov Əliyar Əliəşrəf oğlunun aprel ayının 1-də dünyaya göz acdığı gündür.


Daimi həyatın bütün cətinliklərindən alını açıq və üzüağ çıxan, mayor Əliyar Həsənovu    doğum günü münasibətilə  Daxili işlər nazirliyi (Din-in) Daxili Qoşunların  ehtiyatda və istefada  olan zabitləri,əzizləri,doğmaları,iş və döyüş yoldaşları səmimi qəlbdən təbrik edir,  səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti və həyat yollarında bitib- tükənməyən nailiyyətlər arzu edib deyirlər,Əliyar qoy  yaşının üstə gələn bu yaş da sizə sevinc dolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin.


      Həsənov Əliyar Əliəşrəf oğlu  1961 -ci ilin aprel ayının 2-də  Azərbaycan Respublikasının Saatlı  rayonun Qaracalar kəndində zəhmətkeş ailədə  anadan olub.

1978 -cü ildə  Saatlı rayon Qaracalar kənd orta məktəbi,1985- ci ildə isə Azərbaycan Xalıq Təsərrüfatı İnstitutunu bitirib. O, Azərbaycan Ordusunda və Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində bir çox  ixtisasartırma  kurslarda, təlim-metodiki  tioplanışlarda, hərbi və xüsusi taktiki  təlimlərdə , seminar və konfranslarda fəal iştirak edib.      

1986-1991-ci illərdə  SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunların  Moskva və digər  şəhərlərində yerləşən  hərbi hissələrin birində müddətli həqiqi hərbi xidmətdə olub və müxtəlif vəzifələrdə  işləyib. 

      1992-1996-cı illərdə Azərbaycan Ordusunun döyüş bölgələrində yerləşən hərbi hissələrində taqım və bölük komandiri,  əlahiddə tabor komandirinin müavini, 1996 -2004-cü illərdə isə Daxili Qoşunların Nərimanov, Binəqədi və Xəzər rayonlarında  yerləşən hərbi hissələrində xidmət rəisi, Daxili Qoşunların Baş İdarəsinin maddi-texniki təminat idasrəsində isə  baş zabit vəzifələrində Millətə, Vətənə, Dövlətə və Xalqa saədaqətlə xidmət etmişdir.

Mayor Əliyar Həsənov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə ( Ağdərə, Ağdam, Tər-tər və Füzuli rayonları istiqamətində) gedən döyüşlərdə üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincəgəlmişdir.

      Azərbaycan Respublikasında  şəhərdə, yaşayış  məntəqələrində və kütləvi tədbirlərin  keçirilmə yerlərində   ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında, yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında,   mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, qanunsuz silahlı  dəstələrin axtarışında və  zərərsizləşdirilməsində,   qəzalar, yanğınlar,  bədbəxt hadisələr və  təbii fəlakətlər və  başqa   fövqalədə  hallar (fövqalədə vəziyyət və komendant saatı) zamanı hüquqi rejimin  təmin olunmasında və  dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerinə yetirmişdir.

 Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməsi, Hərbi Andın,  hərbi və daxili qoşunların döyüş xidməti   nizamnamələrin tələblərinin dəqiq və sözsüz  yerinə yetirilməsi  işində  öz tabeliyində olanlara  nümünə olmuşdur. 

O,Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insanpərvər, əliaçıq, zəhmətkeş  zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəssisələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış ,qohum-əqrəba arasında özünə layiqli hörmət qazanmışdır.

 Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi  xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanının və onun müavinlərinin, korpus və  hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı  və yubiley  döş nişanları ilə təltif olunub, bir çox  fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırılıb və ona təşəkkür elan edilib.

      Döyüş hazırlığındakı əla göstəricilərə ,döyüş xidmətində, döyüş növbəsində ,  döyüş əməliyyatlarında xüsusi fəriqləndiyinə, eləcə də öz xidməti  vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığna görə SSRİ Ali Soceti  və  Azərbaycan Respublikası Prezidenti adından « Azərbaycan Respubilkaslnın Silahlı Qüvvələr  Veterani», «Qüsursuz xidmətlərə görə”  1-ci ,2-ci və 3-cü dərəcəli, »  SSRİ Silahlı Qüvvələrin» 70- illiyi (1918-1988) yubiley, ”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin isə  10 illiyi (1991-2001) “ yubiley   medeları ilə təltif edilib.

Bundan əlavə Əliyar Həsənov   Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəyasət heyətinin müvafiq qərarları  ilə  AVMVB-in təsis etdiyi “Müharibə Veteranı”  və “Böyük Zəfər” medalları ilə təltif olunub.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, ƏLİYAR!


ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!


HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!


BÜTÜN ARZULARIN ÇİN OLSUN!


 Azərbaycan Respublikasının Silahlı Qüvvələr və Müharibə   Veteranı  polkovnik Salman Musayev



Hiç yorum yok:

Yorum Gönder

Pages