İnsan üçün ən yaddaqalan günlərdən başlıcası onun həyata gəldiyi gündür. Ömürə bəzək olan ad günü hər il xüsusi ilə qeyd olunur. Belə insanlardan biri də yüksək peşəkarlığ, prinsiplərinə sadəliyi, humanistliyi,xeyirxahlığı,iradı, işgüzarlığı, mənəvi keyfiyyəti, təmkinliyi, dəqiqliyi,səmiyyəti, və ən əsası vətənpərvərliyi ilə seçilən ömrünün 23 ildən çoxnu Azərbaycan Ordusunda və Daxili işlər nazirliyi Daxili Qoşunlarda hərbi xifmətdə keçirmiş- ehtiyatda olan mayor Şirinov Əlifağa Əhməd oğludur. Mart ayının 12-da onun dünyaya göz acdığı gündür.
Daimi həyatın bütün cətinliklərindən alını açıq və üzüağ çıxan-ehtiyatda olan mayor Şirinov Əlifağa Əhməd oğlunu doğum günü münasibətilə Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, doğmaları, əzizləri,yaxın qohumları və iş yolsaşları səmimi qəlbdən təbrik edir,səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı, ailə səadəti və həyat yollarında bitib tükənməyən nailiyyətlər arzu edib deyirlər, Əlifağa qoy yaşının üstə gələn bu yaş da sizə sevinc dolu günlər bəxş etsin,hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
Mayor Şirinov Əlifağa Əhməd oğlu 12 mart 1974 -ci ildə Yardımlı rayonunun Şiləvəngə kəndində zəhmətkeş ailədə anadan olub.
1991-ci ildə Yardımlı rayon Q.Ə.Xəlilov adına Şiləvəngə kənd tam orta məktəbi (əla qiymətlərlə), 1997-ci ildə isə Bakı Sosial İdarəetmə və Poltologiya İnstitutunun poltologiya fakultəsini bitirib.
Əlifağa Şirinov könülü olaraq 1999-2000-cü illərdə gənç zabit kimi, Azərbaycan ordusunda müxtəlif vəzifələrdə xudmət edib.2000- 2003-cü illərdə Yardımlı rayonun Q.Ə.Xəlilov adına Şiləvəngə kənd orta məktəbində tarix müəllim vəzifəsində işləyib.
2004-2023 -cu illərdə Daxili Qoşunların Gəncə şərərində, Bərdə və Binəqədi rayonlarında yerləşən hərbi hissələrdə böluk komandirinin tərbiyəvi işləri üzrə müavini, bölük komandiri, döyüş hazırlığı bölməsində zabit, döyüş hazırlığı bölməsinin rəisi, qərargah rəisinin müavini, tərbiyə bölməsinin rəisi- baş təlimatçı vəzifələrində Dövlətə, Vətənə və Xalqa sədaqətlə xidmət etmişdir.Azərbaycan Respublikasının 03.10.1997-co tarixli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkecmə haqqında” Əsasnamənin “b” bəndinə əsasən 2023-cu il-də yaşa (hərbi xidmətdə olmağın son yaş həddinə çatdığna) görə Din-in Daxili Qoşunlardan ehtiyata buraxlıb.
Əlifağa Şirinov Azərbaycan Ordusunda və Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində ölkəmizdə və xarici ölkələrdə müvafiq ixtisasartırma və təhkimləşdirmə kurslarında olub, bir çox təlim- metodiki toplanışlarda, hərbi və xüsusi taktiki təlimlərdə, nümunəvi göstərici məşğələlərdə, seminar və konfranslarda fəal iştirak edib
Əlifağa Əhməd oğlu Şirinov Azərbaycan Ordusunda və Din-in Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insanpərvər, zəhmətkeş zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, istərsə də xidmət etdiyi və işlədiyi kollektiv heyətində böyük rəğbət qazanmışdır.
Qanunverciliklə müəyyən olunmuş qaydada Daxili Qoşunlara həvalə olunmuş vəzifə və tapşrıqların yerinə yetirilməsində, hüquq mühafizə orqanlarının, hərbi şəhərcikərin,hərbi təchizat anbarların və hərbi yüklərin mühafizə olunmasında,şəhərdə, yaşayış məntəqələrində, kütləvi tədbirlərin keçirilmə yerlərində, eləcə də işğaldan azad olunmuş ərazilərdə ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında və təmin edilməsində, yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində,koronavurirus pandemiyası ilə əlaqədar karantin rejimin təmin edilməsində, qəzalar, yanğınlar, bədbəxt hadisələr, təbii fəlakətlər və başqa fövqaləda vəziyyət zamanı hüquqi rejimin təmin olunmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerinə yetirmişdir.
Öz xidməti vəzifələrin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə , döyüş və ictimai siyasi hazırlığında,idman yarışlarında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili işlər nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, korpus və hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı və yubiley döş nişanları ilə təltif olunub, pul mükafatları ilə, bir cox fərmanlarla,diplomlarla, qiymətli hədiyyələrlə mükafatlandırılıb və ona təşəkkür elan edilib.
Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, Hərbi Andı, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin və digər hüquqi normativ aktların tələblərinə, eləcə də vəzifə borclarının icrasına məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir çox hərbi qulluqçuları fədakar hərbi xidmətə ruhlandırmışdır.
Mayor Əlifağa Şirinov döyüş hazırlığındakı əla göstəricilərə, təlimlərdə, xüsusi əməliyyatlarda, döyüş xidmətində, döyüş növbəsində, xüsusi fərqləndiyinə, fədakarlıq və şücaət göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili işlər nazirinin müvafiq əmrləri ilə » Qüsursuz xidmətə görə” 1-ci, 2-ci və 3-cü dərəcəli, ”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin isə 90 illiyi (1918-2008) və 95 illiyi ( 1918-2013)”
yubiley medalları ilə təltif edilib.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, ƏLİFAĞA !
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və Müharibə
Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder