Daxili işlər nazurliyi (Din-in) Daxili Qoşunlarının həyatında öz dəst -xətti və xüsusi xidmətləri olan, yüksək peşəkarlığı, humanistliyi, işgüzarlığı,iradı mənəvi keyfiyyəti,dəqiqliyi, təmkinliyi, sadəliyi və səmimiyyəti və vətənpərvərliyi eləcə də bədən tərbiyəsi və idman sahəsində qazandığı uğur və naliyətləri ilə seçilən, ömrünün ən məhsuldar dövrünün 43 ildən çox şərəfli xidmət yolunu hərbi xidmətdə və İdman sahəsində keçirən “Respublikanın Əməkdar Məşqicisi”, Respublika dərəcəli hakim, Fəxri Bədən Tərbiyəsi ve İdman İşcisi, SSRİ idman ustası- ehtiyatda olan mayor Məmmədov Faiq Hüseyn oğlunun mart ayın 3 -də dünyaya göz acdığı gündür.
Daimi həyatın cətinliklərindən alını açıq və üzü çıxan- istefada olan Mayor Məmmədov Faiq Hüseyin oğlunun doğum günü munasbətilə Din-in Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri,doğmaları, əzizləri və iş yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti və həyat yollarında bitib-tükənməyən nailiyyətlər arzu
edib deyirlər, Faiq müəllim qoy yaşının üstə gələn bu yaş da sizə sevincdolu günlər bəxş etsin, hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin.
Mənəvi baxımdan ən doğru və dürüst olan,xeyirxah və alicənab insan kimi tanınan, cəmiyyətdə xüsusi təqdimata ehtiyacı olmayan, sədaqətli dost, qayğıkeş ailə başcısı,böyük hörmət və izzət-sahibi olan -Mayor Məmmədov Faiq Hüseyin oğlu 1956 -cı ilin mart ayının 3 -də Gəncə şəhərində ziyalı ailəsində anadan olub.
1973-cü ildə Gəncə şəhərində 29 nömrəli orta məktəbi, 1978-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitrib. O, Daxili Qoşunlarda xidmət illər ərzində Daxili Qoşunların Baş İdarəsində, hərbi hissələrində və Din-in İdman cəmiyyətində kecirlən bir çox təlim-metodiki toplanışlarda,hərbi və xüsusi taktiki- təlimlərdə, idman yarışlarında, seminar və konfranslarda fəal iştirak edib.
1978- 1980-ci illərdə Sovet Ordusunun Sankt-Peterburq (Leninqrad) şəhərində yerləşən hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olub.
1980- 1992-ci ildə Gəncə şəhərində “Ehtiyat Əmək Qüvvələr» idman cəmiyyətində sərbəst güləş bölməsində baş məşqçi vəzfəsində işləyib.
1993-2012 -cı illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin Gəncə şəhərində yerləşən hərbi hissədə hərbi hissənin fiziki hazırlıq və idman rəisi, xüsusi təynatlı dəstə komandirinin döyüş hazırlığı üzrə müavini, hərbi hissənin qərargah rəisinin döyüş təlimi üzrə müavini vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət etmişdir.
Faiq Məmmədov hal -hazırda «Təhsil » Respublika İdman Mərkəzinin Gəncə şəhər 1- nömrəli uşaq, gənclər idman şahmat məktəbində sərbəst güləş bölməsının baş məşqçisi vəzifəsində işləyir.
Yüksək əxlaqı keyfiyyətləri,təmənnasızləğı,insanlara qayğı münasibəti, prinsiplərinə sadəliyi ilə semilən,əqidəsinə,amalına sadiq,sözü bütöv və mərd olan Mayor Faiq Məmmədov dəfələrlə Sərbəst güləş üzrə Ölkə birinciklərinin və Beynəlxalq yarışlarların və turnirlərin qalibi və mükafatçısı, respublikanın sərbət güləş üzrə yığma komandasının üzvi olmuşdur
Faiq Məmmədov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insanpərvər, əliaçıq, zəhmətkeş zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsələrində, istərsədə xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış ,qohum-əqrəba və peşəkar idmançılar arasında özünə layiq hörmət qazanmışdır.
Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində,Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andın, hərbi nizamnamələrin və digər hüquqi- normativ aktların tələblərinə, eləcədə vəzifə borclarının icrasına məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir çox hərbi qulluqçuları fədakar hərbi xidmətə ruhlandırmışdır.
Qanunvericiliklə müəyyən olunmuş qaydada Daxili Qoşunlara həvalə olunmuş vəzifə və tapşırıqların yerinə yetirilməsində, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında və təmin edilməsində, yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində, fövqəladə hallar (fövqaləda vəziyyət və komendat saatı) zamanı hüquqi rejimin təmin olunmasında ,baş vermiş qəzaların,yanğınların,bədbəx hadisələrin və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətin ərazi bütövlüyünün təmin olunmasında üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerinə yetirmişdir.
Mayor Faiq Məmmədov Daxili Qoşunların Baş idarəsinin Gəncə şəhərində yerləşən hərbi hissəsində İdman və fiziki hazırlıq üzrə rəis vəzifəsində xidmət etdiyi illər ərzində onun xidmət etdiyi hərbi hissə Daxili Qoşunların Baş İdarəsinin hərbi hissələri və əlahiddə bölmələri arasında keçirilən yarışların, kütləvi- idman işilərinə baxışların, hərbi hissələrdə isə fiziki hazırlıq üzrə keçirilən ümümü (yekun) və nəzarət yoxlamaların nəticələrinə görə dəfələrlə hərbi hissələr arasında birinci yerin qalibi olduğuna görə Daxili Qoşunlar Komandanın müvafiq əmrləri ilə kubokla, fəxri fərmanlarla və diplomlarla təltif edilmişdir.
İstefada olan mayor Faiq Məmmədov İdman sahəsində qazandığı uğur və naliyətlərə görə Azərbaycan Respublikasının Əməkdar Məşqicisi, SSRİ İdman Ustası, Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi, Respublika Dərəcəli Hakim, Məşqçi müəllim adlarına layiq görülüb.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə, fiziki, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna eləcə də xidmət dövründə digər xidmətlərinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin,Azərbaycan Güləş Federasiya rəhbərliyinin, Gəncə şəhər Gənclər və İdman Baş İdarə rəisinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı və yubiley nişanları ilə, pul mükafatları ilə, bir cox fəxri fərmanlarla, diplomlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Döyüş və fiziki hazırlığındakı əla göstəricilərə görə, xüsusi əməliyyatlarda, təlimlərdə, döyüş növbəsində, döyüş xidmətində, idman yarışlarında xüsusi fərqləndiyinə, şücaət və fədakarlıq göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirinin müvaiq əmrləri ilə «Qüsursuz xidmətə görə» 1-ci, 2-ci və 3-cü dərəcəli, « Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin» isə 10-iliyi və 90-iliyi yubiley medalları ilə təltif edilib.
AD GÜNÜN MÜBARƏK OLSUN, FAİQ MÜƏLLİM!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder