İnsan üçün ən yaddaqalan günlərdən başlıcası onun həyata gəldiyi gündür. Ömürə bəzək olan ad günü hər il xüsusi ilə qeyd olunur. Belə insanlardan biri də yüksək peşəkarlığ, prinsiplərinə sadəliyi, humanistliyi,xeyirxahlığı,iradı, işgüzarlığı, mənəvi keyfiyyəti, təmkinliyi, dəqiqliyi,səmiyyəti, və ən əsası vətənpərvərliyi ilə seçilən ömrünün 20 ildən çox şərəfli hərbi xidmət yolunu, Daxili işlər nazirliyi Daxili Qoşunlarında müxtəlif vəzifələrdə keçirmiş- ehtiyatda olan mayor Haqverdiyev Elnur Əzizxan oğludur.Mart ayının 10-da onun dünyaya göz acdığı gündür.
Daimi həyatın bütün cətinliklərindən alını açıq və üzüağ çıxan- ehtiyatda olan mayor Haqverdiyev Elnur Əzizxan oğlunu doğum günü münasibətilə Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, doğmaları, əzizləri,yaxın qohumları və iş yolsaşları səmimi qəlbdən təbrik edir,səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı, ailə səadəti və həyat yollarında bitib tükənməyən nailiyyətlər arzu edib deyirlər, Elnur qoy yaşının üstə gələn bu yaş da sizə sevinc dolu günlər bəxş etsin,hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
mayor Haqverdiyev Elnur Əzizxan oğlu 10 mart 1981 -ci ildə Bakı şəhərində zəhmətkeş ailədə anadan olub.
1998-ci ildə Bakı şəhər Cavid Hüseynov adına 132 nömrəli tam orta məktəbi, 2002-ci ildə Azərbaycan Texniki Universitetin cihazqayırma fakultəsini bitirib.
Elnur Əzuzxan oğlu Haqverdiyev 2002- 2003-ci illərdə Daxili işlər nazirliyi Daxili Qoşunların Baş İdarəsinin Gəncə şəhərində yerləşən hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olub.
2003-2022-cü illərdə Daxili Qoşunların hərbi hissələrində ATS emalatxana rəisi, taqım komandiri, bölük komandirinin tərbiyəvi işləri üzrə müavini, mühafizə bölüyün komandiri, tədris bölüyün komandiri, tabor komandirinin tərbiyəvi işlər üzrə müavini, hərbi hissənin silah xidməti rəisi vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət etmişdir. 2022 ci ilin aprel ayında öz arzusu ilə xəstəliyinə görə Silahlı Qüvvələrdən ehtiyata buraxlıb.
Mayor Elnur Haqverdiyev Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində müvafiq ixtisasartırma və təhkimləşdirmə kurslarında olub, bir çox təlim- metodiki toplanışlarda, hərbi və xüsusi taktiki təlimlərdə, nümunəvi göstərici məşğələlərdə, seminar və konfranslarda fəal iştirak edib
Elnur Haqverdiyev Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insanpərvər, zəhmətkeş zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, istərsə də xidmət etdiyi və işlədiyi kollektiv heyətində böyük rəğbət qazanmışdır.
Qanunverciliklə müəyyən olunmuş qaydada Daxili Qoşunlara həvalə olunmuş vəzifə və tapşrıqların yerinə yetirilməsində, hüquq mühafizə orqanlarının, hərbi şəhərcikərin,hərbi təchizat anbarların və hərbi yüklərin mühafizə olunmasında,şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında və təmin edilməsində, yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində, qəzalar, yanğınlar, bədbəxt hadisələr, təbii fəlakətlər və başqa fövqaləda vəziyyət zamanı hüquqi rejimin təmin olunmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerinə yetirmişdir.
Öz xidməti vəzifələrin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə , döyüş və ictimai siyasi hazırlığında,idman yarışlarında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili işlər nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı, yubiley və müvafiq idman dərəcəsi döş nişanları ilə təltif olunub, pul mükafatları ilə, bir cox fərmanlarla,diplomlarla, qiymətli hədiyyələrlə mükafatlandırılıb və ona təşəkkür elan edilib.
Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, Hərbi Andı, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin və digər hüquqi normativ aktların tələblərinə, eləcədə vəzifə borclarının icrasına məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir çox hərbi qulluqçuları fədakar hərbi xidmətə ruhlandırmışdır.
Elnur Haqverdiyevdöyüş hazırlığındakı əla göstəricilərə, təlimlərdə, xüsusi əməliyyatlarda, döyüş xidmətində, döyüş növbəsində, xüsusi fərqləndiyinə, fədakarlıq və şücaət göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili işlər nazirinin müvafiq əmrləri ilə » Qüsursuz xidmətə görə” 1-ci, 2-ci və 3-cü dərəcəli medallarla, Silahlı Qüvvələrin isə 90 iliyi və 95 illiyi
yubiley medalları ilə təltif edilib.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, ELNUR!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder