İnsan üçün ən yaddaqalan günlərin başlacası onun həyata gəldiyi gündür.Ömürə bəzək olan ad günü hər il xüsusi ilə qeyd olunur. Belə ınsanlardan biridə peşəkarlığı ,humanistliyi və sadəliyi ilə seçilən, istefda olan mayor Babayev Bahadur Abduləhməd oğlunun mart ayının 14 -də dünyaya göz acdığı gündür.
Daimi həyatın bütün cətinliklərindən alını açıq və üzüağ çıxan-istefada olan mayor Babayev Bahadur Abduləhməd oğlunu doğum günü münasibətilə Daxili işlər nazirliyi Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, doğmaları, əzizləri və iş yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan ucun ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən
nailiyyətlər arzu edib deyirlər Bahadur qoy yaşının üstə gələn bu yaş da sizə sevincdolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
mayor Babayev Bahadur Abduləhməd oğlu 1968- ci ilin mart ayının 14-də Azərbaycan Respublikasının Nefitcala rayonunda zəhmətkeş ailədə anadan olub.
1985- ci ildə Nefitcala rayon orta məktəbi, 1994- ci ildə isə Azərbaycan Texniki Universitetini bitirib.O, Din- Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində bir çox təlim -metodiki toplanışlarında,hərbi və xüsusi taktiki- təlimlərdə, müvafiq ixtisasartırma kursunda, seminar və konfranslarda iştirak edib.
1986- 1989-cu illərdə Sovet Ordusunun Avaiasa Ali Hərbi Məktəbində kursant, Tula vilayətində yerləşən Avasiya hərbi hissələrin birndə isə hərbi xidmətdə olub.
1994- 2001-ci illərdə Bakı şəhərində müxtəlif şirkətlərdə menecer vəzifələrində işləyib.
2002- 2004-cü illərdə Azərbaycan Ordusun Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda yerləşən hərbi hissələrin birində batareya komandiri vəzifəsində olub.
2004- 2017- ci illərdə isə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Xətai rayonunuda yerləşən hərbi hissədə taqım komandiri, böluk komandirinin tərbiyəvi işləri üzrə müavini, böluk komandiri , Daxili Qoşunların Bas İdarəsinin Növbətici xidmətində isə baş zabit vəzifələrində Vətənə Dövlətə və xalqa sədaqətlə xidmət etmişdir.
Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, Hərbi Andin, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin və digər hüquqi- normativ aktların tələblərinə, eləcə də vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi
üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir çox hərbi qulluqçulara nümünə olmuşdur.
Qanunvericiliklə müəyyən olunmuş qaydada Din-in Daxili Qoşunlara həvalə olunmuş vəzifə və tapşırıqların yerinə yetirilməsində şəhərdə,yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda və təmin edilməsində, yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşlsının alınmasında, qəzalar, bədbəxt hadisaələr, yanğınlar, təbii fəlakətər və başqa fövqəladə vəziyət zamanı hüquqi rejim qaydalarına əməl olunmasında və Azərbaycanın ərazi bütövlüyün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Hərbı xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai sıyası hazırlığında, hərbi ıntizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili işlər nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin,korpus və hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə döş və yubiley
nisanları ilə fəxri fərmanlarla və qiymətli hədiyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Döyüş hazırlığındakı əla göstəricilərə, təlimlərdə, xüsusi döyüş əməliyyatlarında, döyüş xidmətində və döyüş növbəsində xüsusi fəriqləndiyinə, şücaət və igidlik göstərməyə görə Azərbaycan Respublikasının Prezidenti rezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri «Qüsursuz xidmətə görə” 2-ci və 3-cü dərəcəli, Azərbaycan Respubilkası Silahlı Qüvvələrin isə 90 və 95-iliyi yubley
medaları ilə təltif edilib.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, BAHADUR!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
BÜTÜN ARZULARIN CİN OLSUN!
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
Azərbaycan Respublikasının Silahlı Suvvələri və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder