İnsan üçün ən yadda qalan günlərdən başlıcası onun həyata gəldiyi gündür. Belə insanlardan biridə Müharibə Veteranı, ehtiyatda olan kapitan Səttarov Mahir Mikayıl oğludur. Mart ayının 10 - da onun dünyaya göz acdığı gündür.
Daimi həyatın imtahanlarından alınıaçıq və üzüağ cıxan, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin üzvü- ehtiyatda olan kapitan Mahir Mikayıl oğlu Səttarovu belə bir əlamətdar gün münasibətilə Daxili işlər nazirliyi (Din-in) Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri,doömaları,əzizləri və iş yoldaşları səmimi qəlbdən təbrik edir,ona möhkəm cansağlığı, şəxsu həyatında və işlərində yeni-yeni uğurlar arzulayıb deyirlər, Mahir qoy yaşının üstə gələn bu yaş da sizı sevincdolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
Kapitan Səttarov Mahir Mikayıl oğlu 1973-cü ilin mart ayının 10-da Azərbaycan Respublikasının Bakı şəhərində zəhmətkeş ailədə anadan olub.
1991-ci ildə Xətai rayon 261 saylı orta məktəbi, 1995-ci ildə Bakı Plan-İqtisad Texnikumunun təftişçi fakultəsini, 1999-cu ildə Azərbaycan Respublikası Din-in Daxili Qoşunların Baş İdarəsinin döyüş hazırlığı idarəsinin Xəzər rayonunda yerləşən tədris- mərkəzindı zabitlərin təhkimləşdirmə (ixtisas artırma) kursunu «əla» qiymətlərlə bitirib. O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş idarəsində və hərbi hissələrində keçirilən bir çox təlim- metodiki toplanışlarlarda,hərbi və xüsusi təlimlərdə, seminar və konfranslarda iştirak edib.
«Hərbi Xidməti keçmə Haqqında» əsasnamənin müvafiq maddəsinə əsasən 1999-cu ildə Səttarov Mahir Mikayıl oğluna Azərbaycan Respublikası Daxili İşlər Nazirinin əmrinə əsasən ilkin kiçik leytenant hərbi rütbəsi verilib.
Mahir Səttarov 1994-2012-ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin kadırlar şöbəsində müxtəlif vəzifələrdə, Daxili Qoşunların hərbi hissələrində (hərbi hospitalında) isə qərargah rəisinin köməkçisi, inzibati bölmənin rəisi, qərargah rəisinin şəxsi heyətin qeydiyyatı və uçotu üzrə baş köməkçisi vəzifələrində Vətənə, Dövlətə və Xalqa sədaqətlə xidmət etmişdir.
Kapitan Mahir Səttarov peşəkarlığı, humanistliyi və sadəliyi ilə seçilən, ömrünün ən məhsuldar dövrünün 21 ildən çox şərəfli xidmət yolunu hərbi xidmətdə keçirib.
Mahir Mikayıl oğlu Səttarov Azərbaycan Ordusunun tərkibində müddətli həqiqi hərbi xidmətdə olduğu illər zaman Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda (Ağdam, Füzuli rayonları istiqamətində) gedən döyüşlərdə fəal iştirak edib.
Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin və digər hüquqi-normativ aktların tələblərinə, eləcə də vəzifə borclarının icrasına məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir çox hərbi qulluqçular fədakar hərbi xidmətə ruhlandırmışdır.
Azərbaycan Respublikasında şəhərdə, yaşayış məntələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda və təmin edilməsində, yaşayış məntəqələrində və cəzacəkmə müəssisələrində kütləvi iğtisasların qarşısının alınmasında,qəzalar,yanğınlar,bədbəxt hadisələr, təbii fəlakətlər və başqa fövqəladə hallar (fövqalədə vəziyyət və komendant saatı) zamanı hüquqi rejim qaydalarına əməl olunmasında, Azərbaycanın ərazi bütövlüyün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Kapitan ⁰Mahir Səttarov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, saxavətli, insapərvər, əli açıq, zəhmətkeş zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsələrində, istərsədə xidmət etdiyi və işlədiyi kolektivlərdə, dost -tanış, qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai sıyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili işlər nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, təlim- tədris mərkəz rəisinin, hərbi hissə komandirinin (hospital rəisinin) müvafiq əmrləri ilə əlacı və yubiley döş nisanları ilə təltif olunub, pul mükafatları ilə, fəxri fərmanlarla və qiymətli hədiyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Döyüş hazırlığındakı əla göstəricilərə, təlimlərdə, xüsusi döyüş əməliyyatlarında, döyüş xidmətində və döyüş növbəsində xüsusi fərqləndiyinə, şücaət və igidlik göstərməyə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirinin müvafiq əmrləri «Qüsursuz xidmtə görə” 1-ci, 2-ci və 3-cü dərəcəli, “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin isə 10-iliyi və 90-iliyi yubiley medalları ilə təltif edilib.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, MAHİR!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN! HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN! BÜTÜN ARZULARIN ÇİN OLSUN!
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN.
Azərbaycan Respublikasının Silahlı Qüvvələri və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder