Yüksək peşəkarlığı, hümanistliyi,təşkilatclığı,xeyirxahlığı, dəqiqliyi, təmkinliyi, vətənpərvərliyi, işgüzarlığı,iradı, mənəvi keyfiyyəti,dəqiqliyi və təmkinliyi, ilə seçilən, Məmmədova Vəfa Ələddin qızının mart ayının 7 -də dünyaya göz acdığı gündür.
Daimi həyatın bütün imtahanlarından alnıaçıq və üzüağ çıxan,Vəfa Məmmədovanı doğum günü münasibətlə Daxili işlər nazirliyi (Din-in) Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri ,doğmaları,əzizləri və iş yoldaşları səmimi- qəlbdən təbrik edir,səbəbkara həyatda insan ücün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər,Vəfa xanım qoy yaşınızın üstə gələn bu yaş da sizə sevincdolu günllər bəxş etsin,hər yeni iliniz isə ötən illərdən dahada xoşbəxt kecsin.
Vəfa Əllədin qızı Məmmədova 1975 - ci ilin mart ayının 7 -də Əli bayramlı (indiki Şirvan) şəhərində zəhmətkeş ailədə anadan olub.
1992 - ci ildə Əli bayramlı (indiki Şirvan şəhər orta məktəblərin birini, 1995 -ci ildə Əli bayramlı Sənaye Texnikomunu bitirib.
Vəfa Məmmədov Daxili Qoşunların Əli bayramlı şəhərində yeni yaradılmış tədris alayında və Hacıqabul rayonunda yerləşən əməliyyat briqadasında müxtəlif vəzifələrdə Vətənə və xalqa sədaqətlə xifmət etmişdir.
Vəfa Ələddin qızı Məmmədova Din-in Daxili Qoşunlarından Silahlı Qüvvələrə ehtiyata buraxıldıqdan sonra Soqarın Şirvan şəhərində fəaliyyət göstərən “Qarasu Əməliyyat Şirkətində mühasib vəzifəsində işləyir.
Vəfa xanım Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin,hərbi qulluqçuların etik davranış kodeksinin tələblərinin dəqiq və sözsüz yerinə yetirilməsi işində bir cox hərb qulluqculara şəxsi nümünə olmuşdur.
Hərbi və iş yoldaşları Vəfa xanımı vətənpərvər,qorxmaz, səxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş hərbi qulluqcu kimi dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və orta ixtisas təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə, istərsə də dost - tanış , qohum - əqraba arasında özünə böyük hörmət qazanıb.
Öz xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi - döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyasi hazırlığında,hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili Qoşunlar komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin əmrləri ilə bir cox fərmanlarla, diplomlarla, qiymətli hədiyyələrlə (pulla) mükafatlandırlıb və ona təşəkkur elan edilib.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN VƏFA XANIM!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN.
Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və Müharibə Veteranı
polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder