İnsan üçün ən yaddaqalan günlərdən başlacası onun həyata gəldiyi gündür.Ömrə bəzək olan ad günü hər il xüsusi ilə qeyd olunur. Belə ınsanlardan biridə yüksək peşəkarlığı, humanistliyi,işgüzarlığı, mənəvi keyfiyyəti, dəqiqliyi, təmkinliyi, sadəliyi, səmimiyyəti və vətənpərvərliyi ilə seçilən, ömrünün ən məhsuldar dövrünün 30 ildən cox şərəfli xidmət yolunu hərbi xidmətdə keçirmiş Azərbaycan Respublikasının Silahlı Qüvvələri və Müharibə Veteranı- ehtiyatda olan polkovnik leytenat Vyaçeslav Staritsikiy İqoreviçdir. Mart ayının 6 da onun dünyaya göz acdığı.gündür. Bu əlamətdar gün münasibəti ilə polkovnik leytenat Vyaçeslav Staristikini Daxili işlər nazirliyi Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri,doğomaları,əzizləri,iş və döyüşçü yoldaşları, səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı, ailə səadəti və həyat yollarında bitib- tükənməyən nailiyyətlər arzu edib deyirlər, Vyaçeslav qoy yaşının üstə gələn bu yaş da sizə sevincdolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
Staritsikıy Vyaçeslav İqorevic 1972-ci ilin mart ayının 6 -da Bakı şəhərində zəhmətkeş ailədə anadan olub .
1989- ci ildə Xırdalan şəhər 2 nömrəli orta məktəbi, 1993- cü ildə isə SSRİ Daxili işlər Nazirliyinin Daxili Qoşunların Vladikafqazda yerləşən Ali Komandanlıq məktəbini bitirib. Vyaçeslav Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində mühəndis xidməti üzrə ixtisasartırma kurslarda olub, bir çox təlim- metodiki toplanışlarda, hərbi və xüsusi taktiki təlimlərdə, nümnəvi göstərici məşğələlərdə, seminar və konfranslarda fəal iştirak edib.
1993- 2020 -cu illərdə Daxili Qoşunların Binəqədi, Xəzər, Xətai, Quba və Hacıqabul rayonlarında yerləşən hərbi hissələrində taqım komandiri, bölük komandirinin müavini, bölük komandiri, kurs rəisi, mühədis və kimya xifməti rəsi, Daxili Qoşunların ali hərbi məktəbində isə baş müəllim vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət etmişdir.
Müstəqil Azərbaycan Daxili işlər nazirliyi Daxili Qoşunlarında polkovnik leytenat Vyaçeslav Staritskiy xidmət etdiyi illər ərzində Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, Hərbi Andin, hərbi və daxili qoşunıarın döyüş xidməti nizamnamələrin tələblərinin yerinə yetirilməsində üzərinə düsən vəzifə borclarının icrasına məsuliyyətlə yanaşmış,qarşıya qoyulm uş xidməti tapşırıqları müvəffəqiyyətlə yerinə yetirmişdir.
Qanunverciliklə müəyyən olunmuş qayda da Daxili Qoşunlara həvalə olunmuş vəzifə və tapşırıqların yerinə yetirilməsində, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda və təmin edilməsində, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində iğtişaşların qarşlsının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə də, qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində, qəzalar, bədbəxt hadisələr,yanğınlar,təbii fəlakətlər və başqa fövqəladə hallar (fövqaləda vəziyyət və komendat saatı) zamanı hüquqi rejimin təmin olunmasında , dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir.
Polkovnik leytenat Vyaçeslav Staritskiy Din-in Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qoruxmaz, saxavətli, insanpərvər, əliacıq, zəhmətkeş zabit kimi göstərmişdir. O,istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəssisələrində, istərsədə xidmət etdiyi və işlədiyi kolektivlərdə,dost -tanış, qohum əqraba arasında özünə layiq hörmət qazanmışdır.
Öz xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai sıyası hazırlığında,hərbi ıntizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və digər xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili işlər nazirinin müvafiq əmrləri ilə aşağıdakı medallarla təltif edilib:
1.”Azərbaycan Respubilkası Silahlı Qüvvələri Veteranı” medalı ilə;
2.“Qüsursuz xidmə görə” 1-ci, 2-ci və 3-cü dərəcəli medallar ilə;
3. “Azərbaycan Respubikasının Silahlı Qüvvələrinin 10-illiyi (1991-2001), 90-illiyi (1918-2008) və 95 -illiyi (1918-2013)” yubiley medalları ilə.
Döyüş hazırlığındakı əla göstəricilərə, təlimlərdə, xüsusi əməliyyatlarda, döyüş xidmətində, döyüş növbəsində xüsusi fəriqləndiyinə, fədakarlıq və şücaət göstərdiyinə görə Daxili işlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, Ali hərbi məktəb rəisinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı, yubiley və müvafiq idman dərəcəsi döş nisanları ilə, bir cox fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Öz xidmət vəzifələri və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə, respubilkada əmin -amanlığın təmin edilməsində,asayişin qorunmasında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, VYAÇESLAV!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
DAİMA XOŞBEXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
BÜTÜN ARZULARIN CİN OLSUN!
Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder